Ebulhesen Maragayi - Wikipedia
Əbülhəsən Marağayi və ya Əl-Məraği — Azərbaycan həkimi və alimi.
Əbülhəsən Marağayi | |
---|---|
Doğum yeri | |
Fəaliyyəti | həkim |
Həyatı
redaktəƏbülhəsən Marağayi İranın Marağa şəhərində anadan olmuşdur. 1775/1756-cı ildə fars dilində tibb və əczaçılıq üzrə "Müalicəti-münfəridə" əsərini yazmışdır. Bu kitabda müxtəlif xəstəliklərin müalicəsindən və bir çox dərman otlarının, mineral və heyvanların sağaldıcı keyfiyyətlərindən bəhs olunur. Sinir sistemi xəstəliklərindən migren, meningit, yaddaşın pozulması, depressiya, qarabasmalar, epilepsiya, insult, iflic və sair xəstəliklər haqqında ardıcıl məlumat verilir. Məsələn, Əbülhəsən Mərağayi qıcolmalara qarşı süsən, maral piyi, çödükotu, bal, sədəfotu və kastordan (qunduzun qoxu vəzisindən) hazırlanmış yağdan istifadə etməyi tövsiyə edirdi.[1]
Kitab həcmcə böyük olmasa da, ensiklopedik xarakter daşıyır, tibb və əczaçılıq elmlərinin əsas məsələlərini əhatə edir. Əsəri yazarkən, müəllif ondan öncə yaşamış məşhur azərbaycanlı alimlərin kitablarından, xüsusilə də Yusif İbn İsmayıl Xoyinin "Cəmül-Bağdadi" əsərindən yararlanmışdır. Əbülhəsən Mərağayinin əsərinin əlyazması AMEA-nın M.Füzuli adına Əlyazmalar İnstitutunda mühafizə olunur.[1]
İstinadlar
redaktə- ↑ 1 2 "Əbülhəsən Marağayi". 2022-01-05 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-06-21.