Samayi Devidson - Wikipedia
Şamayi Devidson (ing. Shamai Davidson; ivr. שמאי דוידסון; 1926, Dublin – 1986, Qüds) — İsrail professoru, psixiatrı və psixoanalitiki. O, ömrünün otuz ilini Holokostdan sağ çıxanlarla işləmiş, onların təcrübələrinin mahiyyətini anlamağa çalışmışdır. Devidson Şalvata Zehni Sağlamlıq Mərkəzinin tibbi direktoru və Eli Vizel adına Holokostun Psixososial Travmasının Tədqiqi kafedrasının sədri olmuşdur.[1] İrlandiyanın Dublin şəhərində anadan olan Devidson[2] Varşava gettosunda, Lodz gettosunda və Çelmno qaz furqonlarında bir çox qohumunu itirmişdir. O, Qlazqo Universitetində və Oksford Universitetinin Tibb Məktəbində tibb təhsili almışdır. Devidson İzrail Çarni və Eli Vizel ilə birlikdə Holokost və Soyqırım İnstitutunu təsis etmişdir. O, ölümünə qədər Holokostdan sağ çıxanları müalicə edən psixiatr və psixoanalitik kimi çalışmışdır.[3]
Şamayi Devidson | |
---|---|
Doğum tarixi | 1926 |
Doğum yeri |
|
Vəfat tarixi | 1986 |
Vəfat yeri | |
Təhsili |
İstinadlar
redaktə- ↑ "Davidson's Biography" (PDF). 2011-07-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2022-02-23.
- ↑ "דוידסון, פרופ' שמאי". 2022-02-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-02-23.
- ↑ Holding on to Humanity--The Message of Holocaust Survivors: The Shamai Davidson Papers. ed. Israel W. Charny, NYU Press, 1995, ISBN 0-8147-1513-3, p. 224