Sexsiyyetler Muzeyi - Wikipedia
Şəxsiyyətlər Muzeyi – Azərbaycanın Xaçmaz şəhərində yerləşən açıq səma altında muzey.
Şəxsiyyətlər Muzeyi | |
---|---|
Əsası qoyulub | 7 dekabr 2006 |
Ölkə | |
Yerləşir | Xaçmaz |
41°27′56″ şm. e. 48°48′18″ ş. u.HGYO | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞəxsiyyətlər Muzeyi 2006-cı ildə yaradılmışdır. Muzey 2006-cı ildə Xaçmazda tikilmiş 5 yeni muzeydən biri olmuşdur. Layihəsini rayon icra hakimiyyətinin başçısı və ixtisasca memar olan Şəmsəddin Xanbabayev vermişdir.[1] 2010-cu ildə muzey genişləndirilərək yenidən qurulmuşdur. Azərbaycan prezidenti İlham Əliyev 2006 və 2011-ci illərdə muzeyi ziyarət etmişdir.[2][3]
Xüsusiyyətlər
redaktəAçıq səma altında yerləşən muzeydə Azərbaycanın tarixi şəxsiyyətlərinə aid heykəl və büstlər sərgilənir. Muzey yaradılarkən burada Nizami Gəncəvi heykəli ilə yanaşı, Azərbaycanın daha 14 tarixi şəxsiyyətinin büstü yerləşirdi.[1] 2010-cu ildə aparılmış yenidənqurma işlərindən sonra muzeydə Azərbaycanın 39 şair və yazıçısının, mədəniyyət və incəsənət xadiminin büstü qoyulmuşdur.[2] 11 mart 2019-cu ildə muzeydə Hacı Zeynalabdin Tağıyevin büstü qoyulmuş, beləcə, muzeydəki tarixi şəxsiyyətlərin büstlərinin sayı 60-a çatmışdır. Muzeydə Məhəmməd Füzuli, Molla Pənah Vaqif, Xurşidbanu Natəvan, Mirzə Ələkbər Sabir, Cəlil Məmmədquluzadə, Hüseyn Cavid, Cəfər Cabbarlı, Üzeyir Hacıbəyov, Müslüm Maqomayev, Qara Qarayev, Fikrət Əmirov, Niyazi, Rəşid Behbudov, Şövkət Ələkbərova,[4] Nəsibə Zeynalova, Habil Əliyev, Molla Vəli Vidadi, Hacıbaba Bağırov, Əliağa Ağayev kimi şəxsiyyətlərin büstləri yerləşir.[5]
Muzey Xaçmaz Tarix-Diyarşünaslıq Muzeyinin ön tərəfində yerləşir və ümumi sahəsi 2 hektardır. Burada beş fəvvarə və bulaq kompleksi yerləşir.[2] Muzeyin hasarlarında tar, kamança, sazın şəkilləri həkk olunmuşdur.[5]
İstinadlar
redaktə- ↑ 1 2 "Xaçmazda "Şəxsiyyətlər Muzeyi" Açılır". Azərtac. 6 noyabr 2006. İstifadə tarixi: 9 sentyabr 2024.
- ↑ 1 2 3 "İlham Əliyev Xaçmazda Şəxsiyyətlər Muzeyi ilə tanış olmuşdur". President.az. 23 sentyabr 2011. 9 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2024.
- ↑ "Şəxsiyyətlər Muzeyi Xaçmaza yaraşıq verir". Azərtac. 7 dekabr 2006. İstifadə tarixi: 9 sentyabr 2024.
- ↑ "Xaçmazın Şəxsiyyətlər muzeyi". Shimal News. 3 dekabr 2021. 9 sentyabr 2024 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2024.
- ↑ 1 2 "Xaçmazın "Şəxsiyyətlər muzeyi"". Həftə.az. 9 sentyabr 2010. 2024-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 9 sentyabr 2024.