Serq Konfransi Nba - Wikipedia
Şərq Konfransı Amerika peşəkar basketbol liqası olan NBA-də yer alan iki konfransdan (bölgə) biridir. Konfransda 5 basketbol klubundan ibarət 3 qrup mövcuddur. Hər klub öz qrupundakı klublarla 4 dəfə qarşılaşır. Klublar, öz konfransında yer alan lakin öz qruplarında yer almayan klublarla ümumilikdə 36 oyuna çıxırlar ki, buda hər klubla bir öncəki mövsümdə sərgilədikləri güc göstəricisinə görə 3 və ya 4 oyun edir. Öz konfranslarında olmayan klublarla isə 2 oyuna çıxırlar və ümumilikdə hər klub normal mövsümdə 82 oyun keçirir.
Normal mövsümün sonunda konfranslarındakı 15 klubdan ilk 8-ə girən klublar pleyofflara yüksəlir. Pleyoflarda cütləşən klublar ard-arda bir neçə oyun keçirirlər və 4 qalibiyyətə çatan tərəf bir üst tura yüksəlir. Bu formata görə ev sahibi üstünlüyünə sahib klub, seriyanın 7 oyuna uzandığını düşünərsək 1, 2, 5, və 7-ci oyunları, digər klub isə 3, 4, və 6-cı oyunları öz meydanında keçirir.
Şərq və Qərb konfranslarında 30 klubun mübarizə apardığı NBA-də normal mövsümdə ümumilikdə 1230 oyun baş tutur.
Liqa | Milli Basketbol Asossasiyası |
---|---|
İdman sahəsi | Basketbol |
Əvvəlki adı | Eastern Division (1946–1970) |
Yaranıb | 1989 |
Üzv olanlar | |
Üzv olan komandaların sayı | 15 |
Çempionlar | |
Ən son Şərq Konfransı (NBA) çempionu | Klivlend Kavalers (3 dəfə) |
Ən çox Şərq Konfransı (NBA) çempion olan komandası | Boston Seltiks (21 dəfə) |
Hazırkı cədvər
redaktəŞərq Konfransı | ||||||
---|---|---|---|---|---|---|
# | Klub | Q | M | Q-% | OG | OS |
1 | Klivlend Kavalers * | 7 | 1 | .875 | – | 8 |
2 | Toronto Reptors | 6 | 2 | .750 | 1.0 | 8 |
3 | Şarlott Hornets * | 6 | 2 | .750 | 1.0 | 8 |
4 | Atlanta Hoks | 6 | 2 | .750 | 1.0 | 8 |
5 | Çikaqo Bullz | 5 | 4 | .556 | 2.5 | 9 |
6 | Boston Seltiks | 4 | 4 | .500 | 3.0 | 8 |
7 | Miluoki Baks | 4 | 4 | .500 | 3.0 | 8 |
8 | Detroyt Pistons | 4 | 5 | .444 | 3.5 | 9 |
9 | İndiana Peysers | 4 | 5 | .444 | 3.5 | 9 |
10 | Nyu-York Niks | 3 | 5 | .375 | 4.0 | 8 |
11 | Bruklin Nets | 3 | 5 | .375 | 4.0 | 8 |
12 | Orlando Magic | 3 | 6 | .333 | 4.5 | 9 |
13 | Mayami Hit | 2 | 5 | .286 | 4.5 | 7 |
14 | Vaşinqton Uizards | 2 | 6 | .250 | 5.0 | 8 |
15 | Filadelfiya Seventi Siksers | 1 | 7 | .125 | 6.0 | 8 |