Sahzade Mononoke - Wikipedia
Şahzadə Mononoke (もののけ姫, Mononoke hime?, Qisasçı ruhların şahzadəsi) — Studio Ghibli tərəfindən 1997-ci ildə buraxılan tam metrajlı animasiya filmi. Rejissor və ssenari müəllifi Hayao Miyazaki, bəstəkar Co Hisayşidir. Film Yaponiyada ilin ən gəlirli filmi olmuş, ABŞ-də 2 million dollar, ümümilikdə isə 150 million dollar qazanmışdır.
Şahzadə Mononoke | |
Yapon poster | |
Janr |
Fentezi macəra dram məhəbbət |
---|---|
Anime | |
Rejissor | Hayao Miyazaki |
Prodüsser | Toşio Suzuki |
Ssenarist | Hayao Miyazaki |
Bəstəkar | Co Hisayşi |
Studiya | Studio Ghibli |
Vaxt | 133 dəqiqə |
Məzmun
redaktəYaponiyada odlu silahının yarandığı Muromaçi dövrüdür. Emişi xalqı va həmçinin baş qəhrəman Aşitakanın yaşadığı Naqo kəndi böyük caduya məruz qalandan sonra demona çevrilən bir qabanın hücumuna uğrayır. Kəndini müdafiə edərkən Aşitaka qabanı öldürür və cadunun bir hissəsi onun sağ əlində qalır. Müdrik qadın qabanın qəzəblənməsinin səbəbini bildikdə Aşitakanın öləcəyini söyləyir. Aşitaka saçlarını kəsib sadiq antilopu ilə kəndi tərk edir və demonun qəzəblənməsinə səbəb olanın axtarışına çıxır.
Maraqlı faktlar
redaktə- Saçın kəsilməsi feodal Yaponiyasında insanın ölməyi demək idi. Aşitaka bu hərəkəti ilə kəndlilərə ölü olduğunu və kəndə daha qayıtmayacağını söyləmiş olurdu.
- Canavar Tanrı Moronun balalarının adları açıqlanmır, lakin San üç deməkdir və canavarların adlarının İçi və Ni olduğunu təxmin etmək olar. Mononoke Qisaslı Ruh kimi tərcümə oluna bilər.
- Xanım Eboşinin geyindiyi kimono deyil, kişi plaşıdır. Bu, onun ranqının və vəzifəsinin göstəricisidir.
- Kənddəki qız Aşitakanin bacısı deyil. Böyük qardaş yaşca böyük qohum və dostlara olan müraciətdir.
- Aşitakaya hücum edən samuraylar onun kapüşonunu yüksək ranqlı döyüşçünün dəbilqəsi ilə səhv salırlar.
- Rəssam Oqa Kazuo Yakuşima adalarının meşələrindən heyrətə gəlmişdi. Filmdəki meşə faktiki olaraq Şiratani Unsuyke parkındakı meşəni əks etdirir.[1]
- "Miramax" studiyasının başçısı Harvi Vaynşteyn Miyazakiyə filmin redaktə olunmasını dedi. Cavabında isə Miyazakinin prodüseri Toşio Suzuki Vaynşteynə üstündə "No cuts" yazısı olan katana göndərdi.[2]
Musiqi
redaktəFilmin əsas musiqisi Co Hisayşinin "Legend of Ashitaka" bəstəsidir. Miyazaki maşınla gedərkən "Mononoke Him" bəstəsinin ifaçısını seçdi. Müğənninin ifası ona heyran etdi. Bu kontrtenor Yoşikazu Mera idi. Mahnın mətnini Miyazaki özü yazdı, Mera mahnını necə ifa etməsini soruşanda Miyazaki dedi ki, bu mahnını Aşitaka Sana öz fikirlərində oxuyur.
İstinadlar
redaktə- ↑ "Şiratani Unsuykö və Şahzadə Mononoke". 2014-08-20 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
- ↑ "Guardian qəzetinə müsahibə". 2021-05-16 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-04-13.
Xarici keçidlər
redaktə- Princess Mononoke AllMovie saytında