Simali Qafqaz Emirliyi - Wikipedia
Şimali-Qafqaz əmirliyi — 1919-cu ilin sentyabrından 1920-ci ilin martına qədər Dağıstan və Çeçenistan ərazisində mövcud olan İslam dövləti. Dövlət idarəetmə forması əmirlik idi və Osmanlı imperiyasının protektoratlığında olmuşdur.
Əmirlik, Osmanlı imperiyasının protektoratı | |||||
Şimali-Qafqaz əmirliyi | |||||
---|---|---|---|---|---|
|
|||||
|
|||||
Paytaxt | Vedeno | ||||
Dilləri | Çeçen dili, Avar dili, ləzgi dili, Dargin dili[d], Qumuq dili | ||||
Rəsmi dilləri | çeçen, avar | ||||
Dövlət dini | islam | ||||
Ərazisi | 43 200 km² | ||||
Əhalisi | 865 000 | ||||
İdarəetmə forması | İslam monarxiyası, Osmanlı imperiyasının protektoratı | ||||
Əmir | |||||
• 1919-1920 | Uzun-Hacı Saltinski | ||||
• | Dərviş Məhəmməd | ||||
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktə1919-cu ilin aprelində Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları Çeçenistanı işğal etdikdən sonra Dağıstanın dini və siyasi lideri Uzun-Hacı Saltinski Rusiya ordusuna qarşı müstəqillik və dini müharibə üçün könüllülərdən ibarət dəstələr toplamağa başladı. Mayın 22-də Dağıstandakı Dağlılar Respublikası hökumətinin fəaliyyətinə xitam verildi. Uzun-Hacı ordusunu toplayaraq Çeçenistan və Dağıstan sərhədindəki dağlara getdi. May ayının sonunda Botlix kəndində böyük bir məclis topladı, burada Qağatlı kəndindən olan Alimin təklifi ilə Səid-Maqomed Uzun-Hacı Dağıstan və Çeçenistan əmiri seçildi. Vedeno dağ kəndi yeni dövlətin faktiki iqamətgahı oldu.[1][2]
1919-cu ilin yayında, çeçen İnaluk Arsanukayev (o həm də Dışninski idi)[3][4] Osmanlı Sultanı VI Mehmed Vahidəddindən Uzun-Hacı üçün fərman gətirdi. Uzun-Hacı Şimali Qafqaz Əmirliyində hərbi və mülki quruluşlar yaratmağa başladı.
Vozdivijenski kəndi uğrunda döyüşlərdə İnaluk Arsanukayevin (Dışninski) komandanlığı altında əmirlik qüvvələrinin general İ.N.Kolesnikovun rəhbərlik etdiyi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları üzərində qazandığı zəfərlər sayəsində Uzun-Hacının nüfuzu daha da artdı. Sentyabrın 11-dəki döyüşlərin nəticəsində Ağ Qvardiya hissələri Qroznıya çəkildi və Uzun-Hacının qoşunları 112 nəfər əsir götürməyi də bacardılar. İki gün sonra, sentyabrın 13-də Şali şəhərində Uzun-Hacının qoşunları ilə kazaklar arasında daha bir döyüş oldu və nəticədə 138 kazak əsir götürüldü.
Əmirliyin elan edilməsi
redaktəSentyabrın 19-da Çeçenistan və Dağıstan ruhanilərinin nümayəndələrinin iştirakı ilə keçirilən iclasda, Əmir Uzun-Xayir Hacı-Xanın rəhbərlik etdiyi Şimali Qafqaz Əmirliyinin yaradılması elan edildi. 1919-cu ilin sentyabrında Əmirlik Hökümətinin Baş Naziri İnaluk Dışninski-Arsanukayevin sərəncamında “Şimali Qafqaz Əmirliyi Əmir Uzun-Xayr-Hacı-Xanın rəhbərlik etdiyi müstəqil bir Şəriət monarxiyasıdır, lakin Müsəlman Xəlifəsi Əlahəzrəti Osmanlı İmperatoru VI Mehmed Vahidəddin himayəsi altındadır" deyilirdi. Bu sənəddə Dağlılar Respublikası xalq arasında dəstəyi olmayan mifik bir respublika adlandırılırdı.
1919-cu ilin əvvəlində XI Qırmızı Ordunun komandiri Nikolay Gikalo, Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin qoşunları ilə döyüşlərdə məğlub olduqdan sonra darmadağın olmuş ordunun qalıqlarını dağlara çəkməyə qərar verdi. Uzun-Hacı Gikalo ilə ittifaqa girdi və ordusunun qalıqlarından qırmızı üsyançıların beynəlxalq dəstəsi yaradıldı. Hərbi birləşmə Əmirliyin ərazisində yerləşirdi və Şimali Qafqaz əmirliyinin ordusunun 5-ci alayı kimi Uzun-Hacının hərbi qərargahına tabe idi. İnquşetiya dağlarında yerləşən Xızir Ortsxanovun rəhbərlik etdiyi qırmızı partizanlardan ibarət İnquş dəstəsi Uzun-Hacı ordusunun 7-ci alayı sayılırdı. Bolşeviklərin nümayəndəsi Xabala Beslaneyev hətta əmirliyin daxili işlər naziri, bolşevik Maqomet Xaniev isə əmirlik qoşunlarının qərargah rəisi oldu.[5]
Əmirliyin idarəedilməsi
redaktəDövləti idarə etmək üçün, eyni zamanda Şimali Qafqaz Əmirliyinin silahlı qüvvələrinin baş komandanı olan "böyük vəzir" (sədrəzəm) knyaz İnaluk Dışninski-Arsanukayev başda olmaqla, 8 nazirdən ibarət hökumət quruldu:
- Saray naziri - general-mayor Kaim-Haci (ali ruhani təhsilə malik idi).
- Xarici İşlər naziri - rotminstr İnaluk Dışninski-Arsanukayev (Hərbi Hüquq Akademiyası bitirmişdi).
- Qida, ticarət və sənaye naziri - general-mayor Maqomet Xanxoyev.
- Kənd Təsərrüfatı və Dövlət Əmlak Naziri - general-mayor Bilal Şamilov.
- Hərbi nazir - general-mayor Şita İstamulov (sonralar 1930-cu illərdə Stalin rejimə qarşı üsyanın lideri).
- Dəmir Yolları, Poçt və Teleqraflar naziri - general-mayor Kusi Bayçalov.
- Daxili İşlər naziri - general-mayor Xabala Beslanov.
- Maliyyə naziri - general-mayor Abdul-Azim Abdulayev.
Ədliyə, Təhsil, Vəkf İşləri və Əmlak nazirləri portfelləri də Dışninskinin əlində cəmləşmişdi. Başqa bir mənbəyə görə, Ədliyyə naziri vəzifəsini polkovnik Hacı Maqometbekov Əmir Zadə icra etmişdir. Uzun-Hacının əmirliyinin hökuməti beynəlmiləl idi: ora iki avar, bir çeçen, bir inquş və bir kabardin daxil idi. Cəmisi bir nəfər ali təhsil almışdı. İkisinin ali ruhani təhsili, üç nəfər rus təhsili (aralarında biri də ərəbcə bilirdi), iki nazir isə savadsız idi (hərbi və rabitə, poçt və teleqraf).
Dövlət naiblərə bölünürdü və şəriət qaydalarına əsaslanaraq idarə olunurdu.[6] Əmirliyin silahlı qüvvələri (ümumilikdə 60 min nəfərə qədər[5]), generalların komandanlığı altında 6 ordudan ibarət idi.[5]
Xarici siyasəti
redaktəSilah əldə etmək üçün Uzun-Hacı hökuməti Azərbaycan Xalq Cümhuriyyəti, Gürcüstan Demokratik Respublikası və Osmanlı hökumətlərinə kömək üçün müraciət etmışdi. Qafqazdakı türk qoşunlarının komandanı Nuru Paşa Uzun-Hacı ilə daim əlaqə saxlayırdı. Uzun-Hacı ordusunun komandanlığının tərkibinə Osmanlı imperiyası Baş Qərargahının zabitləri Hüseyn Debreli və Əli-Rza Çorumlu (birincisi süvarilərə, ikincisi - topçulara komandanlıq edirdi) daxil idilər. Gürcüstan Demokratik Respublikası da Uzun-Hacı Şimali-Qafqaz əmirliyinə hərbi və maddi yardım göstərməyə çalışmışdı. 1919-cu ilin sentyabrında əmirlik qoşunlarına yardım etmək üçün gürcülər ekspedisiya dəstəsi göndərdi. Ancaq Çeçen-aul yaxınlığındakı döyüşdə, gürcülərin dəstəsi Rusiyanın Cənubunun Silahlı Qüvvələrinin silahlı müqavimətinə məruz qaldı və məğlubiyyətə uğrayaraq yenidən Gürcüstana qayıtmaq məcburiyyətində qaldı.
Süqutu
redaktə1920-ci il mart ayının sonunda bolşeviklər onsuz da ağır xəstə olan Uzun-Hacıya məktub göndərdilər. Məktubda əmirdən Şimali-Qafqaz əmirliyinin buraxılması tələb olunurdu: "Təmsilçilərinizlə danışıqlardan sonra Sovet hakimiyyətini qəbul etdiklərini öyrəndik. Bizim hakimiyyəti Çeçenistan və Dağıstanın imamı olaraq qəbul edirsinizsə, bunu xalqlarınıza elan edin və aramızda dostluq əlaqələri qurulacaq. Bunu nəzərə alaraq Sovet hökuməti sizi Şimali Qafqaz Müsəlmanları imamı və mənəvi lideri kimi tanıyır. Siz də bundan sonra Sovet hakimiyyətinə xalqlara münasibətinizi elan edərkən vəzifələrinizi tərk etməli və hakimiyyətinizi insanların özlərinə qaytarmalısınız. Bütün idarəedici qurumlarınız ləğv olunmalıdır. Bütün hakimiyyət Mərkəzi Hökumətə təhvil verilməlidir. Maliyyə məsələlərinə gəlincə, bu haqda Mərkəzdən təlimat alındıqdan sonra qərar veriləcək. Hər halda Sovet hökuməti müqəddəs Quranınıza və dininizə toxunmayacaq. Təmsilçiləriniz bütün bunları sizə məruzə edəcəklər".
Uzun-Hacı bolşeviklərin bu şərtlərini qəbul etməkdən imtina etdi. Lakin məktubu aldıqdan bir neçə gün sonra, 1920-ci il martın 30-da vəfat etdi. Uzun-Hacıdan sonra əmir rütbəsini İnxo kəndinin sakini Şeyx Dərviş Məhəmməd qəbul etdi. Amma bir neçə gün sonra Şimali Qafqaz Əmirliyi fəaliyyətini dayandırdı.
Pul dövriyəsi
redaktəUzun-Hacı hökuməti öz pul vasitələrini dövriyyəyə buraxmışdı. Əmirliyi əskinasları 1919-1920-ci illərdə dövriyyədə olmuşdur. Həmçinin əmirlik ərazisində Azərbaycan Xalq Cümhuriyyəti əskinaslarından da istifadə edilirdi.[6] Əmirliyin pul əskinasları rubl və tümən adlanırdı. On tümən bir rubla bərabər tutulurdu. Bundan əlavə, Nikolay Gikalo tərəfindən buraxılan Terek Respublikasının banknotları da əmirlik ərazisində dövriyyədə olmuşdur. Əmirlikdə həmçinin sikkə zərb etməyə də cəhd edildi.[7]. Belə ki, Rusiya imperiyasının mis sikkələrinin üzərinə ərəb qrafikalı yazı ilə möhür vurulmuşdu.[8]
Əmirlik hökuməti 1919-cu ilin sentyabrında ilk banknot buraxılışını Terek Respublikasının 100 rubl nomunalında əskinasları üzərində - ərəb dilində Uzun-Hacı möhürünün əksini qoyaraq həyata keçirdi: (ərəbcə: خادم الفقراء أذن خير) "Kasıbların xidmətçisi Uzun Xeyr".[9]
Əskinasların ikinci buraxılışı 1919-cu il oktyabrın 2-dən noyabrın ortalarına qədər davam etmışdir. Əmirlik banknotlarının 1919-cu ilin dekabrında üçüncü buraxılışı çıxdı. Banknotlar 5, 25, 50, 100, 250, 500 və 1000 tümən nominalında çap olunurdu. 1000 tümən istisna olmaqla bütün pul nominalları dövriyyəyə buraxılmışdı. Az sayda 500 rublluq banknotlar xüsusi kağız və işarələrlə çap edilmişdi. Pulun əsas hissəsi xüsusi nişan olmadan buraxılmışdı. Banknotlar üzərində yazılar ərəb, fransız və rus dillərində idi.
Əmirliyin kredit istiqrazları üzərində isə Əmirliyin gerbi və dağ üzərinə sancılan bayraq təsvir olunmuşdu. Kredit istiqrazlarında ərəb dilində mətnlər yazılmışdı: ön tərəfində - “Şimali Qafqazda bütün möminlərin imamı Hacı-Uzun Xair”, “Maliyyə idarəçisi Əbdül Əzim Abdulla”, arxa tərəfdə - “Digər kağız pullarla birlikdə qüvvədədir. Vedenoda çap edilmişdir. Allahdan hər kəsdən yüksəkdədir. Çap edilməsi hökumətin qanuni icazə verdiyi hallar istisna olmaqla cəzalandırılır." Bütün əskinaslarda rus və ərəb dilində xəbərdarlıq var: "Saxtasının hazırlanması qanunla cəzalandırılır".
İstinadlar
redaktə- ↑ "Газават.ру :: История — Гражданская война — ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2017-09-27 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
- ↑ Нахибашев Махач Закарьяев. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни [1] Arxivləşdirilib 2017-09-06 at the Wayback Machine
- ↑ Гилани Турашев Сколько генералов-чеченцев в России? Arxiv surəti 12 dekabr 2008 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2008-12-12 at the Wayback Machine
- ↑ "… İnaluk Arsanukayev Dışninski ... Milliyyətcə çeçen, Çar Rusiyasında kiçik bir kənddə icra məmuru - polis rəisi vəzifəsini icra etmişdir. Gürcü kniginyası Dışninski ilə evləndikdən sonra Dışninski knyaz titulunu almışdır". — bax. Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006 Arxivləşdirilib 2020-02-23 at the Wayback Machine
- ↑ 1 2 3 "Дата Туташхиа. Узун-Хаджи Салтинский. Часть 2". 2014-09-09 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
- ↑ 1 2 "Ростислав Николаев. Дензнаки рисовали на камнях. «Водяной знак» № 6 (38) июнь 2006". 2020-02-23 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-22.
- ↑ "Металлические боны Северо-Кавказского Эмирата - Монеты и жетоны России И СССР - Клуб "КоллекционерЪ" Коллекционеры и Кладоискатели Севера". 2020-10-01 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
- ↑ "ДЕНЕЖНОЕ ОБРАЩЕНИЕ И ЭМИССИИ СЕВЕРО-КАВКАЗСКОГО ЭМИРАТА В 1919—1920 ГГ Ю. Д. ПАХОМОВ — Иностранные монеты — Центральный Форум Нумизматов СССР". 2017-10-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
- ↑ "ДЕНЬГИ ЭМИРАТА УЗУН-ХАДЖИ". 2016-11-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2021-03-23.
Həmçinin bax
redaktəXarici keçidlər
redaktə- Нахибашев М. Н. Узун-Хаджи Салтинский — общественно-политический и религиозный деятель Дагестана и Чечни. — Махачкала: ИД «Эпоха», 2009. — 208 с.
- Mücahidlərin Dağ Monarxiyası — Şimali-Qafqaz əmirliyinin dövlət somvolu, 1919—1920-ci illər. (rus.)
- Vətəndaş müharibəsi dövrü pul nişanları (rus.)
- «Əmir Uzu-Hacının pulları» (rus.)
- Şimali-Qafqaz əmirliyinin pul nişanları (rus.)