Sad - Wikipedia
Sad - Wikipedia - Haqqında Məlumat
Şad (Əski türkcə: 𐱁𐰑) - Qədim türk titullarından biri. Adətən hökmdarın ailəsindən olan şəxsə verilirdi. Yabqudan bir pillə yuxarıda dayanırdı.[1] Türgişlər dövlətində şad şərq torpaqlarını, yabqu isə qərb torpaqlarını idarə edən hakim idi. Movses Kalankatlı Bağa Şadın oğlu Böri Şaddan bəhs edir.[2]
- ↑ Golgen P.B., "Khazar studies", Budapest, Vol. 2, 1980, pp. 188-190, ISBN 963-05-1548-2
- ↑ Artamanov M., Xəzərlərin tarixi, Leninqrad, 1962, səh 128 (Rusca)