Sevkefza Sultan - Wikipedia
Şövqəfza Sultan (Osmanlı türkcəsi: شوقافزا سلطان) (12 dekabr 1820, Poti – 17 sentyabr 1889, Çırağan sarayı) — 31-ci Osmanlı sultanı Əbdülməcidin xanımlarından biri və 33-cü Osmanlı sultanı V Muradın anası.
Şövqəfza Sultan | |
---|---|
30 may 1876 – 31 avqust 1876 | |
Əvvəlki | Pərtəvniyal Sultan |
Sonrakı | Rəhimə Pərəstu Sultan |
Şəxsi məlumatlar | |
Doğum tarixi | 12 dekabr 1820 |
Doğum yeri | |
Vəfat tarixi | 17 sentyabr 1889 (68 yaşında) |
Vəfat yeri | |
Dəfn yeri | |
Fəaliyyəti | Validə Sultan |
Atası | Mehmed bəy Zaurum |
Anası | Cəmilə xanım |
Həyat yoldaşı | |
Uşağı | |
Ailəsi | Osmanlı xanədanı |
Dini | xristianlıq, sünni islam, islam |
Həyatı
redaktəŞövqəfza Sultan 1820-ci ildə, o illərdə Rusiya imperiyasına aid olan Poti şəhərində dünyaya gəlmişdir. Atası Mehmed bəy Zaurum, anası isə ubix əsilli Cəmilə xanımdır. Ailənin ondan başqa Fatma Laleru adlı bir qızı daha vardı. Ailə bölgədə baş verən siyasi hadisələr səbəbilə İstanbula köç etmiş, hər iki qızını da Sultan Mahmudun sarayına təslim etmişdir. Sarayda Sultan Mahmudun xanımlarından Nurtab Sultanın himayəsinə verilən bacılar mükəmməl saray təhsili aldılar.[1]
14 yaşı olanda yeni taxta çıxmış Sultan Əbdülməcidin hərəminə alındı və 1 avqust 1839-cu ildə Topqapı sarayında cütlük evləndi. Bu evlilikdən 2 övladı dünyaya gəldi. Böyük övladı gələcəkdə taxta çıxan Murad Əfəndi, kiçik övladı isə 3 yaşında vəfat edən Aliyə Sultan idi. Hərəmdə ən yaxın rəfiqəsi isə Sultan Əbdülməcidin övladı olmayan xanımı Sərvətsəza xanım idi. Validə Bəzmialəm Sultanın vəfatından sonra hərəmin idarəsinə gətirilən Sərvətsəza xanım Murad Əfəndinin taxta çıxması üçün Şövqəfza Sultanla vəliəhd Əbdüləziz Əfəndi və anası Pərtəvniyal Sultana qarşı birləşdilər.
Bütün səylərinə baxmayaraq Sultan Əbdülməcidin vəfatından sonra taxta qardaşı Sultan Əbdüləziz çıxdı. Sultan Əbdüləziz səltənətində də müxalif qüvvələrə dəstək verən bu xanımların səyləri nəticəsində 1876-cı ilin mayında Sultan Əbdüləziz taxtdan endirildi. Elə həmin gecə Şövqəfza Sultan, ögey qızı Fatma Sultanın əri Nuri Paşayla birlikdə Dolmabağça sarayına girərək sabiq sultanın bütün sərvətinə əl qoydu və hərəmini saraydan qovdu. Ancaq oğlunun əqli zəifliyi baş verən hadisələrin ardından daha da ağırlaşmış, 3 aylıq səltənətin ardından V Murad taxtdan endirilmişdi.
Oğlu və oğlunun hərəmiylə birlikdə qalan ömrünü Çırağan sarayında keçirən Şövqəfza Sultan yenə də iqtidar mübarizəsindən əl çəkmədi. Oğlunu Çırağan sarayından qaçıraraq yenidən taxta çıxarmağı planlayan Çırağan hadisəsinin ortaqlarından biri idi. Buna baxmayaraq bu plan baş tutmamışdı. Araya müxtəlif adamlar salaraq Sultan Əbdülhəmiddən oğlunu azad etməsini istəsə də, alınmadı. Hətta deyilənlərə görə, V Muradın güclü tərəfdarlarından olan Sərvətsəza xanım Ramazan ayında bir gecə Sultan Əbdülhəmidi ziyarət edərək taxtı Murad Əfəndiyə geri qaytarmasını istəmiş, bundan qəzəblənən Sultan Əbdülhəmid Sərvətsəza xanımı Bəyoğlundakı sarayında zəhərləyərək öldürmüşdür.
1881-ci ildə qurulan Ulduz məhkəməsində Sultan Əbdüləzizin qətlində şəxsən itirak etdiyi dəqiqləşsə də, sabiq validə sultan olması səbəbilə məhkəmə prosesindən uzaq tutuldu. 1889-cu ildə boynunda çıxan şiş səbəbilə səhhəti pisləşdi. 3 aylıq xəstəliyin ardından 17 sentyabr 1889-cu ildə Çırağan sarayında vəfat etdi. Cənazəsi Yeni Məsciddəki Validə Turhan Sultan türbəsinə dəfn edildi.
Övladları
redaktə- Murad Əfəndi
- Aliyə Sultan (d. 20 oktyabr 1842 — ö. 10 iyul 1845)
Mənbə
redaktə- Necdet Sakaoğlu, Bu Mülkün Kadın Sultanları, 4. Baskı, Sayfa: 421
- M. Çağatay Uluçay — Padişahların Kadınları ve Kızları, p. 141
- Açba, Harun (2007). "Bölüm 2: Sultan I. Abdülhamid Han Ailesi". Kadınefendiler: Son Dönem Osmanlı Padişah Eşleri (in Turkish) (1 ed.). Istanbul: Prolil Yayıncılık. p. 28
İstinadlar
redaktə- ↑ Açba, Harun. Kadın efendiler: 1839–1924 Arxivləşdirilib 2021-08-24 at the Wayback Machine. — Profil, 2007. — С. 212. — 221 p. — ISBN 978-9-759-96109-1