Simal Maqnit Qutbu - Wikipedia
Şimal maqnit qütbü — xəyalı olaraq yer qabığında 90° həmdəvərində hərəkət edən yerin maqnit qüvvəsinin təsirindən yaranan maqnit qütbü.
Yerləşməsi
redaktəMaqnit qütbləri ilə Coğrafi qütblər eynilik təşkil etməyərək üst-üstə düşmür. XVII əsrdə şimal maqnit qütbü Arktikanın buzlaqları üzərində indiki Kanada sərhədlərinə yaxınlaşırdı. Bu o deməkdir ki, Kompasın əqrəbi şimalı təqribi göstərir. .
Hər gün maqnit qütbü ellip sayağı trayektoriya çızaraq hərəkət edir.[1] Maqnit qütbü il ərzində şimal və şimal-qərb istiqamətində 10 km hərəkət edir.[2] Bu səbəbdən maqnit qütbü daimi bir yerdə qalmır və dəqiq olmur. XX əsrdən qütb Taymır yarımadası istiqamətinə yönəlmişdir. 2009-cı ildə maqnit qütbünün hərəkət surəti 64 km təşkil etmişdi[3].
Şimal maqnit qütbünün əks hissəsində Cənub maqnit qütbü yerləşir. Əks tərəf isə Arktikanın əksi olan Antarktida ərazisində istiqaməti ilbəil dəyişir.
Şimal maqnit qütbü[4][5] | (2001) 81°18′ şm. e. 110°48′ q. u.HGYO | (2004) 82°18′ şm. e. 113°24′ q. u.HGYO | (2005) 82°42′ şm. e. 114°24′ q. u.HGYO | (2010)[6] 85°00′00″ şm. e. 132°36′00″ q. u.HGYO | (2012)[6] 85°54′00″ şm. e. 147°00′00″ q. u.HGYO |
Cənub maqnit qütbü[5][7] | (1998) 64°36′ c. e. 138°30′ ş. u.HGYO | (2004) 63°30′ c. e. 138°00′ ş. u.HGYO | (2007) 64°29′49″ c. e. 137°41′02″ ş. u.HGYO | (2010)[6] 64°24′00″ c. e. 137°18′00″ ş. u.HGYO | (2012)[6] 64°24′00″ c. e. 137°06′00″ ş. u.HGYO |
Qütblər
redaktəMaqnitin bir qurtaracağı şimalda istiqamətlənir. Digər istiqaməti isə cənubadır. Maqnitlər bir birini itələmə xüsusiyətinə malikdirlər. Buda o anlama gəlir ki, əslində şimal maqnit qütbü Cənub maqnit qütbüdür.
Tarixi
redaktə1831-ci ildə ingilis qütb araşdırmaçısı Con Ross Kanada Arktik arxipelaqında maqnit qütbünü aşkarlayır. Burada maqnit əqrəbinin vertikal olaraq 90° bərabər idi. 1841-ci ildə Con Rossun əmisi oğlu Ceyms Ross cənub maqnit qütbünə çatır.
2005 ci il Ottava qeomaqnit laboratoriyası rəhbəri Karri Nyuit bəyan edir: 400 il müddətində Kanada ərazisində yerləşən Şimal maqnit qütbü Kanadanı tərk etmişdir. XVII əsrdən Kanada Arktik arxipelaqı ərazisində yerləşirdi. Halhazırda isə Kanada sərhəddindən 200 kilometrlik iqtisadi zonanı tərk etmişdir. Belə bir fərziyə var ki, illik sürəti 64 km olarsa 2040-2045 ci illərdə maqnit qütbü Taymır yarımadasına çatır.[8]
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ Astonet > Yerin Şimal maqnit qütbü.
- ↑ "Elm xəbərləri — Şimal Maqnit Qütbü Kanadanı tərk etdi". 2010-09-30 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-07.
- ↑ "«Şimal Maqnit qütbu Rusiya istiqamətinə yonəlib»". 2010-12-29 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2015-07-07.
- ↑ Geomagnetism — North Magnetic Pole, Canada Natural Resources website, retrieved May 2007
- ↑ 1 2 Десятичные данные месторасположения в источниках отличаются от обычных координат, так как десятичные данные в, например, 81.3N, −110.8W, соответствуют координатам в 81°18′0″ N, 110°48′0″ W, где минуты′ и секунды″ в десятичных данных составляют десятые доли от 60 минут или секунд (то есть, например, 81,3°N это 81 градус и 0,3 от 60 минут (30 % от 60 минут составляет 18 секунд, значит 81 град. 18 минут 00 секунд с.ш.); ср. 81°18′ şm. e. 110°48′ q. u.HGYO)
- ↑ 1 2 3 4 Data Analysis Center for Geomagnetism and Space Magnetism Graduate School of Science, Kyoto University Arxivləşdirilib 2019-02-09 at the Wayback Machine Центр анализа данных геомагнетизма и космического магнетизма Высшей школы наук, Университет Киото
- ↑ South Magnetic Pole Arxivləşdirilib 2004-09-05 at the Wayback Machine. Commonwealth of Australia, Australian Antarctic Division, 2002.
- ↑ "ЗАО ИД «Komsomolskaya pravda», 10 iyun 2005, 19:41. Şimal maqnit qütbü Rusiyaya gəlir". 2019-04-13 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2015-07-07.
Mənbə
redaktə- İ. А. Dayaçenko. Yerin maqnit qütbləri. — (Kitabxana «Riyazi işıqlanma». 24.) — М. — МSNМО. — 2003. — 48 с. — ISBN 5-94057-080-1.
- Maqnit qütblərini göstərən xəritə
- Maqnit qütbləri haqqında son məlumat
- Maqnit qütbünün son 200 ildə hərəkət istiqaməti Arxivləşdirilib 2008-12-19 at the Wayback Machine
- Magnetic Poles, Kanada
- Перемещения Северного магнитного полюса в прошлом Земли
- Qütblərin hərəkəti
- Şimal qütbünen hərəkəti Arxivləşdirilib 2016-03-04 at the Wayback Machine
- Şimal və Cənub qütbləri
- 2010-cı ilə olan qütbün hərəkət animasiyası