Siraz Qonaqligi - Wikipedia
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Şiraz qonaqlığı və ya Şiraz şənliyi ― 1763-cü ildə İran şahı Kərim xan Zənd, Xoy xanı Şahbaz xan, Qarabağ xanı Pənahəli xan, Naxçıvan xanı Hacı xan, Qaradağ xanı Kazım xan və Sərablı Əli xan arasında baş vermiş xəyanət.
Xəyanəti Kərim xan Zənd təşkil etmişdir. Kərim xan Zənd öz qardaşı edam olunan yerdəcə Fətəli xan Əfşarı edam etdirmişdir. Bu münasibətlə ziyafətə dəvət edilən xanlar isə faktiki olaraq öz xanlıqlarından təcrid edilmiş və Kərim xan Zəndin əsiri olmuşlar.[1] Xanlar Şiraza çatdıqdan sonra "ziyafətin" əsl mahiyyəti bir daha aydınlaşdı. "Şiraz qonaqlığı"nda Kərim xanın məqsədi — bu yolla xanları vətənlərindən uzaq salmaq və beləliklə onları özündən asılı vəziyyətə salmaq idi. "Şiraz qonaqlığı" nəticəsində Qarabağ və Qaradağ xanlıqları bir müddət Kərim xan Zənddən asılı vəziyyətə düşürlər. Girov götürülmüş Azərbaycan xanları "qonaqlığ"ın zahiri cəhətlərinə aldanmayaraq öz xanlıqları ilə əlaqə saxlamağa və onu möhkəmləndirməyə səy göstərir, müxtəlif yolla xilas olub vətənə qayıtmağa çalışırdılar. Beləliklə, "Şiraz qonaqlığı" gözlənilən nəticələri vermədi.[2] Bu və başqa ("Qızılqaya xəyanəti (1752)") faktlar göstərir ki, həmin dövrdə Azərbaycanda millətçilik ön planda deyildi.
İstinadlar
redaktə- ↑ "Qacarın qətli". 2022-03-23 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.
- ↑ "Kərim xan Zəndin "Şiraz qonaqlığı"nı təşkil etməsi". 2022-01-24 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-01-24.