Sistepe - Wikipedia
Şiştəpə — Azərbaycan Respublikasının Şəmkir rayonunun inzibati ərazi vahidində kənd.
Şiştəpə | |
---|---|
40°50′48″ şm. e. 45°55′40″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Rayon | Şəmkir rayonu |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 489 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ 5726[1] |
Tarixi
redaktə1924-cü ilə qədər bölgədəki Qarabulaq, Novçalı kimi ətraf yüksəkliklərdə o cümlədən Qozlu dərəsi, Səlimli bulağı adlanan ərazilərdə məskunlaşan Sarı Əhmədli, Sədərəkli, Pərzadlı, Məhərli, Mələkli, Nəsifli, Ziyadlı, Xəlilli, Maşadılar, Namazalı, Comardlı, Arıxlı, Bağlar, Lolaşlı vs. kimi sülalalər şura hökumətinin qurulmasından sonra daha aşağıya, Şiştəpə təpəsinin ətrafına məskunlaşdırılmışdır. Bu dövr qədər isə həmin yüksəklilərdəki kənd Zəyəmə tabe olan Yuxarı Ayıblı olaraq adlanmışdır.[2]
Kəndin qəbiristanlığı — Meydanda aparılan araşdırmalar zamanı 2 əsrdən çox yaşı olan qəbrlər ortaya çıxmışdır. Bu cür tapıntılar isə onu göstərir ki, kəndin tarixi rəsmi tarixdən çox daha qədimə söykənir. Araşdırmaçı yazar, Şahbaz Qarayevin "Gülüstan çiçəyi kəndimiz" əsərindəki məlumatlara əsasən, yuxarıda sadalanan sülalələrin yaşadığı bölgə çar dövründə Əyyublu, Yuxarı Əyyublu digər ifadə ilə Ayıblı və Yuxarı Ayıblı adlarını daşımışdır.[3][4]
Əhalisi
redaktəKənd sakinlərinin tamamı türk əsilli olub, oğuzların Əfşar boyundan olduğu təxmin edilir. Kənd əhalisi 5982 nəfərdir ki, onun 3205 nəfərini kişilər, 2777 nəfərini isə qadınlar təşkil edir.
Tanınmışları
redaktə- Qara bəy Qarabəyov — ADR Parlamentinin üzvü, həkim.
- Tariyel İsmayılov — professor, Bərk cisimlər fizikası kafedrası
- Etibar İsmayılov — professor, Kimya elmləri doktoru
- Müsəllim Həsənov — jurnalist, ssenari müəllifi, kino redaktoru, Azərbaycanın əməkdar mədəniyyət işçisi
- Şəhla Nağıyeva — ADU-nin dosenti, tərcüməçi
- Əfqan Xəlilli — tərcüməçi
- İradə Aytel - yazıçı-jurnalist. Azərbaycan Yazıçılar, Azərbaycan Jurnalistlər, Uluslararası Aktivist Sanatçılar və Azərbaycan Vətən Müharibəsi Veteranları İctimai Birliyinin üzvü, Prezident təqaüdçüsü
- Nuru Məmmədov —
İqtisadiyyatı
redaktəKənd sakinlərinin önəmli qismi Rusiya və digər xarici ölkələrdə əsasən meyvə ticarəti ilə məşğuldur. Bundan başqa, ənənəvi heyvandarlıq da kənd iqtisadiyyatında əsas yeri tutur. Kənd sakinləri əkinçiliyə də önəm verir.
İstinadlar
redaktə- ↑ Azərpoçt. "İndekslər" (az.). www.azerpost.az. 2016-04-19 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2016-04-19.
- ↑ Rəhman Salmanlı, Azərbaycan.-2017.-16 mart.-№ 58.-S.7.
- ↑ Şahbaz Qarayev, Gülüstan çiçəyi kəndimiz, Letterpress, Bakı 2013
- ↑ "Şiştəpə həqiqətləri", Məhərrəm Şəmkirli, yenixəbər.org — 04.03.2019 — http://yenixeber.org/edebiyyat/69641-sstepe-heqqetler.html
Şəmkir rayonu haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |
Kənd haqqında olan bu məqalə bu məqalə qaralama halındadır. Məqaləni redaktə edərək Vikipediyanı zənginləşdirin. |