Sinceonci - Wikipedia
Şinçeonci — Cənub-Şərqi Asiyada, xüsusilə də Koreyada qeyri-ənənəvi inanclardan, təhlükəli hesab edilən dini cərəyanlardan biri.
"İsa Kilsəsi, səyyar Məbədin vəhyləri" kimi də tanınan bu cərəyanın əsası 1984-cü ildə sabiq-yevangelist Li Man-hi tərəfindən qoyulmuşdur.
Şinçeocinin “Yeni Göy və Yer” kimi tərcümə olunan əsas müddəası ondan ibarətdir ki, İsa hazırda Bibliyanın və vəhyin həqiqətini dərk etdiyini söyləyən Linin vücuduna daxil olmuş ruhi mahiyyətdir. Li iddia edir ki, o, İsanın yerinə gəlmiş peyğəmbərdir. Bu koreyalı dünyanın artıq məhv olduğunu, bütün insanların axirət həyatı yaşadığını, buna görə də, əbədi yaşayacaqlarını təbliğ edir və inandırır ki, bütün digər kilsələr iblisin nəzarəti altındadır. Şinçeonci öz davamçılarını İncil mətnlərinin təhrif edilmiş izahına inandırır, həmçinin onlarla mütəmadi olaraq yarımhərbi gecə yığıncaqları keçirir.
Kult özünə yeni üzvlər cəlb etmək üçün hər cür üsula əl atır. Məsələn, o, ilk baxışdan sakit və dinc görünən mitinqlər, məzəli fleşmoblar, pulsuz Koreya dili dərsləri və əyləncə gecələri təşkil edir. Əslində isə bütün bunların arxasında "peyğəmbəri" vergi ödənişindən boyun qaçırmaqda və yeniyetmələrə qarşı cinsi zorakılıqda ittiham olunan və dinsizlərin məhv edilməsinə çağıran kult dayanır.
Mənbə
redaktə- Gülnar Seyidli. Asiyada təhlükəli 10 dini cərəyan. "Cəmiyyət və Din" qəzeti. Avqust 2015, № 08 (289). səh. 13. (az.)