Sah Ismayil Sefevinin Tarixi - Wikipedia
"Şah İsmayıl Səfəvinin tarixi" (Farsca: تاریخ شاه اسماعیل صفوی) “Tarix-i şah İsmayıl-i Səfəvi”[1] - I Şah İsmayılın naməlum (adı bilinməyən) tarixçisi tərəfindən ədəbiyyatda şərti olaraq “Tarix-i şah İsmayıl-i Səfəvi” (“Şah İsmayıl Səfəvinin tarixi”) adını almış, I Şah İsmayılın həyatının salnaməsi yazılmışdır. Əsər I İsmayılın əcdadları haqqında qısa tarixi ekskursla başlanır, onun gəncliyində baş verən hadisələri işıqlandırır, Səfəvilər dövlətinin banisinin bütün şahlıq dövrünü əhatə edir və onun oğlu I Şah Təhmasibin Təbriz taxtına çıxması ilə başa çatır.
Əsər tam nəşr olunmamışdır. Yalnız I İsmayılın həyatının ilk illərinə (1499-cu ilədək) aid olan parçalar keçən yüzilliyin sonunda Denison Ross tərəfindən ingilis dilinə tərcümədə dərc olunmuşdur.
Salnamənin iki əlyazma nüsxəsi məlumdur: onlardan biri Londonda - Britaniya muzeyində, digəri isə Kembric Universitetinin kitabxanasında saxlanılır.
Mənbə
redaktə- Oqtay Əfəndiyev. Azərbaycan Səfəvilər dövləti. Bakı, “Şərq-Qərb”, 2007
İstinadlar
redaktə- ↑ "تاریخ شاه اسماعیل صفوی". 2011-10-28 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2012-07-13.