Sarl Kulon - Wikipedia
Şarl Kulon (fransızca: Charles de Coulomb; 14 iyun 1736 − 23 avqust 1806) – fransız hərbi mühəndisi, fizika alimi. O, yüklənmiş cisimlərin, həm də maqnitlərin qütblərinin qarşılıqlı təsirini öyrənmiş, sürtünmə qüvvələrini tədqiq etmişdir. Elektrik yükünün vahidi və elektrik yüklərinin qarşılıqlı cazibə qüvvəsi qanunu onun şərəfinə adlandırılmışdır.
ŞARL KULON | |
---|---|
fr. Charles-Augustin de Coulomb[1][2][…] | |
Doğum tarixi | |
Doğum yeri | Fransa |
Vəfat tarixi | (70 yaşında) |
Vəfat yeri | Paris, Fransa |
Təhsili |
|
Fəaliyyəti | fizik, mühəndis, zabit, hərbi qulluqçu, əsgər |
Üzvlüyü |
|
Vikianbarda əlaqəli mediafayllar |
Tərcümeyi halı
redaktəŞarl Kulon 14 iyun 1736-cı ildə Anqulem şəhərində, dövlət məmuru ailəsində anadan olmuşdur. Saray əyanları üçün nəzərəd tutulan, o dövrün ən tanınmış məktəbində "Dörd millət kolleji"ndə ("Mazarani" kolleci) təhsil almışdır. Bu məktəbi bitirdikdən sonra 1760-cı ilin fevralında imtahan verərək, XVIII əsrin ən yaxşı məktəblərindən olan Mezyeredəki hərbi-mühəndis məktəbinə daxil olur. Həmin məktəbi 1761-ci ildə bitirir və leytenant rütbəsini alır. Bundan sonra o Brest şəhərinə göndərilir. Orada o kartoqrafik işlərlə məşğul olur. Sonra bir neçə il Kulon Fransaya mənsub olan, Martinka adalarında yerləşən hərbi-mühəndis hissələrdə xidmət edir. Bir neçə dəfə ağır xəstələnir. Sağlamlığına görə Fransaya geri qayıdır və La-Roşelidə xidmət edir. 1781-ci ildə əsası olaraq Parisə gəlir və burada su və fontan layihələrinə rəhbərlik edir. Həmin ildə o Fransız elmlər akademiyasına üzv seçilir. 1781-ci ildə inqilab başlayandan sonra o istefaya gedir və Bluaya öz malikanəsinə köçür və vaxtını sınaqlara həsr edir.
İnqialbdan sonra Elmlər akademiyası onu dəfələrlə Parisə ölçü və kütlələrin təyinində iştirak etməyə dəvət edir. Kulon milli instutut dəyişən ilk üzv olur. 1782-ci ildə o ictimai tikililər üzrə inspektor təyin edilir. Amma hərbi xidmət zamanı aldığı sağlamlıq problemləri alimə bu işdə özünü göstərməyə imkan vermir.
Kulon 23 avqust 1806-cı ildə Parisdə vəfat edir. Onu adı Eyfel qülləsinin birinci mərtəbəsində yerləşən, Fransanın dahi alimləri siyahısna daxilib edilib.
Elmi fəaliyyəti
redaktəHələ 1770-ci illərin əvvəllərində, Martinikidən qayıdanda, Kulon aktiv olaraq elmi tədqiqat işləri ilə məşğul olmağa başlayır. O texniki mexanika haqqında elmi işlər çap etdirir (tikililərin statikası, külək dəyirmanlarınınn nəzəriyyəsi, sapların burulmasının mexaniki aspektləri və s.). Kulon burulma qanununu formulə edir, o həmçinin sonradan elektrik və maqnit qüvvələrinin qarşılıqlı təsirini ölçmək üçün tətbiq etdiyi burulan tərəziləri ixtira edir.
1773-cü ildə o materila qoyulan normal gərginliyin qiymətindən asılı olaraq yaranan toxunan gərginlikləri təsvir edən, Mor-Kulon nəzəriyyəsinin əsası təsvir edən elmi işi işıq üzü görür. 1781-ci ildə sürüşmə və yırğalanma nəzəriyyəsini təsvir edir, və quru sürtünmənin tərifini verir. 1785-1789-cu illər arasında yeddi memuar çap etdirir. Bu işlərində o elektrik yüklərinin və maqnit qütblərinin qarşılıqlı təsiri (Kulon qanunu), həmçinin naqilin səthində elektrik yüklərinin paylanma qanunauyğunluqlarını təsvir etmişdir. Maqnit momenti və yüklərin qütbləşməsi mövhumunu elmə daxil etmişdir.
1789-cu ildə sürüşmə sürtünməsinin nzəriyyəsi işi çap olunur (Théorie des machines simples, en ayant égard au frottement de leurs parties et à la roideur des cordages).
Mənbə
redaktə- Кулон, Шарль-Огюстен // Энциклопедический словарь Брокгауза и Ефрона: В 86 томах (82 т. и 4 доп.). — СПб., 1890—1907.
İstinadlar
redaktə- ↑ Charles-Augustin de Coulomb // Encyclopædia Britannica (ing.). Encyclopædia Britannica.
- ↑ Encyclopædia Universalis (fr.). Encyclopædia Universalis, 1968.