Sah Ferat Emeliyyati - Wikipedia
Bu məqalə böyük ölçüdə və ya tamamilə tək mənbəyə əsaslanır. |
"Şah Fərat əməliyyatı" — Süleyman Şah türbəsini yeni əraziyə köçürmək məqsədilə Türkiyə Silahlı Qüvvələri tərəfindən 2015-ci ildə keçirilmiş xüsusi xilasetmə əməliyyatı.[1]
Məqsədi
redaktəƏməliyyatın məqsədi Türkiyənin dövlət sərhədlərindən kənarda yeganə ərazi vahidi (eksklav) olan, Suriya ərazisində yerləşən Süleyman Şah türbəsini qoruyan 35 nəfərlik hərbi birliyi Türkiyəyə gətirmək idi.[1]
Tarixi
redaktəƏməliyyat fevral ayının 21-dən 22-nə keçən gecə saat 21 radələrində başladılıb. 50 tank, 57 zirehli maşın, 100 avtomobil və 572 hərbçinin iştirak etdiyi xilasetmə əməliyyatı 3,5 saat davam edib və gecə saat 00.30-da hərbçilər türbəyə çatıb.[1]
Türbədə qəbrin köçürülməsi üçün lazımı dini ritual həyata keçirilib və hərbçilərlə birlikdə Süleyman Şahın nəşi Mürşidpınar sərhəd-keçid məntəqəsinə doğru köçürülüb. Gecə saat 04.45-də sonuncu Türkiyə hərbçisi türbəni tərk etdikdən sonra türbə və yardımçı tikililər partladılıb.[1]
Səhər saat 6-da Türkiyə hərbçiləri öz ölkələrinin ərazisinə daxil olub və bununla da əməliyyat başa çatıb.[1]
Nəticəsi
redaktəTürkiyə baş Qərargahının şərti olaraq "Şah Fərat" adı verdiyi bu əməliyyat nəticəsində türbədə xidmət edən və onu qoruyan 35 nəfərlik hərbçi qrup və Süleyman Şahın nəəşi Türkiyəyə gətirilmişdir. Əməliyyat zamanı yalnız bir əsgər qəza nəticəsində həlak olub.[1]
Əməliyyat zamanı Türkiyə tərəfi Suriya hökumətini və ərazidəki qüvvələri məlumatlandırıb.[1]