Sirin Xelilov - Wikipedia
Şirin Heydər oğlu Xəlilov — Azərbaycan Respublikası Daxili Qoşunları Komandanının birinci müavini-Qərargah rəisi, general-mayor.
Şirin Xəlilov | |
---|---|
Şirin Heydər oğlu Xəlilov | |
Şəxsi məlumatlar | |
Doğum tarixi | |
Doğum yeri | Naxçıvan MR, Babək rayonu, Didivar kəndi |
Vətəndaşlığı |
SSRİ→ Azərbaycan |
Hərbi fəaliyyəti | |
Mənsubiyyəti | Azərbaycan Ordusu |
Qoşun növü | Daxili Qoşunlar |
Rütbəsi | General-mayor |
Həyatı
redaktəXəlilov Şirin Heydər oğlu 1955-ci ildə Naxçıvan Muxtar Respublikası Babək rayonunun Didivar kəndində anadan olmuşdur. 1973–1975-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında müddətli həqiqi hərbi xidmət keçmişdir. 1975–1979-cu illərdə SSRİ DİN-in Orconikidze Ali Hərbi Komandanlıq Məktəbində təhsil almışdır.
1979–1991-ci illərdə SSRİ DİN-in Daxili Qoşunlarında taqım komandiri, bölük komandirinin tərbiyə işləri üzrə müavini, bölük komandiri, tabor komandirinin müavini-qərargah rəisi, əməliyyat şöbəsi rəisinin baş köməkçisi vəzifələrində xidmət etmişdir. 1991-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in sərəncamına göndərilmişdir.
1991–1995-ci illərdə Azərbaycan Respublikası DİN-in xüsusi təyinatlı milis dəstəsində bölük komandirinin müavini, Naxçıvan Muxtar Respublikası DİN-in qərargahının əməliyyat bölməsində baş inspektor, kadrlarla peşə hazırlığı üzrə inspektor, katibliyin rəisi vəzifələrində işləmişdir. 1995-ci ildə xidmətini davam etdirmək üçün Azərbaycan Respublikası DİN-in Daxili Qoşunlarının Baş İdarəsinin sərəncamına göndərilmişdir.
1995–2003-cü illərdə DİN-in Daxili Qoşunlarında Baş İdarənin əməliyyat şöbəsində baş zabit, hərbi hissə (briqada) komandirinin müavini – qərargah rəisi, Baş İdarənin döyüş hazırlığı şöbəsində xüsusi təyinatlı bölmələrin hazırlığı üzrə baş zabit, hərbi hissə (alay) komandiri vəzifələrində xidmət etmişdir.
Azərbaycan Respublikası Prezidentinin 25 dekabr 2003-cü il tarixli 50 nömrəli Sərəncamı ilə Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Komandanının birinci müavini – Qərargah rəisi vəzifəsinə təyin edilmişdir.
Respublikanın suverenliyi və ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir. Xidməti fəaliyyətindəki uğurlu nəticələrinə görə müxtəlif mükafatlara layiq görülmüşdür. Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 30 iyun, 2008-ci il 11 mart və 2013-cü il 12 mart tarixli Sərəncamları ilə "Azərbaycan bayrağı" ordeni, "Vətən uğrunda" və "Hərbi xidmətlərə görə" medalları ilə təltif edilmişdir.
Azərbaycan Respublikası Prezidentinin 6 may 2005-ci il tarixli 802 nömrəli Sərəncamı ilə "general-mayor" hərbi rütbəsi verilmişdir.
Ailəlidir, bir övladı var.