Sahseven Agcabedi - Wikipedia
Şahsevən — Azərbaycan Respublikasının Ağcabədi rayonunun Şahsevən kənd inzibati ərazi dairəsində kənd.[1]
Kənd | |
Şahsevən | |
---|---|
40°01′05″ şm. e. 47°15′31″ ş. u.HGYO | |
Ölkə | |
Rayon | Ağcabədi rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 103 m |
Saat qurşağı | UTC+4 , yayda UTC+5 |
Əhalisi | |
Əhalisi |
|
Milli tərkibi | Azərbaycanlılar |
Rəsmi dili | Azərbaycan dili |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0435 |
Əhalisi
redaktəXIX əsrin sonlarında Ağcabədi rayonunun Şahsevən kəndindən köçmüş Abdulla adlı şəxs Kəlbəcər rayonunun — Mozçayın sol sahilində, dağ ətəyi ərazidə iki binə salmışdır. XX əsrin əvvəllərində də Cavanşir qəzasında Böyük və Kicik Abdullauşağı adlı iki binə adı qeydə alınmışdır. Rayonun Çobangərəkməz kəndi yaxınlığında bir yurd yeri indi də Abdulla yurdu adlanır[2].
Toponimikası
redaktəİran şahı I Abbas (1589–1629) hakimiyyətə gəldikdən sonra (XYII əsr) Qızılbaş tayfalarının müqavimətini qırmaq üçün "şahın (yəni özünün) mübarək başını sevənlər şah ətrafında toprlaşsınlar" fikrini irəli sürmüş, nəticədə Azərbaycanın həm şimalında, həm cənubunda yaşayan bir sıra ellər birləşərk Şahsevən tayfa ittifaqını yaratmışlar. Şimali Azərbaycan ərazisində Afşar, Qacar və Cavanşir tayfaları da şahsevən olmuşlar. Əvvəlcə bu ittifaq (Arxcanbəy və onun qardaşları) Qocabəy və Bəndəlibəy başçılıq etmişlər. Bir sıra qollardan və tirələrdən ibarət şahsevənlər Azərbaycanın hər iki hissəsində maldar həyat keçirmişlər.[3]
Xarici keçid
redaktəİstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan toponimlərinin ensiklopedik lüğəti". İki cilddə. I cild. Bakı, "Şərq-Qərb", 2007, səh. 10
- ↑ B. Budaqov, Q. Qeybullayev Yuxarı Qarabağın Toponimləri. Bakı,2005
Ağcabədi rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |