Sihabeddin Yehya Suhreverdinin Eserlerinin Siyahisi - Wikipedia
Şihabəddin Yəhya Sührəvərdi orta əsrlərdə fəlsəfənin inkişafında böyük rolu olan filosof və şair, İşraqilik fəlsəfi məktəbinin yaradıcısıdır.
Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin və onlara yazılmış şərhlərin əlyazma nüsxələri dünyanın bir sıra fond və kitabxanalarında saxlanılır. Tədqiqatçılar həmin əsərləri yazıldığı mövzulara uyğun olaraq müxtəlif qruplara bölmüşlər.
Şihabəddin Sührəvərdinin əsərlərinin mövzu etibarıya təsnifatı şərtidir. Mütəfəkkirin ayrı-ayrı fəlsəfi cərəyanlarla məşğul olduğu dövrlərə mütləq hədd qoymaq mümkün deyil. Məsələn, alim "İşraq fəlsəfəsi" kitabını yaza-yaza digər mövzular üzərində də işləmişdir. Şihabəddin Sührəvərdinin şeirləri isə mütəfəkkirin ümumi yaradıcılığının bir hissəsi olmaqla onun fəlsəfəsinin müəyyən cəhətlərini əks etdirir.[1]
Aşağıdakı siyahıda Şihabəddin Yəhya Sührəvərdinin əsərlərinin mövzulara uyğun qruplaşdırılması AMEA-nın müxbir üzvü Zakir Məmmədovun tədqiqatlarına istinadən hazırlanmışdır.[2] Əsərlərin həm orijinal adı, həm də Azərbaycan dilində adı göstərilmiş, yazıldığı dil qeyd edilmişdir. Qeydlər bölməsində əsər haqqında qısa məlumat göstərilmişdir.
Peripatetizmə dair əsərləri
redaktəOrijinal adı | Azərbaycan dilində adı | Əsərin yazıldığı dil | Qeyd |
---|---|---|---|
"Əqaid əl-hükəma, au itiqad əl hükəma" | "Filosofların görüşləri, yaxud filosofların etiqadı" | ərəb | Əsərin yazılması ortodoksal İslam ideoloqlarının Şərq peripatetiklərinə qarşı güclü hücuma başladığı bir dövrə təsadüf etmişdir. |
"ət-Təlvihat əl-lauhiyyə va-l-ərşiyyə" | "Lövhi və ərşi qeydlər" | ərəb | Əsərdə məntiq, metafizika və təbiətşünaslıq məsələlərindən bəhs edilmişdir. |
"əl-Müqavamat" | "Müqavimətlər" | ərəb | "Lövhi və ərşi qeydlər" kitabına əlavə şəklində yazılmışdır. |
"əl-Məşari va-l-mütarahat" | "Girişlər və qarşıya qoyulmuş məsələlər" | ərəb | Şihabəddin Sührəvərdinin peripatetizmə dair ən böyük və məşhur əsəridir. Əsərdə məntiq, metafizika və təbiətşünaslıq məsələləri araşdırılır. |
"əl-Ləməhət fi-l-həqaiq" | "Həqiqətlərə dair baxışlar" | ərəb | Əsərdə məntiq, metafizika və təbiətşünaslıqla bağlı məsələlər müxtəsər şəkildə işıqlandırılır. Əsərin birinci hissəsi təriflər nəzəriyyəsinə, ikinci hissəsi isə nəfs haqqında təlimə həsr edilmişdir. |
"Təshirat əl-kəvakib va təsbihatüha" | "Planetlərin sübhün açılmasını xəbər vermələri və vəsfləri" | ərəb | |
"ət-Təsbihat va daavat əl-kəvakib" | "Vəsflər və planetlərin yerləşməsi" | ərəb | |
"Məqalat an əl-cism va-l-harakat ər-rəbubiyyə va-l-maad" | "Cisim və hərəkətlər, ilahiyyat və məad haqqında məqalələr" | ərəb | |
"Şərh əl-İşarat va-t-tənbihat" | "İbn Sinanın "İşarələr və qeydlər" əsərinin şərhi" | ərəb | |
"Büstan əl-qülub, ya Raudat əl-tənbihat" | "Ürəklərin bağı" | fars | |
"Yəzdan şenaxt" | "Allahı dərketmə" | ərəb | |
"Risalə fi vasfi-l-üqul" | "Əqllərin vəsfinə dair traktat" | ərəb | |
"Təsbihat əl-üqul və-n-nüfus və-l-ənasir" | "Əqllərin, nəfslərin və ünsürlərin vəsfləri" | ərəb |
Təsəvvüfə dair əsərləri
redaktəOrijinal adı | Azərbaycan dilində adı | Əsərin yazıldığı dil | Qeyd |
---|---|---|---|
"Məqamat əs-sufiyyə və məani müstəlahatihim" | "Sufilərin məqamları və onların istilahları" | ərəb | |
"Mənazil əs-sairin" | "Seyr edənlərin mənzilləri" | ərəb | |
"Risalə fi-t-təsəvvüf fi məqam əl-ərbəin bismihi sübhanihi" | "Sübhanallahın adi ilə qırx məqamda təsəvvüfə dair" | ərəb | |
"Risalət ğayət əl-mübtədi" | "Təsəvvüf yolunu tutanın qayəsi qayəsi traktatı" | ərəb | |
"Kitab fi-t-təsəvvüf yuraf bi-l-kəlmə" | "Sözlə tanıdılan təsəvvüfə dair kitab" | ərəb | |
"Kitab əs-sabr" | "Səbr haqqında kitab" | ərəb | |
"Qissət əl-ğürbət əl-ğərbiyyə au Həyy ibn Yəzqan" | "Qərb qürbəti və yaxud Ayıq oğlu Sayıq haqqında hekayət" | ərəb | İbn Sinanın "Diri Ayıq Sayıq oğlu" əsəri səpkisində yazılmışdır. |
"Risalət ət-tayr" | "Quş haqqında traktat" | fars | Əsərdə quşların timsalında insanlar arasında ünsiyyət nəzərdən keçirilir və mənəvi kamillik təbliğ edilir. |
"Ruzi ba-camaat-e sufiyan" | "Bir gün sufi camaatla birlikdə" | fars | Əsərdə mövcudatın əmələ gəlməsi Şərq peripatetiklərinin emanasiya nəzəriyyəsinə uyğun olaraq izah edilir. Burada aristotelçi fikirlər sufi anlayışları ilə çulğaşmış şəkildə izah edilir. |
"Avaz-e-pər-e Cəbrail" | "Cəbrail qanadlarının səsi" | fars | Əsərdə Varlıq və onun mərtəbələri haqqında peripatetik təlim sufi terminlərdən istifadə edilərək verilir. |
"Əql-e-sorx" | "Qırmızı simanın əqli" | fars | Əsərdə mövcudatın mərtəbələrində fəal əqllər qocalar surətində təqdim edilir. Əsər məzmunu etibarilə peripatetizmə, üslubu və ifadələri baxımından təsəvvüfə yaxındır. |
"Həqiqət əl-eşq, ya munis əl-üşşaq" | "Eşqin həqiqəti yaxud aşiqlərin munisi" | ərəb | Əsərdə varlıq, idrak, etika və estetika məsələləri işıqlandırılır. |
"Lüğət-emuran" | "Qarışqaların dili" | fars | Əsərdə qarışqaların, eləcə də quşların, heyvanların gözü ilə mövcudata nəzər salınır, varlıq və həyat haqqında mühakimələr yürüdülür. |
"Səfir-e simorğ" | "Simurğun səsi" | fars | Əsərin birinci hissəsində başlanğıcdan, ikinci hissəsində isə məqsədlərdən bəhs olunur. |
İşraqiliyə dair əsərləri
redaktəOrijinal adı | Azərbaycan dilində adı | Əsərin yazıldığı dil | Qeyd |
---|---|---|---|
"Hikmət əl-işraq" | İşraq fəlsəfəsi | fars | Filosoun İşraqiliyə dair ən mühüm əsəridir. |
"Həyakil ən-nur" | İşıq heykəlləri | ərəb, fars | Əsəri ərəb dilində yazmış filosof sonradan fars dilinə də tərcümə etmişdir. İşraqi ədəbiyyatda "İşraq fəlsəfəsi" kitabından sonra ən mühüm əsər hesab olunur. |
"əl-Əlvah əl-imadiyyə" | İmadəddin lövhələri | fars | Əsər Harput hökmdarı İmadəddin Qara Aslan ibn Davudun sifarişi ilə yazıldığı üçün belə adlandırılmışdır. Əsər dörd lövhədən (fəsildən) ibarətdir. |
"Pərtov-namə" | İşıqnamə | fars | Əsərdə varlıq təlimi, idrak nəzəriyyəsi müfəssəl araşdırılır, peripatetik fəlsəfədə mühüm yer tutan anlayış və kateqoriyalar işraqilik mövqeyindən təhlil edilir. |
"əl-Bariqat əl-ilahiyyə" | İlahi bərqlər | ərəb | |
"ən-Nəğəmat əs-səmaviyyə" | Səmavi nəğmələr | ərəb | |
"Ləvami əl-ənvar" | İşıqların parıltıları | ərəb | |
"əl-Kəlimat əz-zauqiyyə va-n-nükat əş-şauqiyyə au Risalət əl-əbrac" | Zövqi kəlmələr və şövqi incəliklər, yaxud bürclər traktatı | ərəb |
Müxtəlif mövzulu əsərləri
redaktəOrijinal adı | Azərbaycan dilində adı | Əsərin yazıldığı dil | Qeyd |
---|---|---|---|
"Mükatəbat ila əl-müluk va-l-məşayix" | Məliklərə və şeyxlərə məktublar | ərəb | |
"ət-Tənqihat fi üsul əl-fiqh" | Fiqhin əsaslarına dair düzəlişlər | ərəb | |
"Tühfət əl-əhbab" | Dostların töhfəsi | ərəb | |
"Təvariq əl-ənvar" | İşıqların afətləri | ərəb | |
"əs-Sirac əl-vəhhac" | Parlaq çıraq | ərəb | |
"Risalət təfsir əl-ayət min Kitabillah və xəbər ən Rəsulillah" |
Allahın kitabından ayələrin təfsiri və Rəsulillah haqqında xəbərlər traktatı |
ərəb | |
"əl-Məbdə va-l-məad" | Başlanğıc və son | ərəb | |
"Risalət əl-mirac" | Merac traktatı | ərəb | |
"Kitab əl-münacat" | Minacat kitabı | ərəb | |
"Varidat va təqdisat-əl-Varidat əl-İlahiyyə" | Dilə gətirmələr və təqdis etmələr – İlahi dualar | ərəb | |
"Arvad əs-Sührəvardi" | Sührəvərdi duaları | ərəb | |
"Ədiyət mütəfərriqə" | Müxtəlif dualar | ərəb | |
"əd-Du avat əş-Şəmsiyyə" | Günəş duaları | ərəb | |
"ər-Raqim əl-qüdsi" | Qüdsi məktub | ərəb | |
"Kütub fi-s-simya tənsübü ileyhi" | Sehrkarlığa dair Sührəvərdi kitabı | ərəb | |
"Divan əs-Sührəvərdi" | Sührəvərdi divanı | ərəb, fars | Şihabəddin Sührəvərdinin qəsidə və şeirlərindən ibarət divanıdır. Şeirlərində məhəbbət mövzusu əsas yer tutur. |
İstinadlar
redaktə- ↑ Z. Məmmədov — Şihabəddin Yəhya Sührəvərdi (həyatı, yaradıcılığı və dünyagörüşü), Bakı, Elm, 2009, səh 157
- ↑ Zakir Məmmədov. Şihabəddin Yəhya Sührəvərdi (qısa biblioqrafik məlumat), Bakı, 1991