Simali Koreya Sulh Muzeyi - Wikipedia
Şimali Koreya Sülh Muzeyi Koreya müharibəsi sonunda 1953-cü ilin 27 iyulunda Birləşmiş Millətlər Təşkilatı, Koreya Xalq Demokratik Respublikası və Çin Xalq Respublikası arasında atəşkəs razılaşmasının baş tutduğu evdir. Anlaşma ABŞ Silahlı Qüvvələrinin general-leytenantı Uilliyam Harrison və Koreya Xalq Ordusunun generalı Nam İl tərəfindən imzalandı.
Qalib Müharibə Muzeyi | |
---|---|
37°57′39″ şm. e. 126°39′52″ ş. u.HGYO | |
Ölkə | Şimali Koreya |
Şəhər | Panmuncom, Şimali Koreya |
Vikianbarda əlaqəli mediafayllar |
Bura şimal-qərbdə yerləşən Birgə Təhlükəsizlik Ərazisindən 1.2 kilometr uzaqlıqda yerləşir. Ev Şimali Koreyanın Hvanxe əyalətində yerləşmiş köhnə Panmuncom kəndində yerləşir və 1950-ci ilin ortalarından etibarən qaynaqlara görə buranı Birgə Təhlükəsizlik Ərazisinə həvalə edir. Muzey şimal-qərbdə yerləşən Kiyonq-donq kəndindən 1.9 kilometr aralıqda yerləşir. Bu kənd Şimali Koreyada barış kəndi olaraq bilinərkən Cənubi Koreya və qərb mediasında təbliğat kəndi olaraq tanınır.
1976-cı ildə muzeyə yaxın ərazidə ABŞ ordusunun kapitanı Artur Bonifas və leytenant Mark Barret Şimali Koreya tərəfindən açılan atəş nəticəsində öldürülmüşdür.[1]
Muzeyin qapısının üzərində göyərçin təsvir edilmişdir. Atəşkəs imzalanarkən Pablo Pikassonun müəllifi olduğu göyərçin rəsmi evin üzərindən asılmışdır. Amerikanlar bunu kommunizmin simbolu kimi dəyərləndirərək buna etiraz etmiş (Pikasso kommunist idi) və nəticədə onun üzəri örtülmüşdür.[2]
İstinadlar
redaktə- ↑ Mark Seddon. "How to take the heat out of the North Korean crisis". Evening Standard. 9 April 2013. 13 May 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 10 May 2013.
- ↑ Jager, Sheila Miyoshi. Brothers at War – The Unending Conflict in Korea. London: Profile Books. 2013. 284–285. ISBN 978-1-84668-067-0.