Simali Sosva - Wikipedia
Şimali Sosva çayı — Xantı-Mansi muxtar dairəsi ərazisindən axan çay. Çay Şimali Uraldan başlayaraq Qərbi Sibir düzənliyinə istiqamətlənir.
Şimali Sosva çayı | |
---|---|
rus. Северная Сосьва | |
Ölkə | Rusiya |
Mənsəbi | Kiçik Ob |
Uzunluğu | 754 km |
Su sərfi | 786,3 m³/s |
Hövzəsinin sahəsi | 98300 km² |
mənsəbi |
|
DSR[rus.] | 15020200112115300023423 |
Çayın uzunluğu 754 km, hövzəsinin sahəsi 98 300 km² təşkil edir. Böyük Sosva və Kiçik Sosvanın birləşməsindən əmələ gəlir. Kiçik Obun mənsəbinə 287 km qalmış ona tökülür.
Adının mənası
redaktəXX əsrin əvvəllərinə qədər çayın adı rus dilində sadəcə Сосва yazılırdı. Sonradan ada ь işarəsi əlavə edilərək Сосьва şəklinə düşür. Daha sonra isə çayın adı Şimali Sosva olaraq qoyulur. Onun cənub qolu Cənub Sosva adlandırılır. Lakin buda uzun sürmür. Cənub qolu bir müddət sonra safəcə Sosva kimi təstiqlənir. Etimaloji baxımdan bu ad Komi-permyas dillərində işlənən komi-perm. сос — qol və komi-perm. ва — su sözlərinin birləşməsindən əmələ gəlmişdir. Mənası qol suyu anlamını verir. Böyük ethtimal ki, bu söz mansiysk dilinə aid sözdür.
Qidalanması
redaktəQidalanması qarışıqdır. Bununla belə yaz və payız ayları qar suları üstünlük təşkil edir. Gursululuq dövrü may-sentyabr aylarına təsadüf edir. Oktyabrın sonları, noyabrın əvvəllərinə təsadüf edir. Buzdan azad olma aprelin sonu, mayın əvvələrinə təsadüf edir[1]. Çay aşağı axarlarda gəmiçilik üçün əlverişlidir. Onun aşağı axarı sahillərində zəngin qaz yataqları vardır. Orta illik su sərfiyyatı mənsəbdən 147 km yuxarıda 786,3 m³/s[2] təşkil edir. Su sərfiyyayı aylar üzrə:
- Yanvar — 112,23
- Fevral — 88,16
- Mart — 77,48
- Aprel — 168,18
- May — 1795,12
- İyun — 2625,69
- İyul — 1606,59
- Avqust — 921,50
- Sentyabr — 866,14
- Oktyabr — 670,27
- Noyabr — 313,98
- Dekabr — 181,58
Yuxarı axarlarda çay Şimali Ural ərazisindən axır. Bu səbəbdən dağ çayı funksiyasını daşıyır. Onun bu hussədə yatağı enzis və dərindir. Çay ərafı ərazilərdə əhali az məskunkaşılmışdır. Müəyyən hissələr bataqlıqlaşmışdır. Axdığı bölgə səx tayqa meşələri iləörtülüdür. Yuxarı axarların bəzi hissələrində onun yatağı 20–100 metr enə və 1 metr dərinliyə malikdir. Bu hissədə demək olar ki, çayın yatağı boyunca astananalar və pilləvsri enişlər müşahidə edilir[1].
Orta axarda çay yeşiyə bənzər vadidən axır. Burada onun eni 80–500 metr arasında dəyişir. Dərinliyi isə 2–8 metr arasında qərarlaşır[1].
Aşağı axarlarda isə çay ob vadisindən axır. Burada o çoxlu ob qollarının ətrafında keçir. Nəhayət çay mənsəbdə Kiçik Ob çayına tökülür. Bu hissədə onun eni 500–800 metr, dərinliyi isə 18 metr təşkil edir. Burada axının sürəti 0,2–2,0 m/san arasıbda dəyişir[1].
Çay sahilində Nyaksimboı, İrqım, Sartınya, mənsəbdə usə Beryozovo yaşayış məntəüələri vardır. Şimali Sosva sahillərində neolit dövrünə aid Sortınya və Xulyum-Sunt adlı arxioloji məntəqələr aşkarlanmışdır[3].
Qolları
redaktə(mənsəbə olan məsafə)
- 3 km — Voluqa çayı (sol)
- 62 km — Şaytaka çayı (sol)
- 119 km — Yanı-Ya çayı (sol)
- 137 km — Nyalanqya (sol)
- 148 km — Kiçik Sosva (sağ)
- 163 km — Sıskonsınqya (sağ)
- 176 km — Yanı-An-Ya (sol)
- 209 km — Usya çayı (sol)
- 233 km — Yalbınya (sağ)
- 259 km — Sartın-Ta (sol)
- 292 km — Kirsim (sağ)
- 299 km — Tuntlam (sağ)
- 310 km — Pal-Ya (sol)
- 318 km — Şoma-Ya (sol)
- 337 km — Lyapin çayı (sol)
- 364 km — Karkasya (sol)
- 383 km — Losxa (sol)
- 410 km — Man-Ya çayı (sağ)
- 411 km — Yanı-Ya (sağ)
- 448 km — Volya çayı (sol)
- 491 km — Yanı-Menke-Ya (sol)
- 515 km — Yalbın-Ya (sol)
- 552 km — Visim çayı (sağ)
- 559 km — Paul-Ovil-Ya (sol)
- 591 km — Тапсуй (sağ)
- 658 km — Nyais (sağ)
- 662 km — Lopsiya çayı (sol)
- 675 km — Leplya (sağ)
- 754 km — Kiçik Sosva (sağ)
- 754 km — Böyük Sosva (sol)
Ədəbiyyat
redaktə- Заплатин М. А. В краю таёжных рек (по Мансийскому Северному Зауралью). — М.: Физкультура и спорт, 1972.
Mənbə
redaktə- "Şimali Sosva" Arxivləşdirilib 2017-02-01 at the Wayback Machine
İstinadlar
redaktə- ↑ 1 2 3 4 Ресурсы поверхностных вод СССР. Т. 15. Алтай и Западная Сибирь. Вып. 3. Нижний Иртыш и Нижняя Обь/ Под ред. В. Е. Водогрецкого. — Л.: Гидрометеоиздат, 1973. — С. 35. — 424 с.
- ↑ "Severnaya Sosva At Igrim" (ingilis). 2013-06-12 tarixində orijinalından arxivləşdirilib. İstifadə tarixi: 2013-06-12.
- ↑ "Sibir yenidaş dövründə" (PDF). 2018-05-17 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2016-11-15.