Sahveliler - Wikipedia
Şahvəlilər — Azərbaycan Respublikasının Bərdə rayonunun Şahvəlilər kənd inzibati ərazi dairəsində kənd.[1] Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı ilə Bərdə rayonunun Xanərəb kənd Sovetindən Şahvəlilər kəndi Əmirli kənd Sovetinin tərkibinə verilmişdir.[2] Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı ilə Bərdə rayonunun Şahvəlilər kəndi Əmirli kənd Sovetindən ayrılaraq, bu kənd mərkəz olmaqla Şahvəlilər kənd Soveti yaradılmışdır.[3]
Şahvəlilər | |
---|---|
40°13′ şm. e. 47°10′ ş. u.HGYO | |
Ölkə | |
Tarixi və coğrafiyası | |
Saat qurşağı | |
Tarixi
redaktəKəndin tarixi Sultan Mahmud Qəznəlinin dövrünə gedib çıxır. Kənddə tanınmış Qarabağ seyidləri yerləşmişdi.
Coğrafiyası və iqlimi
redaktəKənd Xaçınçay sahilində yerləşir. Kəndin ərazisində Sultanbud yasaqlığı var. Ağdam rayonunun Ayaq Qərvənd kəndi ilə həmsərhəddir.
Əhali
redaktəEtnik tərkibi azərbaycanlılardır.
İqtisadiyyatı
redaktəKənd əhalisinin məşğuliyyəti əkinçilik və heyvandarlıqdır.
Təhsil
redaktəBərdə rayon Dilqəm Əliyev adına Şahvəlilər kənd tam orta məktəbi 2016/2017-ci tədris ilində Azərbaycan Respublikasında məktəblilərarası fənn olimpiadasında coğrafiya və kimya fənlərindən Əmirov Teymur Çingiz oğlu və Babayev Hüseyn Akif oğlu 1-ci və 2-ci yeri tutaraq məktəbin nailiyyətlərini daha da artırmışlar. İdman sahəsində də Mirəli Nəsirov 9 yaşlı idmançılar arasında qızıl və gümüş medal qazanmışdır.
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ "Azərbaycan Respublikasının Abşeron, Ağstafa, Balakən, Beyləqan, Bərdə, Biləsuvar, Qobustan, Qubadlı, Zaqatala, İsmayıllı, Yevlax, Kəlbəcər, Masallı, Xızı, Şamaxı rayonlarının və DQMV Hadrut rayonunun inzibati ərazi bölgüsündə qismən dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Ali Sovetinin 25 may 1991-ci il tarixli, 123-XII saylı Qərarı". 27 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 27 August 2022.
- ↑ "Azərbaycan Respublikası Biləsuvar, Bərdə, Qusar, Yardımlı, Yevlax, Gədəbəy, Göyçay, Lənkəran, Masallı, Neftçala, Saatlı, Samux, Siyəzən və Xızı rayonlarının inzibati ərazi bölgüsündə qismən dəyişiklik edilməsi haqqında Azərbaycan Respublikası Milli Məclisinin 19 may 1993-cü il tarixli, 611 saylı Qərarı". 29 August 2022 tarixində arxivləşdirilib. İstifadə tarixi: 29 August 2022.
Həmçinin bax
redaktə Bərdə rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |