Samil Basayev - Wikipedia
Bu məqalənin neytrallığı şübhə doğurur. |
Şamil Basayev (14 yanvar 1965[1][2][…] – 10 iyul 2006[3][4][…], İnquşetiya[5][6][…]) — Rus-Çeçen müharibəsinin iştirakçısı, Çeçenistanın əfsanəvi səhra komandiri.
Şamil Basayev | |
---|---|
çeç. Баси Салман ВоӀ Шемал | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 14 yanvar 1965[1][2][…] |
Vəfat tarixi | 10 iyul 2006[3][4][…] (41 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | döyüşdə ölüm |
Vətəndaşlığı | |
Təhsili |
|
Hərbi fəaliyyəti | |
Xidmət illəri | 1991-ci ildən |
Rütbəsi | Ordu generalı, podpolkovnik[d], generalisimus |
Döyüşlər | |
Təltifləri | |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəŞamil Basayev 1965-ci il yanvarın 14-də Çeçenistanın Vedeno kəndində anadan olub. Basayevin ailəsi 1944-cü ildə Stalinin sərəncamıyla Qazaxıstana və Sibirə sürgün edilən 800 min çeçen ailəsindən biri olub. Xruşşovun hakimiyyətə gəlişindən sonra 1957-ci ildə sürgündəki çeçenlər öz torpaqlarına qayıdırlar. Şamil 1982-ci ildə orta məktəbi bitirdikdən sonra iki il sovet ordusunda xidmət edir. Xidməti başa vurduqdan sonra Volqoqradda, Moskvada mühəndis kimi çalışır. Şamil Basayev sonralar verdiyi açıqlamasında inqilabçı ruhunun formalaşmasında Çe Qevara amilinin rol oynadığını qeyd edir. Moskvadakı otağında Çenin böyük portretini yapışdırdığını da sözlərinə əlavə edir.
1991-ci ildə SSRİ-nin süqutundan sonra Cövhər Dudayev Çeçenistanda prezident seçilir. Dudayev prezident seçilən kimi Çeçenistanın müstəqilliyini elan edir. Rusiya Çeçenistanın müstəqilliyini elan etməsindən dərhal sonra Çeçenistan sərhədinə qoşun yığır. Dünyaya Çeçenistan həqiqətlərini çatdırmaq üçün Basayev Rusiya hava yollarına məxsus təyyarəni Ankaraya qaçırdır. 1992-ci ildə Dudayevin tapşırığıyla Abxaziyaya gedən Basayev abxazların gürcülərə qarşı savaşına da ciddi dəstək verir. Abxaziyanın Xalq Qəhrəmanı adına layiq görülən çeçen komandir Dağlıq Qarabağ müharibəsi zamanı mücahidləriylə birgə ermənilərə qarşı vuruşur, hətta Şuşanın onun tərəfindən müdafiə olunması təklifini irəli sürür.
Rus qoşunlarının 1994-cü ilin dekabr ayında Çeçenistana müdaxiləsindən sonra Dudayevin ən güvəndiyi generala çevrilən Şamil ruslar tərəfindən ən çox axtarılan çeçen komandir olur. Azadlıq savaşında Şamilə ən böyük zərbə ailəsinin yaşadığı evin bombalanması olur. 1995-ci ildə ruslar qırıcı təyyarələrlə Şamilin evini bombalayırlar. Bombardman nəticəsində Şamilin abxaz həyat yoldaşı da daxil olmaqla 11 ailə üzvi öldürülür. Ailəsinin məhvi şübhəsiz, Şamilə pis təsir etmişdi. Ancaq Şamil verdiyi müsahibədə bu haqda belə deyirdi:
“Ailəmin intiqamı üçün yox, vətənim üçün vuruşuram. Savaşım müstəqillik üçündür”. Ona terrorçu damğası yapışdıranlara isə fikir vermirdi. O, “Allah bilir mən kiməm və nə istəyirəm” deyirdi.
Şamil öz adından daha çox “Budenosvk” əməliyyatından söz etdirə bildi. 1995-ci ildə Moskvaya gedən avtomobillərin içindəki tabutlarda 150 nəfər mücahidlərin arasında gizlənən Basayev öz dəstəsiylə Budenovsk şəhərindəki polis şöbəsinə hücuma keçir. Polis şöbəsindən sonra isə şəhər xəstəxanasına basqın edən Basayev sakit, üzü tüklü və başındakı yaşıl sarğının üstündə “Allahu Əkbər” sözləri yazılmış vəziyyətdə dünya gündəmini zəbt etdi. Xəstəxanaya rusların hücumunun qarşısını almaq üçün mücahidlər əsirlərin üzərinə benzin tökərək pəncərələrin qarşısında qoymuşdular.
Budenovsk hücumu zamanı Rusiyanın sabiq prezidenti Boris Yeltsin Kanadada “G-7” sammitində iştirak etdiyi üçün Şamillə danışıqları baş nazir Viktor Çernomırdin aparırdı. Baş nazirlə Şamil arasında 36 saat ərzində 5 telefon danışığı olmuşdu. Efirdən birbaşa canlı yayımlanan dialoq belə idi:
V. Çernomırdin: - Basayev, sən belə davam etsən, sənin üçün çox pis olacaq. Dünya və rus xalqı qarşısında söz verirəm ki, sənə heç nə olmayacaq.
Ş. Basayev: - Sənə inanmıram. Sən bir tərəfdən təhlükəsizliyimizə təminat verirsən, bir tərəfdən də başımıza bombalar atırsan. Ancaq mən sənə güllə atmıram.
Uzun danışıqlardan sonra razılaşma baş tutur. Şamilin tələbləri yerinə yetirilir. Yeddi avtobus və meyidləri daşımaq üçün soyuduculu avtomobil xəstəxanaya göndərilir. Basayev və mücahidləri 150 əsirlə birlikdə snayperlərin nişanı altında Budenovsku tərk edirlər. Şamil də sözünü tutur və əsirlər sərbəst buraxılır. Budenovsk əməliyyatı rusları təşvişə salır. Budenovsk teraktı haqda sonralar Şamil bunları xatırlayır:
“Budenovska getməyəcəkdim. Mən Moskvanı nəzərdə tutmuşdum. Sadəcə, pulumuzun bitməyi planımın dəyişməyinə səbəb oldu və Budenovsk əməliyyatını reallaşdırdım. 300 rus əsgərini öldürdük, iki vertolyotlarını vurduq. Xəstəxanaya hücum etmişdik, ancaq ruslar Çeçenistanda doğum evlərini bombalayırdılar”.
1996-ci ilin 21 aprelində Cövhər Dudayev öldürüldükdən sonra dövlətin idarəsini ələ keçirən Şamil Basayev birinci Rus-Çeçen müharibəsində ruslara ciddi zərbələr vurur. Rusiyanın o vaxtkı Müdafiə naziri Qraçovun 1994-cü ildə verdiyi “İki saata Qroznını ələ keçirəcəyik” açıqlamasından sonra müharibə iki il davam edir. Rusiya üçün fiasko hesab edilən savaşın kuliminasiya nöqtəsi “Cövhərqala ” əməliyyat olur. “Cövhərqala” əməliyyatına Basayev rəhbərlik edir. Əməliyyat savaşın bitməsinə birbaşa təsir edir və 1996-cı il 31 avqustda “Xasavyurt” müqaviləsiylə Çeçenistanda sülh bərqərar olur. Rusiya qoşunlarını Çeçenistandan çıxarır.
Şamil Basayev faktoru rusları narahat etməyə başlayır. Dudayevdən sonra dövlətin başına Aslan Məshədov keçir. 1997-ci ilin aprel ayında Basayev baş nazir seçilsə də çox keçmir ki, istefa verir. 1999-cu ildə yeni yaradılmış İslam Şurasının sədri seçilən Basayev və Əmir Xəttab iki min mücahidlə Rusiyaya qarşı ikinci savaşa başlayır. İkinci Rus-Çeçen müharibəsi zamanı paytaxt Qroznının müdafiəsində sağ ayağını itirən Şamil silahını yerə qoymur.
2002-ci ilin oktyabrında Moskvadakı məşhur “Nord Ost” teatrına hücumdan sonra Məshədovla aralarında konflikt yaranır. Səbəb Şamilin Məshədovdan icazəsiz, özbaşına hücumu həyata keçirməsi olur. İki ildən sonra Şimali Osetiyanın Beslan şəhərində orta məktəbə hücumunun təşkilatçılığını da üzərinə götürən Şamilin başına 10 milyon dollar mükafat qoyurlar. Məktəbin mühasirəsini dünyaya canlı yayımlayan ruslar dünya ictimaiyyətinin diqqətini çəkərək Basayevin terrorçu obrazını yarada bilirlər. Doku Omarovun köməkçisi vəzifəsində olan Şamil Basayev 2006-ci ilin 10 iyul tarixində İnquşetiyada gedən avtomobil kortejindəki bombanın partlamasından sonra dünyasını dəyişir...
2005-ci ildə Amerika Birləşmiş Ştatlarının “ABC” telekanalının rusiyalı müxbiri Andrey Babitskiyə müsahibə verən çeçen səhra komandiri Şamil Basayev ona günahsız yerə öldürdüyü rusiyalı uşaq və qadınlar barədə verilən suala belə cavab verir:
“Bəs Çeçenistanda öldürülən günahsız körpələr? Günahsız yerə öldürülən 40 min çeçen körpənin qatilləri kimlərdir?”
İstinadlar
redaktə- ↑ 1 2 http://www.bbc.co.uk/2/hi/europe/4727935.stm.
- ↑ 1 2 Bibliothèque nationale de France Chamil Salmanovitch Bassaïev // BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ 1 2 http://english.pravda.ru/accidents/21/96/382/14918_basayev.html.
- ↑ 1 2 http://www.tandfonline.com/doi/pdf/10.1080/17440570601073301.
- ↑ 1 2 http://www.npr.org/templates/story/story.php?storyId=5546089.
- ↑ 1 2 http://usatoday30.usatoday.com/news/world/2006-07-11-russia-basayev_x.htm.
Xarici keçidlər
redaktə- [1] Arxivləşdirilib 2011-11-10 at the Wayback Machine