Samil Ceferov - Wikipedia
Bu məqalədə heç bir məlumatın mənbəsi göstərilməmişdir. |
Cəfərov Şamil Talıb oğlu (10 aprel 1929, Gəncə, Gəncə dairəsi – 23 yanvar 1990, Bakı) — Azərbaycan SSR-nın əməkdar mühəndisi, neftçi, konstruktor, neft quyularının ayrılıq istismarının təsisçisi və banisi, neft sənayesində 45-dən artıq ixtiranın müəllif və həmmüəllifi, "Soyuzneftemash" Ümumittifaq Sənaye Birliyinın baş direktoru, "Neftmaş" Xüsusi Konstruktor Bürosunun yaradıcısı və daimi rəhbəri.
Cəfərov Şamil Talıb oğlu | |
---|---|
Doğum tarixi | 10 aprel 1929 |
Doğum yeri | |
Vəfat tarixi | 23 yanvar 1990 (60 yaşında) |
Vəfat yeri | |
Vəfat səbəbi | ürək tutması |
Dəfn yeri | |
Milliyyəti | azərbaycanlı |
Təhsili | |
Fəaliyyəti | mühəndis |
Həyatı
redaktəCəfərov Şamil Talıb oğlu 1929-cu il 10 aprel tarixində Gəncədə sadə zəhmətkeş kəndli ailəsində anadan olmuşdur. İlk təhsilini 1937-ci ildə Bakıdakı 32 saylı məktəbdə almış, 1941-ci ildən isə Gəncə şəhərinin 7 saylı məktəbində davam etdirmişdir. 1944-cü ildə Bakı Enerji Maşınqayırma Texnikumunun maşınqayırma bölməsinə daxil olub oranı 1948-ci ildə bitirmişdir. Həmin il maşınqayırma texnologiyası ixtisası üzrə Azərbaycan Sənaye İnstitutunun (hazırda Azərbaycan Dövlət Neft Akademiyası) neft-mexanikası fakültəsində təhsil almışdır.
1950-ci ildə Azərbaycan Politexnik İnstitutuna köçürüləndən bir il sonra neft hasilatı üzrə Azərbaycan elmi-tədqiqat institutunda mühəndis kimi işləməyə başlamışdır. 1953-cü ildə institutu bitirərək Cəfərov həyatını Azərbaycanın neft mühəndisliyinə həsr edir.
1951–1955-ci illərdə Cəfərov Azərbaycan Neft Sənayesi Elmi-Tədqiqat və Layihə İnstitutunda işləmişdir.
1952–1957-ci illərdə təhsillə işi birləşdirərək, Azərbaycan Neft Hasilatı Elmi-Tədqiqat İnstitutuna Firudin Axundovun ("Azərbaycanlı Edison") təkliflərini həyata keçirən laboratoriyaya işə qəbul edilmişdir.
1955–1966-cı illər ərzində Azərbaycan Elmi-Tədqiqat Neft Maşınqayırma İnstitutunda sıravi mühəndis kimi işə başlayıb institutun elmi işlər üzrə direktorun müavini vəzifəsinə yüksəlmişdir. Bu dövrdə ərzində Cəfərovun bilavasitə rəhbərliyi altında Respublikamızın neft mədənlərində geniş istifadə edilən borusuz dərinlik nasos qurğuları, müxtəlif istismar pakerləri və neft quyuları üçün yüksək texniki-iqtisadi göstəricilərə malik olan yeni avadanlıq dəstləri ixtira olunub. Bu avadanlıq təkcə Azərbaycanda deyil, SSRİ-nin bütün neft mədənlərində geniş tətbiq olunurdu və bu gün də istifadə olunur.
Cəfərovun çoxsaylı mühəndis ixtiraları, yorulmaz səylə və təşəbbüsü sayəsində 1966-cı ildə SSRİ Nazirlər Sovetinin sərəncəmı ilə Bakıda "Ayrılıq istismar üzrə Xüsusi Konstruktor Bürosu" yaradılır. Şamil Cəfərovun 20 ildən artıq rəhbərlik etdiyi bu büro neft hasil edən maşın və avadanlıqların layihələndirilməsini həyata keçirirdi.
1966–1974-cü illəri əhatə edən dövr ərzində yeni yaradılmış Xüsusi Konstruktor Bürosunda layihələndirilən, yüksək texniki səviyyəsi ilə fərqlənən müxtəlif tipli quyu avadanlıqları, o cümlədən
20 yanvar 1990-cı ildə baş verən Qanlı Yanvar hadisələri Cəfərovu çox sarsıtmışdı. Şamil Talıb oğlu Cəfərov şəhidlərin dəfn mərasimində iştirak edərək evinə qayıdandan sonra ürəyi dözməyib geniş infarkt keçirərək 23 yanvar tarixində vəfat edib. Şamil Cəfərov Xırdalan qəbiristanlığında dəfn edildi.