Sahbuz Seheri - Wikipedia
Şahbuz — Naxçıvan Muxtar Respublikasında Şahbuz rayonunun inzibati mərkəzi.[1] Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı ilə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbə inzibati ərazi dairəsi tərkibindəki Şahbuz qəsəbəsinə şəhər statusu verilmiş, Şahbuz qəsəbə inzibati ərazi dairəsi Şahbuz şəhər inzibati ərazi dairəsi hesab edilmişdir.[2]
Şəhər | |
Şahbuz | |
---|---|
Toponimik izahı
redaktəŞahbuz Naxçıvan MR-də inzibati rayon mərkəzinin adı.[3]. Mənbədə Naxçıvan əyalətinin Dərə-Şahbuz nahiyəsinin adı idi. Şahbuz yaxınlıqdakı hündür yerdə qalıqları qalmaqda olan qədim qalanın adıdır.[4] Məntəqə yaxınlıqdakı Şahbuz qalasının adı ilə adlanmışdır. Qalanın adı isə farsca şəx "sıldırım (dik) qaya" və buz (türk dillərində bayz – "sıldırım") sözünün təhrif formasından ibarətdir.[5]
Əhali
redaktəİstinadlar
redaktə- ↑ B.Budaqov, Q.Qeybullayev. Naxçıvan diyarınının yer yaddaşı. Bakı: Nafta-Press, 2004 s.105
- ↑ "Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Şahbuz qəsəbəsinə şəhər statusunun verilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 7 dekabr 2007-ci il tarixli, 511-IIIQ saylı Qərarı". 2020-02-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-29.
- ↑ İrəvan əyalətinin icmal dəftəri s. 141.
- ↑ Шопен И. Elyustrialiya əsəri, s. 328.
- ↑ Mirzəyev Е.М. Elyusтraliya lüğəti,s. 65.