Sahlar Huseynov Herbci - Wikipedia
Hüseynov Şahlar İsa oğlu — Azərbaycanın Milli Qəhrəmanı; Qarabağ müharibəsi şəhidi.
Şahlar Hüseynov | |
---|---|
Şahlar İsa oğlu Hüseynov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Hankavan, Axta rayonu, Ermənistan SSR, SSRİ |
Vəfat tarixi | (23 yaşında) |
Vəfat yeri | Şıxarx, Tərtər rayonu, Azərbaycan |
Vəfat səbəbi | şəhid |
Dəfn yeri | Gəncə Şəhidlər Xiyabanı |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Rütbəsi | əsgər |
Döyüşlər | Qarabağ müharibəsi |
Təltifləri |
Həyatı
redaktə26 noyabr 1968-ci il Qərbi Azərbaycanın Dərəçiçək mahalının Razdan rayonunun Hankavan kəndində anadan olmuşdur. 1985-ci ildə burada təhsilini rus dilində başa vurmuşdur. 1986-1988-ci illərdə Moskvada hərbi xidmətdə olmuşdur. Əsgərlikdən qayıtdıqdan sonra Gəncə şəhəri 27 saylı texniki-peşə məktəbini bitirərək Alüminium zavoduna çilingər işləməyə başlamışdır.
Döyüşlərdə iştirakı
redaktəŞahlar erməni vəhşilərinin 1992-ci il 25-26 fevral Xocalıda törətdikləri hadisədən sonra könüllü olaraq Gəncə batalyonuna daxil olur. O, erməni dilini təmiz bildiyi üçün kəşfiyyata həmişə tək gedər çox mühüm məlumatlarla dönərdi. Döyüş dostları deyirdilər ki, Şahlar Hüseynov xüsusən Tərtər rayonun Şəfəq kəndində daha böyük hünərlə vuruşmudur, düşmənin xeyli hissəsini, texnika və canlı qüvvəsini məhv etmişdi. 10 aprel 1992-ci il Şıxarx (keçmiş Marquşevan) kəndinə hücum edən erməni qəsbkarlarının hücumunun qarşısı alınır, bu döyüşdə Şahlar Hüseynov şücaət göstərərək qəhrəmancasına həlak oldu.
Ailəsi
redaktəSubay idi.
Milli Qəhrəman
redaktəAzərbaycan Respublikası prezidentinin 7 iyun 1992-ci il tarixli 833 saylı fərmanı ilə Şahlar İsa oğlu Hüseynova ölümündən sonra "Azərbaycanın Milli Qəhrəmanı" adına layiq görülmüşdür.
Gəncə şəhərinin Şəhidlər xiyabanında dəfn edilmişdir.
Gəncə şəhərində adına küçə var.
Ədəbiyyat
redaktə- Vüqar Əsgərov. "Azərbaycanın Milli Qəhrəmanları" (Yenidən işlənmiş II nəşr). Bakı: "Dərələyəz-M", 2010, səh. 127.