Serait Film 2011 - Wikipedia
"Şərait" (fars. شرایط, ing. Circumstance) — iranlı rejissor Məryəm Kişavərzin 2011-ci ildə, dram janrında çəkilmiş filmi. Filmdə baş rolları Nikol Buşehri, Sara Kazımi və Rza Sikso Səfayi ifa etmişdilər. Filmdə digər məsələlərlə yanaşı, İran İslam Respublikasında homoseksuallıq mövzusu araşdırılır.
Şərait Circumstance شرایط | |
---|---|
fars. شرایط | |
Janr | dram filmi |
Əsas mövzu | homoseksuallıq |
Rejissor | Məryəm Keşəvarz |
Baş rollarda |
Nikol Buşehri Sara Kazımi Rza Sikso Səfayi Kian Mühaciri |
Bəstəkar | Cincer Şankar |
Distribütor | Participant[d], Netflix |
İlk baxış tarixi | 2011, 24 may 2012[2] |
Filmin növü | Bədii film |
Müddət | 107 dəq. |
Büdcə |
$555,511[1] Ümumi gəlir — $1 milyon |
Ölkələr |
ABŞ İran |
Dil | fars dili |
Rəng | rəngli |
Çəkiliş yeri | Livan |
IMDb | ID1684628 |
Məzmun
redaktəAtəfə (Nikol Buşehri) Tehranda yaşayan zəngin iranlı ailəsinin yeniyetmə qızıdır. O və onun ən yaxın dostu, yetim qalmış Şirin (Sara Kazımi) ilə birlikdə gizli qonaqlıqlarda iştirak edir və öz aralarında seks, spirtli içkilər və narkotik ilə təcrübələr keçirirlər.
Atəfənin qardaşı Mehran əvvəllər narkotik maddələrdən asılı idi, lakin o tezliklə sağalaraq dinə itaət etməyə başlayır. O daha çox Şirinlə maraqlanmağa başlayır və bu hadisə bacısı ilə bir zamanlar güclü dost münasibətlərinin dağılması ilə üst-üstə düşür.
Ailənin başçıları olan Firuz və Azər Həkimi, öz gənclik illərini xatırlayaraq, nə hala gəldiklərini və ailənin gələcəkdə hansı problemlərlə üzləşəcəyi barədə düşünməyə başlayırlar.
Filmin istehsalı
redaktəFilmin süjeti İranda baş verən hadisələr haqda bəhs edir, farsca dialoqları altyazı müşayiət edir. Filmin çəkilişləri Livanda həyata keçirilmişdi[3]. Şərait filminin rəsmi posterində bir neçə ingilis və fransız ifadələri yazılmışdır. Filmin büdcəsi 1 milyon dollardan bir qədər az idi[4]. Rejissor Məryəm Kişavərz ABŞ-də böyüsə də, öz yay tətillərini həmişə İranın Şiraz şəhərində keçirirdi[4]. Şirazda yaşayan əmisi qızının əxlaq polisi tərəfindən çubuqla amansız şəkildə döyüldüyünü eşidir və çox məyus olur və daha sonra burada əldə etdiyi həyat təcrübəsini filmin süjetində istifadə etmək qərarına gəlir. Filmin süjetində iranlı gənclərin gizli partidə iştirak etmələri üçün hansı əziyyətlərdən keçməli olduqları təsvir olunur — bu, rejissor Məryəm Keşəvarzın əslində doğma vətənində baş verən rejimə qarşı bir mübarizəsi idi. Şərait M.Keşəvarzın rejissorluq etdiyi ilk tammetrajlı filmi idi.
Kişavərz müsahibələrin birində "Şərait" filmini İranın təbii mədəniyyətinə mümkün qədər uyğun yaratmaq istədiyini bildirmişdi. O həmçinin filmin İranda qadağan olma ehtimalının yüksək olmasına baxmayaraq, sadə və azad vətəndaşların qanunsuz olaraq pirat nüsxələri vasitəsilə ona baxa biləcəyini söyləmişdir. Filmdə baş rolu oynayan aktyorların hamısı fars dilini mükəmməl bilirdilər. Bunun səbəbi onların inqilabdan öncə İranda yaşamaları idi. Filmin üç ən görkəmli aktyoru İran diasporunun üzvləridirlər, onların valideynləri inqilab zamanı İranı tərk etmişdilər. Aktyorların ikisi İranda qalmağa qərar verən ailənin bir neçə üzvünü ziyarət etmişdirlər. Öz uzaq qohumlarını heç bir zaman görməyən və doğulandan Britaniya Kolumbiyasının Vankuver şəhərində yaşayan Nikol Buşehri isə müsahibələrin birində, İranda danışılan müasir farscanı daha yaxşı anlamaq üçün son vaxtlar Kanadaya köçən iranlılarla daim ünsiyyətdə olduğunu bildirmişdi[4]. Sara Kazımi Paris sakinidir; o filmdə çəkilməzdən öncə öz rolunu araşdırmaq məqsədilə Tehrandakı qohumlarını ziyarət etmişdi[3]. O, İranı tərk etməzdən əvvəl qohumları ilə vidalaşmağı bacardı; onun filmdə oynadığı rola görə, İran hakimiyyəti yaxın gələcəkdə onun ölkəyə daxil olmasına mane olacağını bildirmişdi[4].
Buşerinin sözlərinə görə, filmin çəkilişləri üçün Livanın paytaxtı Beyrut şəhərinin seçilməsi üçün əsas səbəb, "bu şəhərdə daim Yaxın Şərq abu-havasının qorunub saxlanılması" idi[4]. Bununla belə filmə neqativ yanaşma qorxusu tək İrandan gəlmirdi. İran hökumətinin dəstəyi ilə Livanda fəaliyyət göstərən silahlı və şiə inanclı Hizbullah partiyası da çox təhlükəli idi. Buna görə də film istehsalçıları bir müddət, yəni hələlik çəkilişlərin aparıldığı zaman ictimaiyyət üçün çox yayılmamasına çalışırdılar. Onlar Livanın hakimiyyət orqanlarına saxta ssenarini göndərərək, Keşəvarzın filmi üçün yalnız tezis yaratdıqlarını bildirirlər, lakin əslində, onlar tam bir kommersiya filmi üzərində işlərinə davam edirlər. Livan hakimiyyətinin üzvləri çəkiliş meydançasına gələrək, oradakı aktyor və aktrisalarla görüşmüşdülər. Larri Rohter The New York Times qəzetinə verdiyi açıqlamasında bildirir ki, "Reza Sikso Səfai və digər aktyorların daim üzləşdiyi narahatlıq və qorxu hissi, sonda faktiki olaraq onların göstərdikləri performasın möhkəmlənməsinə çox kömək etmişdi"[4].
Tənqidçilərin mövqeyi
redaktəFilm, xüsusilə Nikol Buşehri ifası tənqidçilərin diqqətini cəlb etmiş və əsasən müsbət rəylər almışdır. Rotten Tomatoes vebsaytı 32 peşəkar tənqidçilərin rəylərini ümumiləşdirərək 72 rəy əsasında filmi 86% hesabıyla 7/10 bal səviyyəsində dəyərləndirir. Tənqidçilərin fikrincə film "Düşüncə üçün qida, İran gənclərinin mədəniyyətinə isə anlayışlı baxışdır"[5].
Film ABŞ-də seyircilərə təqdim olunduğundan İranda böyük rezonans yayılır və İran hakimiyyəti Keşəvarzın geri qayıtmağına qadağa qoymuşdu[6]. Film həmçinin İranın geniş kütləsi tərəfindən gənclərin həyatının və cəmiyyətin "təhrif" olunduğu üçün tənqid olunmuşdu[7].
Mükafat və nominasiyalar
redaktəŞərait filmi 2011-ci ildə keçirilən Sundance Film Festivalında[8][9] "Audience" mükafatına layiq görülmüşdü. Bundan başqa o, "Paste" jurnalı tərəfindən 2011-ci ilin 50 ən yaxşı film sırasına daxil edilmişdir[10]. 2011-ci ildə keçirilən İranın Noor Film Festivalında isə film "ən yaxşı rejissor" və "ikincidərəcəli ən yaxşı aktyor işi" kateqoriyaları üzrə Xalq seçimi mükafatına layiq görülmüşdür.
İstinadlar
redaktə- ↑ "Circumstance (2011) — Box Office Mojo". 2011-10-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-09.
- ↑ IMDb (ing.). 1990.
- ↑ 1 2 Solway, Diane. "Who: Nikohl Boosheri & Sarah Kazemy". W. Condé Nast. August 2011: 49. 2011-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 30 October 2011. (#invalid_param_val)
- ↑ 1 2 3 4 5 6 Rohter, Larry. "Living and Loving Underground in Iran Arxivləşdirilib 2021-11-25 at the Wayback Machine." The New York Times. August 21, 2011. Retrieved on January 31, 2012.
- ↑ Circumstance Rotten Tomatoes saytında (ing.)
- ↑ Inspiring LGBT Profiles Arxivləşdirilib 2020-03-14 at the Wayback Machine San Francisco Bay Times in February 23, 2012
- ↑ "Arxivlənmiş surət". 2016-08-18 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
- ↑ "Circumstance — Explore The Hidden, Underground World of Iranian Youth Culture". 2011-12-24 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
- ↑ [http://www.webcitation.org/64AvkllM5%7Cdate[ölü keçid] =2011-12-24}}
- ↑ "The 50 Best Movies of 2011 :: Blogs :: List of the Day :: Paste". 2018-08-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-01-10.
Xarici keçidlər
redaktə- takepart.com/circumstance — Rəsmi saytı
- Circumstance — Internet Movie Database saytında