Seyx Xezel - Wikipedia
Şeyx Xəzəl bin Cabir xan əl-Ərəbi (ərəb. الشيخ خزعل بن جابر الكعبي) — Qacar dövründə,Xuzistan (o zaman Ərəbistan) yarı-muxtar hökmdarı idi.
Şeyx Xəzəl | |
---|---|
شیخ خزعل | |
Doğum tarixi | |
Doğum yeri | |
Vəfat tarixi | (72 yaşında) |
Vəfat yeri | |
Vətəndaşlığı | İran |
Həyat yoldaşı | Fəxrossəltənə |
Milliyyəti | Ərəb |
Fəaliyyəti | siyasətçi |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəSeyx Xəzəl Bəni Kəb qəbiləsindən və İranın İngiltərə yönümlü adamlarından idi ki, məşrutə dövründən etibarən, Xuzistan əyalətində İranın siyasi hadisələrində əhəmmiyyətli rol oynamışdı. O məşrutiyyət inqilabından havadarlıq elədi və ikinci dünya müharibəsində İngiltərəyə dəyərli yardımlar elədi. Beləliklə, o eliyə bildi İngiltərənin tam əminliyin özünə cəlb eləsin və o dövlətin arxa durmasila Xuzistanın güclü və taysız hakiminə çevirilsin. Xuzistan kimi neft çıxan və stratejik reqyonun əhəmiyyəti və mövqeyini nəzərə alaraq, Şeyx Xəzəlin olması Britaniyaya çox yüksək əhəmiyyətə malik idi. Amma nəhayətən Şəmsi 1303-cü ildə Rza xan vasitəsilə İranın və Xuzistanın siyasət səhnəsindən silindi.
O zaman ki Rza xan Xəzəlin aradan qaldırmasına əl atdı, Səadət Qiyamı Komitəsinin təhriklərini ona əlamət bildi ki, Şeyx Xəzəl Xuzistanın İrandan ayrılmasını istəyir və İngiltərə dövləti də bu pis fikirdə ondan himayə edir. Beləliklə belə göstərdi ki, Şeyx Xəzəlin aradan qaldırması, İranın parçalanmasının qarşısın almaq və İngiltərənin ən əhəmiyyətli amili və o dövlətin mənfəətlərilə mübarizə deməkdir. "Səfər name-ye Xuzistan" kitabı təkcə bu baxımın ilqası və əsaslandırması üçün idi. Rza xandan peyrovluqda, sair Pəhləvi sevərlər və Pəhləvi yazıçıları da bu iddianın izahında yazıblar və Pəhləvi tarixçilik mətnlərindən bir toplumun buna ixtisas veriblər. Beləki, çoxlu o kimsələr ki, tarixi bilikləri adı gələn tarixçiliyə həsr olub, Şeyx Xəzəlin siyasi həyatının kino filmindən təkcə 1303-cü il böyüdülmüş və təhrif olunmuş şəkili yadlarındadır və görürlər.
Amma rayic Pəhləvi tarixçiliyindən müstəqil baxım, Şeyx Xəzəlin aradan qaldırmasından başqa bir rəvayəti var. Adı gələn baxımın əhəmmiyyətli fərz olunmuşları budur ki, Britaniya dövləti 1299-cu il çevrilişinin həyata kiçirilməsilə və daha bir əmin amilin iş üstünə gəlməsilə ki, Xuzistandan əlavə, İranın başa-başından onlara əlverişli olsun, daha yerli cuzi dəstpərvərdələrdən ehtiyacsız olub və onlara artıq və istehlak dövranları başa çatmış bir alət kimi baxırdırlar. Bu səbəbdən onların aradan qaldırmasın öz öhdəsinə götürdü və o qədər ki, kodota dövlətinin qurulması və möhkəmlənməsindən əmin olurdu. Bu yerli dəstpərvərdələrin himayəsindən əl çəkirdi və kodota dövlətin onların aradan qaldırmasında yardım eliyirdi. Bu ehtiyatlı və tədrici prosesdə Xəzəl onların ən əhəmiyyətli və sonuncusu idi. Bu baxımdan, Xəzəlin aradan qaldırması nə fəqət İngiltərəyə qarşı təşəbbüs deyildi, bəlkə həqiqətdə, o dövlətin istəyi və onun proqramları və mənfəətləri istiqamətindədir.
Belə nəzərə gəlir ki bu baxımın təsdiqində olan çoxlu subutlardan əlavə, ən azı Britaniya xarici işlər nazirliyinin yayılmış sənədləridə Pəhləvi tarixşünaslığında hakim olan baxımı etibarsız eliyib və müstəqil baxımı təsdiq eliyir.
Lorin 7 fevral 1924/ 17 bəhmən 1302, sadəcə bir il Xəzəlin aradan qaldırmasından öncə verdiyi raportda deyir ki, Şeyx indi üyğunsuz bir kəsə çevrilib ki, onun taleyi əsil mülahizədən ayrılmış olmalıdır və indi əsil mülahizə sabit və birparça İran, Sovetin Hindustan və Fars körfəzinə olan hədəsinin qarşısında qoruyucu bir divardır.
O, 20 fevral 1922/1 İsfənd 1300-də bir başqa raportda yazır: "Rza xan o iş ki, İngiltərəlilər istiyirdi İngiltərəlilərin əlilə həyata keçsin, İranlıların əlilə ediləcək. 1301-ci ilin 12 şəhrivərində o Korzona bir raportda yazır: "Daima gərək xatırladaq ki, bizmlə İran arası münasibətlərdə əsil norma, Tehrandır. Və bu ki, İran imperiyasının tam bir parçalığı, tam şəkildə və uzun zaman boyu Britaniyanın mənfəətlərinə bizim yerli xüsusi dəst pərvərdələrimizin ayrı-ayrı üstünlüyündən daha əhəmmiyyətlidir.
10 yanvar 1923/19 Dey 1301 başqa bir məruzədə Rza xanın bir sıra irəlilişlərindən əmin olandan sonra yazır : "İndi vaxtı yetişib ki, yerli dəst pərvərdələrimiz ilə ilgilərimizi boşaldaq və müharibə naziri (Rza xan)-a arxa durmaq yəqin ki, yerli dostluqlarımızı pozmaq deməkdir ki, ən əhəmmiyyətli və ən çətini əlbəttə ki, Mühəmmərə Şeyxi (Xəzəl) dir. Başqa bir məruzədə deyib, Rza xan eliyə bilər bizim üçün çox dəyərli olsun və nigaranlığın açıqlıyır ki, əgər Rza xan işlərində uğur qazanmiya, onun düşmənləri Tehranda firsət bilib onu işdən qırağa qoyarlar.
Başqa məruzələrdə gəlib, Rza xan hazırlıqdan sonra, İngiltərə məqamlarına əminlik verir ki, cənubun uğurlu əməliyyatına hazırdır. Onun heysiyyəti təhlükəlidir və cənuba getməlidir. İngiltərə dövləti isə bu əminlikdən sonra və Rza xanın qorunub möhkəmləndirməsi probleminin gərəkliyin nəzərə alaraq, nə fəqət tədriclə və hiss olunmaz şəkildə Xəzəlin himayəsindən əl götürdülər, habelə sayir koçərilərin ondan arxa durma qarşısın aldılar və nəhayətən ona Rza xana baş əyməyə əmr etdilər.
Bunlar bütünlüklə Britaniyanın xarici işlər nazirliyi məruzələrində əks olunub. Nümunəvi olaraq Xəzəlin aradan qaldırılmasına tam şəkildə zəmin yaranandan sonra, onlar ki, illər boyu onu mərkəzi dövlətlərlə üzləşmaqda və vergi verməməkdə yardım eliyirdilər, nəhayət rəsmi şəkildə bir məktubla ona yazdılar ki, o mərkəzi dövlətə qarşı üsyan və vergi verməmək səbəbindən, Britaniyanın onun muxtarlığın qoruyan öhdəliklərinə əsaslanmaq haqqını əldən verib, çunki bu öhdəliklər mərkəzi hökumətə vəfadarlıqla şərtlənmiş idi!
Nəhayət Lorin, İngiltərənin Əhvazda olan konsulluğuna əmr eliyir ki, Şeyxi məcbur eliyə baş əyib Rza xana tabe olsun.