Serqi Cin Denizi - Wikipedia
Şərqi Çin dənizi (çincə:東海|东海 Dōng Hǎi}}, tərcüməsi — Şərq dənizi;kor. 동중국해,yap. 東シナ海) — Şərqi Asiya (Çin) sahilinin və Ryukyu və Kyusyu (Yaponiya) adalarının arasında Sakit okeanın dənizi.
Şərqi Çin dənizi | |
---|---|
çin. 東海, tərcüməsi — Şərq dənizi; kor. 동중국해, yap. 東シナ海 | |
Ümumi məlumatlar | |
Sahəsi | 836,000 km² |
Dərin yeri | 2719 m |
Duzluluğu | 30-34,5 ‰ |
Yerləşməsi | |
26°55′18″ şm. e. 125°56′50″ ş. u.HGYO | |
Ölkə | ÇXR |
Üst akvatoriyası | |
Yerləşməsi | Şərqi Asiya |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Sahəsi 836 min km², ən dərin yeri -2719 metrdir. 7 fevralda suyun orta temperaturu 16 °C-qədər, 27 avqustda isə 28 °C. qeydə alınmışdır. Suyun duzluluğu 30-34,5 ‰, çay mənsəblərində — 5−10 ‰-dir. Qabarma və çəkilmələr (7,5 m-ə qədər) müşahidə olunur. Dənizə tökülə ən böyük çay Yanszı çayıdır.
Kələ-kötür relyefli Şərqi Çin dənizinin qərb sahili və ümumiyyətlə sahilboyu ərazilər dayazdır. Dayaz yerlərdə və adalara yaxın yerlərdə qaya, rif və bank təhlükəsi səbəbilə dəniz səfəri təhlükəlidir. Yanszının mənsəbində və Çjouşan arxipelaqı ərazisi yaxınlığında sular xüsusilə təhlükəlidir.