Sincuku Qyoen - Wikipedia
Şincuku Qyoen (新宿御苑, Shinjuku Gyoen?) – Yaponiyanın Tokio şəhərinin Şincuku və Şibuya rayonlarında yerləşən böyük park və bağ. Edo dövründə Nayto ailəsinə məxsus idi. Daha sonra Yaponiya İmperatorluq Sarayı Agentliyinin rəhbərliyi altında parka çevrilmişdir. İndi isə Yaponiya Ətraf Mühit Nazirliyinin nəzarəti altında milli parkdır.
Şincuku Qyoen | |
---|---|
yap. 新宿御苑 | |
Məlumatlar | |
Ölkə | |
Yerləşməsi | Şincuku və Şibuya, Tokio, Yaponiya |
Sahəsi |
|
Yaradılıb | 1892 |
Saytı | env.go.jp/garden/shinjuk… |
Xəritədə yeri | |
Vikianbarda əlaqəli mediafayllar |
Tarixi
redaktəŞoqun bu əraziləri Edo dövründə 1772-ci ildə buradakı bağı tamamlayan Tsuruqalı Lord Naytoya miras qoymuşdu.[2] Meyci islahatından sonra ev və torpaq təcrübi kənd təsərrüfatı mərkəzinə çevrilmişdir.[2] 1879-cu ildə imperiya bağına çevrilənə qədər botanika bağı olmuşdur. Bağ indiki halını 1906-cı ildə almışdır. Bağ İkinci dünya müharibəsi zamanı hava hücumları üzündən məhv olmuşdur. Müharibədən sonra bərpa olunmuşdur.
Tokio İmperiya Sarayının bağı və Kioto imperiya bağı üzərində səlahiyyət 1947-ci ildə Sağlamlıq və Rifah Nazirliyinə (indiki Sağlamlıq, Əmək və Rifah Nazirliyi) verilmişdir.
21 may 1949-cu ildə park ictimaiyyətə açılmışdır. 2001-ci ilin yanvarında isə Ətraf Mühit Nazirliyinin nəzarəti altına keçmişdir.
1989-cu ildə bağ İmperator Şovanın dəfn olunması üçün nəzərdə tutulmuş yerlərdən biri kimi seçilmiş, lakin imperator Musaşi İmperiya Məzarlığında dəfn olunmuşdur.
Xüsusiyyətlər
redaktəBağın sahəsi 58,3 ha təşkil edir, çevrəsinin uzunluğu 3,5 kilometrdir və 3 müxtəlif fərqli üslubdan ibarətdir: şimalda Fransız bağçası və ingilis parkı, cənubda ənənəvi yapon bağı. Burada ənənəvi Yaponiya çay evlərini görə bilərsiniz.
Bağ məşhur hanami yerlərindən biridir. Sakura mövsümündə bir çox insan bu bağa axışır.
Flora
redaktəBağda 20.000-dən çox ağac var. Bu ağaclardan təxminən 1.500-ü sakura ağacıdır. Onlar mart-aprel aylarında çiçəkləyirlər. Bağdakı digər ağac növləri: bağdakı ən hündür ağac növü Himalay sidri, lalə ağacı, sərv və çinar.
1892-ci ildən bəri bağdakı parniklərdə bağçılıq işləri aparılır. Hazırkı parnik 1950-ci illərdə tikilmişdir, 1700 növ tropik və subtropik bitki növünü özündə saxlayır.
Giriş
redaktəBağa üç yerdən girmək mümkündür: Şincuku darvazası, Okido darvazası və Sendaqaya darvazası. Şincuku Qyoen saat 9:30-dan 16:30-a qədər açıq olur. Bazar ertəsi günləri bağ bağlı olur, lakin sakura və payızgülü mövsümlərində istisna olur: martın sonu - aprelin sonu və noyabr ayı. Bu dövrlərdə bağ həftənin yeddi günü də açıq olur. Parnik isə saat 9:30-dan 16:00-a qədər açıq olur.
Məkan
redaktəBağa Tokio metropoliteninin Marunoçi xəttindəki Şincuku-qyoemmae stansiyası və ya Çuuo-Sobu xəttindəki Sendaqaya stansiyası vasitəsilə çatmaq olar. Bundan əlavə, Şincuku-sançome stansiyası yaxınlığındakı Tokio metropoliteninin Fukutoşin xətti vasitəsilə də bağa getmək mümkündür.
Şincuku Qyoen Nişi-Şincukuda yerləşən Tokio Metropolitan Hökumət Binasının arxasındakı Şincuku Mərkəzi Parkı ilə qarışdırılmamalıdır.
Populyar mədəniyyətdə
redaktə2013-cü il istehsalı "Söz bağçası" anime filmində hadisələrin müəyyən hissəsi bu bağda baş verir.[3][4]
İstinadlar
redaktə- ↑ https://fng.or.jp/shinjuku/place/garden/.
- ↑ 1 2 Mansfield. Page 15.
- ↑ Johnny. "Tokyo as Seen Through the Animated Film The Garden of Words". Spoon & Tamago. 14 March 2016. 27 September 2021 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
- ↑ "'The Garden of Words'". Beyond the Cartoons. 4 October 2016. 11 December 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 noyabr 2017.
Ədəbiyyat
redaktə- Mansfield, Stephen. Japan's Master Gardens - Lessons in Space and Environment (Hardback). Tokyo, Rutland, Singapore: Tuttle. 2011. ISBN 978-4-8053-1128-8.
Xarici keçidlər
redaktə- env.go.jp/garden/shinjukugyoen/english/index.html — Rəsmi saytı