Sahin Musaoglu - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Şahin Musaoğlu (Şahin Əbilov; 11 iyul 1963, Qızılağac, Masallı rayonu) — Azərbaycan Yazıçılar Birliyinin üzvü, AYB Hərbi Vətənpərvərlik Komisiyasının sədri, Azərbaycan Jurnalistlər Birliyinin üzvü, İlesam Türkiyə Elm və Ədəbiyyat Əsəri Sahibləri Məsləklər Birliyinin üzvü, MDB Beynəlxalq Yazıçılar Birliyinin üzvü, "Qızıl Qələm" mükafatı laueratı. Dünya Tibbi Araşdırmalar Texnik və Etik Bilimlər Akademiyasının (WAMBES) idarə heyətinin üzvü. Türk Dünyası Araştırmaları Beynəlxalq Elmlər Akademiyası fəxri professorudur.
Şahin Musaoğlu | |
---|---|
Əbilov Şahin Musa oğlu | |
Təxəllüsü | Şahin Musaoğlu |
Doğum tarixi | 11 iyul 1963 (61 yaş) |
Doğum yeri | |
Vətəndaşlığı | Azərbaycan |
Milliyyəti | azərbaycanlı |
Atası | Musa Əbilov |
Təhsili | |
İxtisası | həkim |
Fəaliyyəti | Həkim, nasir, şair, bəstəkar |
Əsərlərinin dili | Azərbaycan dili |
Tanınmış əsərləri | "Cənab leytenant", "İgid əsgər, möhkəm dayan" mahnıları |
Mükafatları | "Qızıl qələm","Qılınc və Qələm" Beynalxaq Ədəbi Mükafatı,"İbn-Sina", "Cəsarətli qələm" diplomları,"Fədai","General Həzi Aslanov yubiley" medalları . |
Vikianbarda əlaqəli mediafayllar |
Bioqrafiya
redaktəŞahin Musa oğlu Əbilov 1963-cü il iyulun 11-də Masallı rayonunun Qızılağac kəndində anadan olub. Bu kənddə orta məktəb təhsili alan Şahinin sonrakı taleyi isə qısa fasilələrlə Bakı şəhəri ilə bağlanıb.1980–86-cı illərdə N. Nərimanov adına Azərbaycan Tibb institutunda (indiki ATU) təhsili alan Ş. Musaoğlu müalicə-profilaktika fakültəsini bitirərək həkim kimi fəaliyyətə başlayır. İlk təyinatı isə Biləsuvar rayonuna olur. 4 il burada həkim kimi çalışdıqdan sonra paytaxta dönür. 1990-cı ildə Qədirli adına Xəzər Dəniz Hövzə Xəstəxanasında işə düzələn Ş. Musaoğlu o zaman çox da geniş yayılmayan bir sahə — USM üzrə öz həkimlik ixtisasını artırmağa başlayır. Müasir texnoloji biliklərə əsaslanan tibbin bu modern sahəsində əldə etdiyi təcrübəsi sonradan onu bu işin ən yaxşı mütəxəssislərindən birinə çevirir.
Ş. Musaoğlunun Bakıdakı həkimlik fəaliyyətinin ilk illərində ölkədə müharibə hökm sürürdü. Azərbaycan-Ermənistan savaşının qızğın vaxtlarında Şahin Musaoğlu Müdafiə Nazirliyi Tibb İdarəsi, HET idarəsi və Müdafiə Nazirliyi Sənədli Filmlər Kinotelestudiyasının əməkdaşı olaraq Qarabağ döyüşlərində yaralanan əsgər və zabitlərə məxsus ilk hərbi-tibbi arxivi yaradır.1992-ci ildə, görkəmli bəstəkar Cavanşır Quliyevin məşhur "Əsgər marşı"ndan savayı hərbi-vətənpərvərlik mövzusunda əsərlərin hələ yazılmadığı bir vaxtda, Şahin Musaoğlu özünün ilk türküsünü bəstələyir. Azərbaycanın Milli Qəhrəmanı Yusif Mirzəyevin xatirəsinə həsr olunmuş bu mahnı-"İgid Əsgər, Möhkəm Dayan! " ilk dəfə televiziya ekranında səslənir. Çox az müddətdə populyarlıq qazanaraq dillərdə dolaşan bu mahnıdan sonra Şahin növbəti savaş türkülərini yazır. 20 Yanvar şəhidlərininin xatirəsinə həsr olunmuş "Qərib Karvan" , Milli Ordunun ilk batalyonu haqda yazılan "Birinci Batalyon" , "Cənab Leytenant" və.s bu kimi bir-birinin ardınca Şahinin bəstələdiyi mahnılar ona daha çox şöhrət qazandırır. Ş. Musaoğlu sonradan da həm hərbi, həm də vətənpərvərlik mövzusunda yaradıcılıq fəaliyyətini davam etdirir. Sözləri unudulmaz şairimiz Rəsul Rzaya aid "Elegiya"böyük Şəhriyarın vətən yanğısıyla qələmə aldığı eyniadlı"Azərbaycan", poeziyamızın əvəzsiz nümayəndəsi Bəxtiyar Vahabzadəyə məxsus "Bay yurdum" , həmişəyaşar istiqlal nəğməkarı Əhməd Cavadın sözlərinə yazdığı "Bismillah", görkəmli ədibiniz Anarın nadir şeirlərindən biri olan "Gedirəm Zəngilana" yaşadığımız dünyanın ən böyük söz adamlarından biri olan Ramiz Rövşənin şeri əsasında bəstələdiyi "Yalquzaq"mahnı və başqa türküləri ilə o, başladığı işi uğurla davam etdirərək bu musiqi janrına xeyli qiymətli töhfələr verir.
↓ 8 kitab: ↓
1."İgid Əsgər Möhkəm Dayan" ,
2. "Yaşamaq gözəldir, Yaşatmaq sonsuz" ,
3. "Ağ Ümid" ,
4. "Cəng əsgəri — ييجيت سولدير الوقوف ثابتة.
5."Güllədən biçilmiş bir köynək "
6."Светить всегда, светить везде!"
7. "Mübariz"
8. "Beş qapı."
və onlarla bədii , elmi məqalələrin müəllifi olan Ş. Musaoğlunun yaradıcılıq işi nəticəsində üç audio kasset"İgid əsgər, möhkəm dayan" , "Vətən çağırır" və "Bozqurd harayı" (sonuncu Almaniyada istehsal olunub) həmçinin "Öncə Vətəndir", "İgid əsgər möhkəm dayan", "Cənab Leytenant", "Şahin Musaoğlunun müəllif mahnıları" adlı kompakt diskləri dinləyicilərinin ixtiyarına verilib.
Indiyədək bəstələdiyi 40 a yaxın (38) mahnının əksər sözlərinin də müəllifi olan Ş. Musaoğlunun şeirləri müxtəlif şeir toplularında və mətbuat orqanlarında, o cümlədən xarici ölkələrin (Böyuk Britaniya, Amerika, İran, Türkiyə, Küveyt, Rusiya) populyar dərgi, qəzet və internet saytlarında işıq üzü görüb.
Hal hazırda Medservis özəl tibb mərkəzinin poliklinika müdiri və Badam Medikal center klinikasının dioqnostika şöbəsinin müdiri vəzifəsində çalışır.
Ailəlidir, iki oğlu var.
↓ Şahin Musaoğlunun musiqi əsərlərinin siyahısı: Mahnı yaradıcılığı:
- "İgid Əsgər Möhkəm Dayan"
- "Çağırır Vətən"
- "Vətən Əmanəti"
- "Öncə Vətəndir"
- "İstiqlal marşı"
- "And İçirik"
- "Cənab Leytenant"
- "Ağ Ümid"
- "Birinci Batalyon"
- "Səma Şahinləri"
- "Səfərbərlik Marşı"
- "Yurd həsrəti"
- "Azadlıq yanğısı"
- "Qəlbin Payızı"
- "Azərbaycan "
- "Bismillah"
- "Yalquzaq"
- "Torpaq"
- "Salam, dar ağacı"
- "Yollar Yordumu Səni"
- "Bay Yurdum"
- "Türkün bayrağına"
- "Veteran marşı"
- "Çağırışçı marşı"
- "Elegiya"
- "Tanrımı apardı, özünmü getdin?"
- "Daha Ayrılmarıq"
- "Rəqqas insan"
- "Yaşa Yaşa Azərbaycan"
- "Ölkəm"
- "Gedirəm Zəngilana"
- "Dövlət mənəm"
- #Səfərbər ol"
- Şuşa marşı.
- "Gecələr"
Simfonik yaradıcılığı:
"Cənab Leytenant"(nəfəsli alətlər orkestri üçün, 2020)
"Vətən əmanəti"simfonik ballada(BSO üçün,2021)
"Zəfər dastanı"simfonik poema(vokal xor və simfonik orkestr üçün,2021)
Ş. Musaoglunun sözlərinə yazılmış mahnılar: "Olkəm"
"Qarabağ Azərbaycandır"
"Şuşam mən sənə qayıtdım"
"Vətəndir unvanımız"
"Bura Azərbaycandır"
"Heç kim unudulmur "
"Rübailər"
"Bayraq çağırır sizi"
"Könullər fırtınası"
"Vətən naminə"
Şahin Musaoğlunun bədii əsərləri və tamaşaları:
"Mübariz" pyesi
"Mübariz "operası(liberetto-Ş. Musaoglu 18.01.2019 DTX mədəniyyət mərkəzi
"Mübariz" radio tamaşa
"Beş qapı"pyesi (N. Gəncəvinin 880 illiyi münasibətilə)
"Beş qapı"musiqili tamaşa (senarı Ş. Musaoglu 27.12.2021, HEYDƏR ƏLİYEV sarayı)
↓ Şahin Musaoğlunun esseləri ↓ 1.On altı ilin savaş hekayəsi -- https://old.525.az/view.php? lang=az&menu=7&id=1830&type=1#gsc.tab=0
2.Bir əsrlik yaşam marşı və ya 100-cü doğum gününə iki ay qalmış susan ürəyin hekayəsi.--
3. Adları əbədi yaşayacaqdır" və ya "Yalnız Tanrı bilir
4. Herkes ona "Bey" derdi — Türkiyə Cümhuriyəti Bütün Dünya dərgisi 1.aralık.2014
5.Nizami Gencevi — Türkiyə Cümhuriyəti Bütün Dünya dərgisi 1.şubat.2016 6.Adsız Qəhrəmanlar -- https://old.525.az/view.php?lang=az&menu=7&id=24777&type=1#gsc.tab=0
7. Əmir Teymurun qılıncı --