Slis Birlesmesi - Wikipedia
Şlis birləşməsi - üzərində çıxıntılar açılmış val ilə daxili səthində girintilər açılmış oymaqdan ibarətdir. Bu birləşmə böyük burucu momenti valdan çarxa və əksinə ötürmək üçün istifadə olunur. Val üzərində şlislərin sayı 20-yə qədər ola bilər. Texnikada əsasən şlislərin sayı 6...8 olan birləşmələr daha çox yayılmışdır. Valın diametrindən asılı olaraq Standara uyğun seçilirlər.
Növləri
redaktəDişlərinin profilinin formasından asılı olaraq şlislər:
- düzbucaq profilli;
- evolvent profilli;
- üçbucaq profilli.
olurlar.
Hazırlanması
redaktəVal üzərində şlislər xüsusi frezlər vasitəsilə kəsmə üsulu ilə hazırlanır, oymağın deşiyindəki pazlar isə dartılma üsulu ilə açılır.
Mərkəzləşdirilməsi
redaktəŞlis birləşməsi üç üsul ilə mərkəzləşdirilir:
- yan səthinə görə;
- daxili diametrinə görə;
- xarici diametrinə görə.
Mənbə
redaktəKərimov Z.H. Maşın hissələri və yükqaldırıcı-nəqledici maşınlar. Ali texniki məktəblər üçün dərslik. II nəşri - Bakı, "Maarif", 2002, 596 səh.