Serq Sahili Hip Hop Musiqisi - Wikipedia
Şərq sahili hip-hop musiqisi (ing. East Coast hip hop) ― 1970-ci illərdə ABŞ-nin New York bölgəsində ortaya çıxan bir hip-hop trendidir. Müxtəlif bölgələrdən ABŞ-nin şərq hissəsini əhatə edən bölgəyə gələn rep sənətçilərinin zamanla yaratdığı bir üslubdur. Sadə qafiyə sxemindən və adi "köhnə məktəb" üslubundan fərqli olan və daha çox söz yazma bacarıqlarına söykənən bir üslubdur. Çox hecalı yanıltmaclar, qarmaşıq cinas, davamlı və sərbəst oxuma tərzi və axış, eləcə də kompleks metaforalar ilə xarakterizə olunur . Şərq sahili hip-hopunda sənətkarda yaxşı bir səs olmasa da aqressiv bir oxuyuş təzi və vurğu gərəklidir. Public Enemy və EPMD kimi qruplarda bu bir nümunədir. Bundan əlavə, söz yazma istedadı Eric B. & Rakim, Boogie Down Productions, Big Daddy Kane, Slick Rick kimi qruplarda və sənətkarlarda olduqca güclüdür.
Şərq Sahili hip-hop musiqisi | |
---|---|
Yarandığı dövr | 1978 |
Ölkə |
1980-ci illərin ortalarında Şərq Sahili hip-hop mədəniyyəti alt mədəniyyətlərə ayrılmışdır. Sosial məsələlərə toxunan şüurlu bir üslubla icra olunan lyrical consciousness ya da şiddət məzmunlu məsələlərə toxunan və bandalardan bəhs olunan mafya növü də deyilən mafioso rap kimi alt növlər də olmuşdur. Raekwon və Kool G Rap kimi sənətkarlar mafioso rap janrına nümunə kimi göstərilə bilər.