Sablon Muzakiresi Tnavbar - Wikipedia
Sablon Muzakiresi Tnavbar - Wikipedia - Haqqında Məlumat
Bu, Şablon:Tnavbar səhifəsinin müzakirə səhifəsidir. |
|
Sortilegus, şablonda etdiyim son dəyişikliyin geri qaytarılma səbəbi nədir?--Wertuose (müzakirə) 09:42, 9 oktyabr 2015 (UTC)
- Wertuose, bu variant bütün şablonların müzakirə səhifəsinin yaradılmasını istəyir. Yəni bura bax: [1]. Buradakı bütün "Şablon müzakirəsi:" başlığı ilə başlayan səhifə yaratma tələbləri bu şablondan ötürülür. Bir bölməsində hansısa funksiya düzgün işləmir. Mənim variantımda o tələbi şablondan çıxarıram (həmin bölməni ləğv edirəm). Bunun şablonun funksionallığına heç bir zərəri olmur.--Sortilegus (müzakirə) 20:31, 9 oktyabr 2015 (UTC)
- Sortilegus, əsas şablonların görkəmi normal olsun. Ehtiyac olan səhifələrin sayının 10000, yaxud 5000 olmasının nəsə bir əhəmiyyəti varmı? Bütün vikilərdə bu şablonun son versiyası bu cürdür və hamısında da ehtiyac olan səhifələrin sayına təsir göstərir. Burda problemli heç nə yoxdur axı.--Wertuose (müzakirə) 06:55, 12 oktyabr 2015 (UTC)
- Wertuose nə dəyişir ki şablonun görkəmində mənim bu redaktəm ilə? Məsələn, rus vikisində bax hardadır bu qədər tələb olunan şablon müzakirəsi, kateqoriya müzakirəsi səhifəsi? Deməli, bizim şablonda hardasa problem var. Digər vikipediyalardan şablonların içlərini necə gəldi bura kopyalayanda adətən belə olur. Hələlik belə qalsın normal baxıb görə bilək ki, ilk 5000-də bizdən hansı məqalələr tələb olunur. --Sortilegus (müzakirə) 00:59, 7 noyabr 2015 (UTC)
- Sortilegus, sənin redaktən nəticəsində şablonun standart görünüşü dəyişir, şablonu bir kliklə redaktə etmək, müzakirə səhifəsinə baxmaq olmur, yalnız şablonun səhifəsinə keçid verilir. Bundan da əlavə yeni yaradılan şablonlarda və ya elə mövcud info-şablonlarda hansı bəndlərin (bax*müzakirə*redaktə) və hansı formada görünməsini seçmək olmur, konkret bir görüntü forması var. Sonuncu redaktəndən sonra isə müzakirə bəndinin adı yoxa çıxıb və şablonlarda bu şəkildə görünür "bax • • redaktə", ortadakı müzakirə bəndi yoxdur. Bu şablonda problem yox idi, amma əgər ru-vikidə normal olduğunu hesab edirsənsə, ordakı şablonu bura kopyaladım. Daxili keçidin olmasında səhv nədir, onu başa düşə bilmədim amma. Bir də ki, 5000 tələb olunan səhifə siyahısı nisbi bir şeydir, orda səhifələrin sayı 10 minlərlədir əslində, sadəcə sistem 5 mindən artığını göstərmir.--Wertuose (müzakirə) 07:08, 16 noyabr 2015 (UTC)