Susa Yaxinliginda Terror 2021 - Wikipedia
Şuşa yaxınlığında terror — 13 noyabr 2021-ci il tarixində Azərbaycanın Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Respublikasının Silahlı Qüvvələrinin hərbçilərinə əl qumbarasının atılması. Qumbaranın partlaması nəticəsində Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 3 hərbçisi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Hadisə İkinci Qarabağ müharibəsindən sonra ilk terror aktı kimi qeydə alınmışdır.[1]
Şuşa şəhəri yaxınlığındakı Azərbaycan postunda terror hadisəsi | |
---|---|
Dağlıq Qarabağ münaqişəsi | |
Hücum yeri |
Şuşa şəhəri yaxınlığındakı Azərbaycan hərbçilərinə məxsus post |
Vaxt |
13 noyabr 2021 07:12 |
Hücum üsulu | Kütləvi |
Silah | Əl qumbarası |
Yaralılar | 3 |
Terrorçu sayı | 1 |
Terrorçular | Norayr Mirzoyan |
Zəmin
redaktəHadisə
redaktə2021-ci il Noyabrın 13-ü saat 07:12-də Azərbaycanın Xankəndi şəhərindən Xankəndi-Laçın şose yolu ilə 48-MN-048 ER dövlət qeydiyyat nişanlı "Mercedes Benz" markalı avtomobillə Laçın şəhəri istiqamətində hərəkətdə olan Ermənistan vətəndaşı, 1975-ci il təvəllüdlü Norayr Mirzoyan, "RQD-5" markalı əl qumbarası ilə Azərbaycan Respublikasının ərazisində terror aktı törədir. Belə ki, qəsdən adam öldürmək məqsədilə idarə etdiyi avtomobildən düşərək Şuşa şəhərinin Daşaltı kəndinin yaxınlığında xidmət aparan Azərbaycan Silahlı Qüvvələrinin hərbi qulluqçularının həyatını təhlükəyə atmaqla əl qumbarasını onların istiqamətində atıb. Nəticədə 3 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb.[2]
Nəticə
redaktəHadisə törədildikdən dərhal sonra Norayr Mirzoyan rus sülhməramlıları tərəfindən zərərsizləşdirilib və bir müddət sonra Ermənistan tərəfinə təhvil verib.
Yayılan videomateriallardan dərhal sonra Azərbaycan Respublikası Baş Prokurorluğu və Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi hadisəni təsdiqləmişdir. Bu barədə Azərbaycan Respublikası Baş Prokuroru tərəfindən fakta görə Cinayət Məcəlləsinin 29, 120.2.1 (bir qrup şəxs, qabaqcadan əlbir olan bir qrup şəxs, mütəşəkkil dəstə və ya cinayətkar birlik (təşkilat) tərəfindən adam öldürməyə cəhd), 29, 120.2.3, (zərərçəkmiş şəxsin xidməti vəzifəsini və ya ictimai borcunu yerinə yetirməsi ilə əlaqədar onun özünü və ya yaxın qohumlarını öldürməyə cəhd), 29, 120.2.4 (xüsusi amansızlıqla və ya ümumi təhlükəli üsulla adam öldürməyə cəhd), 214.2.3 (terrorçuluq-odlu silahdan və silah qismində istifadə olunan predmetlərdən istifadə etməklə törədildikdə), 228.3 (qanunsuz olaraq odlu silah, partlayıcı maddə əldə etmə, başqasına vermə, satma, saxlama, daşıma və gəzdirmə mütəşəkkil dəstə tərəfindən törədildikdə) və digər maddələri ilə cinayət işi başlanmaqla istintaqın aparılması Baş Prokurorluğun İstintaq idarəsinə həvalə edilmişdir. Hazırda iş üzrə istintaq-əməliyyat tədbirləri davam etdirilir.[3][4]
Ermənistan tərəfi isə, hadisədən sonra, Norayr Mirzoyanı milli qəhrəman kimi qələmə verməyə çalışıb.[5]
Reaksiyalar
redaktəDaxili
redaktəBeynəlxalq
redaktə- Rusiya — Rusiyanin "Milli Müdafiə" jurnalının baş redaktoru İqor Korotçenko, səfəri zamanı Şuşa yaxınlığında törədilən terror aktının Azərbaycan və Rusiya hərbçilərinə qarşı yönəlmiş olduğunu qeyd edib. Əlavə olaraq bildirib ki, bu terror aktında əsas məqsəd Azərbaycan və Rusiya hərbçiləri arasında qarşıdurmaya səbəb olmaq idi. O: "Şükür ki, terrorçu qısa müddətdə saxlanıldı. Yaxşı olar ki, bu terrorçunun əməllərinə hüquqi qiymət verilməsi üçün ya Rusiyaya, ya Azərbaycan hüquq mühafizə orqanlarına verilsin. Ya da bu terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın. Terror aktını törədən şəxs Ermənistan vətəndaşıdır və bu, beynəlxalq terror aktıdır" deyə fikirlərini bildirib.[6][7]
İstinadlar
redaktə- ↑ "The Prosecutor General opened a criminal case regarding the terrorist act committed by a citizen of the Republic of Armenia" (ingilis). 13 noyabr 2021. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2021.
- ↑ "Azerbaijani Servicemen Wounded in Terrorist Attack by Armenian Citizen". caspiannews.com (ingilis). 13 noyabr 2021. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 yanvar 2022.
- ↑ "Ermənistan Respublikasının vətəndaşı tərəfindən törədilmiş terror faktı ilə bağlı Baş Prokuror tərəfindən cinayət işi başlandı" (az.). 13 noyabr 2021. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2021.
- ↑ "Генеральным прокурором возбуждено уголовное дело в связи с террористическим актом, совершенным гражданином Республики Армения" (rus). 13 noyabr 2021. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 4 noyabr 2021.
- ↑ Ружанский, Владимир. "Норайр Мирзоян — настоящий герой". realtribune.ru (rus). 13 ноября 2021. 2023-06-30 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 январь 2022.
- ↑ "Korotçenko: "Şuşa yaxınlığında törədilən terror aktı Azərbaycan və Rusiya tərəfindən birgə araşdırılsın"" (az.). 15 noyabr 2021. 2021-11-17 tarixində arxivləşdirilib. İstifadə tarixi: 15 noyabr 2021.
- ↑ Зейналова, Ляман. "Армянский террорист должен быть передан в руки азербайджанского правосудия – Коротченко". trend.az (rus). 13 ноября 2021. 2022-01-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 21 январь 2022.