Saken Aymanov - Wikipedia
Şaken Aymanov (Tam adı: Şaken Kenjetayeviç Aymanov (qaz. Шәкен Кенжетайұлы Айманов); 2 (15) fevral 1914, Bayanaul[d] – 23 dekabr 1970, Moskva) — Qazaxıstan-sovet aktyoru, teatr və kino rejissoru[1]. SSRİ xalq artisti (1959)[1]. Qazaxıstan kinosunun atası hesab edilirdi[2][3].
Şaken Aymanov | |
---|---|
qaz. Шәкен Кенжетайұлы Айманов | |
| |
Doğum tarixi | |
Doğum yeri | Pavlodar vilayəti, Bayanaul kəndi |
Vəfat tarixi | (56 yaşında) |
Vəfat yeri | Moskva, Rusiya SFSR, SSRİ |
Vəfat səbəbi | nəqliyyatın insan üzərindən keçməsi[d] |
Dəfn yeri |
|
Fəaliyyəti | Aktyor |
Fəaliyyət illəri | 1954-cü ildən |
Üzvlüyü | |
Mükafatları |
|
IMDb | ID0015004 |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı və fəaliyyəti
redaktə15 fevral 1914-cu ildə Pavlodar vilayətinin Bayanaul kəndində anadan olmuşdur[1]. Ailəsi kəndli maldar idi.
Şakenin əsl adı Şahkərimdir (qaz. Шаһкерім)[4].
1928-ci ildə orta məktəbi bitirmişdir[5]. 1931-1933-cü illərdə Semipalatinsk şəhərində yerləşən Qazaxıstan Pedaqoji Texnikumunda təhsil almışdır.
1933-cü ildən Qazaxıstan Dram Teatrında aktyor, rejissor, 1947-1951-ci illərdə baş rejissor işləmişdir[1].
1940-cı ildən kino sahəsində aktyor və rejissor kimi fəaliyyət göstərmişdir. Uzun müddət "Qazaxfilm" kinostudiyasının bədii rəhbəri olmuşdur[1].
1940-cı ildən Sov.İKP-nın üzvü idi.
Qazaxıstan SSR Ali Sovetinin 4 və 7-ci çağırışlarında deputat seçilmişdir.
O, 1963-cü ildə keçirilən III Moskva Beynəlxalq Film Festivalında münsiflər heyətinin üzvü olmuşdur[6].
23 dekabr 1970-ci ildə Moskva şəhərində vəfat etmişdir[1]. Almatı şəhərindəki Mərkəzi qəbiristanlıqda dəfn edilmişdir.
Mükafatları
redaktəŞaken Aymanov SSRİ-nin və Qazaxıstan SSR-nin bir sıra dövlət mükafatları ilə təltif edilmişdir. Onlardan bəziləri bunlardır:
- "Əmək igidliyinə görə" medalı (1940);
- "Qırmızı əmək bayrağı" ordeni (1946);
- Qazaxıstan SSR xalq artisti (1947)[7];
- SSRİ Dövlət mükafatı laureatı (1952);
- Üçüncü dərəcəli Stalin mükafatı (1952);
- SSRİ xalq artisti (1959);
- Lenin ordeni (1967);
- 2 dəfə "Şərəf nişanı" ordeni;
- "1941-1945-ci illər Böyük Vətən müharibəsində rəşadətli əməyə görə" medalı.
Tamaşalardakı rolları
redaktə- M. Auezovun “Koblandı” tamaşasında "Koblandı";
- M. Qorkinin “Həyatın dibində” tamaşasında "Satin";
- A. N. Ostrovskinin “Tufan” tamaşasında "Tixon";
- U. Şekspirin “Şıltaq qızın yumşalması” tamaşasında "Petruççio".
Filmoqrafiya
redaktə“Abayın mahnısı” (1946), “Cambul” (1953) və başqa filmlərə cəkilmişdir[1].
“Məhəbbət poeması” (1954), “Çöllər qızı” (1955), “Biz burada yaşayırıq” (1957), “Atamanın aqibəti” (1970) və digər filmlərin rejissorudur[1].
Xatirəsi
redaktə1974-cü ildə çəkilmiş "Şəkər Aymanov" sənədli filmi Şaken Aymanovun yaradıcılığına həsr olunmuşdur.
“Qazaxfilm” kinostudiyası 1984-cü ildən Şaken Aymanovun adını daşıyır[1]. "Qazaxıfilm" kinostudiyasının ərazisində onun mərmər büstü qoyulub. Film studiyasında Aymanovun muzey kabineti yaradılıb.
Alma-Ata şəhərində Şaken Aymanov adına küçə var.
Yaşadığı evə onun xatirə lövhəsi vurulmuşdur.
Pavlodarda onun adına kinostudiya var.
Alma-Ata şəhərində 2003-cü ildən 2014-cü ilədək illik "Şaken ulduzları" (qaz. Шәкен Жұлдыздары) adlı animasiya filmləri festivalı keçirilmişdir.
Şaken Aymanovun 100 illik yubileyi münasibətilə üzərində 2014-cü il yazılmış poçt markası miniatür[8] filateliya məhsulu kimi 12 yanvar 2015-ci ildə Qazaxıstan poçtu tərəfindən dövriyyəyə buraxılmışdır[9].
Ailəsi
redaktəQardaşı — Kauken Kenjetayev (1916—2008), müğənni, Kazak Opera və Balet Teatrının direktoru, Qazaxıstan SSR-nin xalq artisti (1959);
Oğlu — Murat Aymanov (1939—1993);
Qızı — Mayra Aymanov (1938—1993), opera müğənnisi, Asanali Aşimovun həyat yoldaşı idi.
İstinadlar
redaktə- ↑ 1 2 3 4 5 6 7 8 9 AYMANOV Şaken Kenjetayeviç Arxivləşdirilib 2022-08-13 at the Wayback Machine. ensiklopediya.gov.az (az.)
- ↑ Kazakh festival awards Iranian films. presstv.ir
- ↑ Faces of history: Shaken Aimanov. caspionet.kz
- ↑ "Рекомендательный библиографический указатель/Национальная библиотека РК". «Voxpopuli.kz». 2017-02-03 tarixində arxivləşdirilib. İstifadə tarixi: 3 февраля 2017.
- ↑ Жолдасбекұлы М., Салғараұлы Қ., Сейдімбек А. Айманов Шәкен // Елтұтқа. Ел тарихының әйгілі тұлғалары. — Астана: KÜL TEGIN, 2001. — С. 335-336. — 358 с. — ISBN 9965-441-26-X.
- ↑ "3rd Moscow International Film Festival (1963)". 2014-03-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2014-03-29.
- ↑ Архивная служба Павлодарской области :: Календарь памятных дат[ölü keçid]
- ↑ miniature sheet of 1[ölü keçid]
- ↑ "KZ002.15". 2022-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-11-09.
Xarici keçidlər
redaktə- Şaken Aymanov — IMDb səhifəsi