Serqi Avropada Narinci Qar 2018 - Wikipedia
Serqi Avropada Narinci Qar 2018 - Wikipedia - Haqqında Məlumat
Şərqi Avropada narıncı qar – 2018-ci ilin martında baş vermiş anomal fenomen.[1]
Narıncı qar Rusiyanın şimali Qafqaz regionu və şərqi Avropanın bir çox ölkəsində yağıb. Narıncı qarın şəkilləri sosial şəbəkələrdə Rusiya, Bolqarıstan, Ukrayna, Rumıniya və Moldovadan paylaşılıb.[1]
Narıncı qar Böyük Səhradan gələn qum fırtınasının yağış və qarla qarışmasından yaranıb. Bu cür hadisələr təxminən hər beş ildən bir baş versə də, bu dəfə qarla qarışan qumun miqdarı əvvəl müşahidə olunan normalardan daha yüksək olub.[1]
Qumun ağızlarına düşməsindən şikayətlənənlər olub.[1]
Narıncı qar Rusiyanın Soçi şəhərinə yaxınlıqdakı kurortlarda da müşahidə olunub.[1]