Settul Ereb - Wikipedia
Şəttül-Ərəb (ərəb. شط العرب, hərf. Ərəb axını) və ya Ərvəndrud (fars. اروندرود, hərf. Ərvənd çayı) — Dəclə və Fərat çaylarının İran Körfəzinə tökülməzdən əvvəl Əl-Kurna məntəqəsi yaxınlığında qovuşmaları nəticəsində yaranan çay. Uzunluğu təxminən 195 km-dir. Böyük hissəsi İraq ərazisindən axsa da, cənub hissəsi İranla İraq arasında təbii sərhəd təşkil edir. Eni dəyişkəndir, Bəsrə yaxınlığında 230 metr olub, mənsəbində 800 metrədək çatır.
Şəttül-Ərəb və ya Ərvəndrud | |
---|---|
ərəb. شط العرب, fars. اروندرود | |
Ölkə | |
Keçdiyi ərazilər | İraq, İran |
Mənbəyi |
Dəclə və Fərat çaylarının qovuşduğu Əl-Kurna məntəqəsi |
• Yüksəkliyi | 4 m |
Mənsəbi |
Əl-Kişla məntəqəsi, Fars körfəzi |
• Yüksəkliyi | 0 m |
Uzunluğu | 195 km |
Su sərfi | mənsəbdə 1 750 m³/san |
Hövzəsinin sahəsi | 884.000 km² |
Vikianbarda əlaqəli mediafayllar |
Çayın üzərində İranın Abadan və Xürrəmşəhr, İraqın Bəsrə kimi əhəmiyyətli sənaye və liman şəhərləri yerləşir.
Ərazi anlaşıqmazlıqları
redaktə17 sentyabr 1980-ci ildə İraq prezidenti Səddam Hüseyn Şəttül-Ərəb çayının statusu ilə bağlı 1975-ci il Əlcəzair razılaşmasını denonsasiya edərək çayın şərq sahillərini İraq ərazisi elan edir və Əbu Musa, Böyük və Kiçik Tonb adalarının İran ordularından təmizlənməsi tələbini irəli sürür. Bu hadisə İran-İraq müharibəsinin başlanması üçün formal səbəblərdən biri olmuşdur.