Sxara Dagi - Wikipedia
Şxara (qaraç.-balk. ушхара, gürc. შხარა — «Zolaqlı») — Baş Qafqaz silsiləsinin mərkəzi hissəsində yerləşən dağ zirvəsi. Şxara Gürcüstanın ən yüksək zirvəsi, eləcədə Qafqazın və Rusiyanın Elbrus və Dıxtaudan sonra üçüncü ən yüksək nöqtəsi hesab olunur. Dağın hündürlüyü - 5193,2 metrdir. İlk dəfə hündürlüyü 2010-cu ildə Piter Şon və Boris Avdeevım tərəfində ölçülüb.[2] Bəzi mənbələrdə dağın hündürlüyü 5203 m göstərilir. Zirvə daxilində qərb zirvəsi — 5068,8 m (42°59′57″ N, 43°05′23″E)[3][4] (yanılışlıqla bəzən onu əsas zirvə kimi göstərirlər) və şərq zirvəsi — 4866,5 м (43°00′12″ N, 43°07′39″E) müəyyən edilib. İlk dəfə zirvəni ingilis-isveç alpinistləri 1888-ci ildə fəth etmişlər.[5] Zirvəyə səfər üçün ən əlverişli vaxt -iyun, iyul, avqust və sentyabr aylarıdır.
Şxara dağı | |
---|---|
qaraç.-balk. Ушхара, gürc. შხარა | |
| |
Ümumi məlumatlar | |
Dağ sistemi | Baş Qafqaz silsiləsi |
Mütləq hündürlüyü | 5193,2[1][2] |
Nisbi hündürlüyü | 1.357 m |
İlk fəthi | 1888 (U. ALmer, C. Kokin, K. Rot.) |
Yerləşməsi | |
43°00′02″ şm. e. 43°06′44″ ş. u.HGYO | |
Ölkələr | |
Vilayət | |
|
|
|
|
Vikianbarda əlaqəli mediafayllar |
Svaneti rayonu dağın cənubunda, şimalında isə Kabarda-Balkariyanın Bezenqi rayonu yerləşir. Rusiya və Gürcüstan sərhəddində yerləşən bu dağ Kutaisi şəhərindən 90 km şimalda yerləşir. Şxara dağı 13 km-lik Bezenqiy divarı adlı dağ silsiləsinin tərkibindədir.
Şxara dağı qranit və kristallik şistlərdən təşkil olunmuş. Dağ yamacları buzlaqlarla örtülüdür. Ən böyükləri şimal yamacında - Bezenqi, cənubda isə - Şxara və Xalde buzlağıdır. Bu buzlaqlardan əsasən İnquri çayı qidalanır. Şxara dağı alpinizm üçün əlverilşli məkandır. İlk dəfə sovet alpinistləri zirvəni 1933-cü ildə fəth etmişlər. Şxara çətinlik dərəcəsi yüksək olan dağlar sırasına aid edilir.
Şxara dağının cənub ətəyində, 2 200 metr hüdürlükdə Uşquli kəndi yerləşir. Uşquli Avropanın ikinci ən hündür dağ kəndidir.[6] Kənd ərazisindən bir çox turist marşurutları keçir. Bu kənd UNESCO-nun Ümumdünya irsinə daxil edilmiş.
İstinadlar
redaktə- ↑ "Peakbagger.com". 2012-11-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ 1 2 Питер Шон. "На Шхару из Сванетии: уточненные измерения высоты и спуск на лыжах". 2014-07-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Peakbagger.com". 2015-05-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Топографическая карта K-38-39. Чихареши". 2022-03-26 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "ГОРА ШХАРА — ВЫСОЧАЙШАЯ ВЕРШИНА ГРУЗИИ". 2022-07-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
- ↑ "Шхара - высшая точка Грузии". 2017-10-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2017-04-06.
Xarici keçidlər
redaktə- Peakware.com Arxivləşdirilib 2013-05-12 at the Wayback Machine
- Summitpost.org
- Видеопанорама Шхары.