Samama Elesgerova - Wikipedia
Şamama Məmmədkərim qızı Ələsgərova (8 mart 1904, İrəvan – 2 aprel 1977, Bakı) — həkim, mama-ginekoloq, Azərbaycan SSR Ali Sovetinin IX çağırış deputatı, Sosialist Əməyi Qəhrəmanı (1969). Uzun illər Krupskaya adına 5 nömrəli doğum evinin direktoru işləmişdir. Dövlət və elm xadimi Əziz Əliyevin bacısıdır.[1]
Şamama Ələsgərova | |
---|---|
Şamama Məmmədkərim qızı Ələsgərova | |
Doğum tarixi | 8 mart 1904 |
Doğum yeri | |
Vəfat tarixi | 2 aprel 1977 (73 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | Fəxri Xiyaban |
Vətəndaşlığı |
Rusiya imperiyası→ AXC→ SSRİ |
Həyat yoldaşı | Abdulla İbrahimov |
Uşağı | Sona İbrahimova |
Atası | Məmmədkərim Əliyev |
Anası | Zəhra xanım Süleymanbəyova |
Fəaliyyəti | ginekoloq |
Mükafatları |
|
Həyatı
redaktəŞamama Ələsgərova 1904-cü il martın 8-də İrəvanda anadan olmuşdur. Atası Məmmədkərim Kərbəlayi Qurbanəli oğlu İrəvanın bəy nəslindən Zəhra xanım Süleymanbəyova ilə ailə qurmuş, cütlüyün bu evlilikdən beş övladı dünyaya gəlmişdi: Tərlan, Göyçək, Əziz, Şamama, Ziyad. Şamama ailənin 3-cü qız övladı idi. O, ilk təhsilini gimnaziyada almışdı. Daha sonra ali təhsil almaq üçün Azərbaycan Tibb İnstitutuna daxil olan Şamama xanım, 1941-ci ildə institutu bitirərək cəbhəyə yollanır.
Şamama Ələsgərova Abdulla İbrahimovla ailə həyatı qurmuş, cütlüyün 1925-ci ildə Sona adlı yeganə qız övladları dünyaya gəlmişdir.
Fəaliyyəti
redaktəƏmək fəaliyyətinə müharibə illərindən başlayan Şamama Ələsgərova Azərbaycan SSR Xalq Səhiyyə Komissarlığında şöbə müdiri, kadrlar idarəsinin rəisi olmuşdu. 1945-ci ildə Şamama xanım N. Krupskaya adına 5 nömrəli klinik doğum evinin (hal-hazırda Şamama Ələlsgərova adına 5 nömrəli doğum evi) baş həkimi təyin olunur və ömrünün sonuna kimi — 1977-ci il iyunun 2-nə kimi həmin vəzifəni yerinə yetirir.[2]
Tədqiqat sahəsi
redaktəOnun tədqiqatları, əsasən, ana və uşaqların sağlamlığının qorunmasına, ginekoloji xəstəliklərin müalicə və profilaktikasına həsr olunmuşdur. Şamama Ələsgərova respublikamızda malyariya və helmintoz xəstəliklərinə qarşı mübarizə tədbirlərində fəal iştirak etmişdir
Mükafatları
redaktəŞamama xanım 1958-ci ildə Səhiyyə əlaçısı, 2 il sonra respublikanın əməkdar həkimi adına layiq görülür. 1969-cu il fevralın 5-də ona xidmətlərinə görə Sosialist Əməyi Qəhrəmanı adı verilib. O respublikada bu ada layiq görülən ilk səhiyyə işçisi idi. Şamama xanım haqqında ozamankı dövri mətbutada "Pravda", "İzvestiya", "Komsomolskaya Prvada", "Bakı" və digər mərkəzi orqanlarda müntəzəm olaraq məqalələr dərc edilmişdir. Şamama xanım Azərbaycan SSR Ali Sovetinin doqquzuncu çağırış deputatı olmuşdur, "Şərəf nişanı" ordeni və medallarla tətlif edilmişdir.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Əsgər Zeynalov. "Köklü nəslin şaxələri" (PDF). 10 yanvar 2017. 5 noyabr 2019 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 5 noyabr 2019.
- ↑ Azərbaycan Qadın Ensiklopediyası. Bakı: Azərbaycan Milli Ensiklopediyası nəşriyyatı. 2002. səh. 22.