Ebdul Huseynov - Wikipedia
Əbdül Hüseynov (tam adı: Əbdül Ənbi oğlu Hüseynov; 27 oktyabr 1925, Əmircan, Bakı qəzası – 14 may 2017, Moskva) — tanınmış azərbaycanlı yazıçı, tarixçi və şərqşünas alim.
Əbdül Hüseynov | |
---|---|
Əbdül Ənbi oğlu Hüseynov | |
Doğum tarixi | 27 oktyabr 1925 |
Doğum yeri | |
Vəfat tarixi | 14 may 2017 (91 yaşında) |
Vəfat yeri | |
Fəaliyyəti | yazıçı, tarixçi, türkoloq |
Həyatı
redaktəƏbdül Ənbi oğlu Hüseynov 27 oktyabr 1925-ci ildə Bakının Əmircan kəndində anadan olmuşdur. 1945-ci ildə Böyük Vətən müharibəsindən qayıtdıqdan sonra anasının, atasının, qardaşlarının ölüm xəbərlərini öyrənmiş və Azərbaycandan getmiş, elə o vaxtdan da vətəndən uzaqlarda yaşamışdır.
Yaradıcılığı
redaktəƏbdül Hüseynov yeddi monoqrafiyanın, 20-dən çox tarixi povest və romanın, 7 bədii film ssenarisinin, sosial-iqtisadi problemlərə və mədəniyyətə dair 500-dək məqalənin, kinofilmlərə yazılmış çoxsaylı resenziyaların müəllifidir.[1]
Onun əsərləri ingilis, alman, fransız, ispan və ərəb dillərinə tərcümə edilərək, Azərbaycanda, İranda, Türkiyədə, Kanadada, Bolqarıstanda, Monqolustanda və Rusiyada çap olunmuşdur. Azərbaycan Yazıçılar İttifaqının üzvü olan Əbdül Hüseynov, həm də Ümumrusiya Azərbaycan Konqresi və Azərros Federal Milli Mədəni Muxtariyyətinin mərkəzi şuralarının üzvü də olub.[1]
Əsərləri
redaktəBədii
redaktə- Əkinçi taxtda (rus. Землепашец на троне). Moskva: Nauka, 1990.
- Səlahəddin. Taxta yol (rus. Салах ад-Дин. Путь к трону). Moskva: Nauka, 1993.
- Səlahəddin. Qüdsün fəthi (rus. Салах ад-Дин. Покорение Иерусалима). Moskva: MNPP "Qendalf", 1994.
- Mustafa xanın xəzinəsi. Bakı: Vətən, 1994
- Şirvanlı zəvvar (rus. Пилигрим из Ширвана). Moskva: MNPP "Qendalf", 1994.
- Arzamaslı qız (rus. Арзамасская дева). Moskva: StarKo, 1997
- Cənuba yürüş (rus. Поход на юг). Moskva: [s.n.], 1999.
- Abşerondan Ontarioyadək (rus. От Апшерона до Онтарио). Moskva: [s.n.], 2001.
- Bəhram Gurun sevgisi və kədəri (rus. Любовь и печаль Бахрам гура). Moskva: [s.n.], 2004.
- Əkinçi taxtda (rus. Землепашец на троне). Moskva: Overley, 2005 (ikinci nəşri).
- Biz əslən Bakıdanıq (rus. Мы родом из Баку). Moskva: Overley, 2005.
- Müdrik adamın arzuları (rus. Мечты мудреца). I Cild. Moskva: Overley, 2007.
- Üç məhəbbət dastanı (rus. Три дастана о любви). II Cild. Moskva: Overley, 2007.
- Vəba ilə sovrulanlar (rus. Унесенные чумой). Moskva: İD Sodrujestvo, 2012.
- Ərəbistan səhrasında ölüm (rus. Смерть в Аравийской пустыне). Tula: Akvarius, 2014.
Elmi
redaktə- Türkiyədə həmkarlar ittifaqları (1960–1970) (rus. Профсоюзы в Турции (1960–1970)). Moskva: Nauka, 1975.
- Türk kinosu (rus. Турецкое кино). Moskva: Nauka, 1978.
- Türkiyənin ictimai-siyasi həyatında KİVlər (rus. Средства массовой информации в общественно-политической жизни Турции). Moskva: Nauka, 1981.
- Yılmaz Güney (rus. Йылмаз Гюней: жизнь-подвиг). Moskva: Nauka, 1987.
- Yılmaz Güney (türk. Yılmaz Güney Yaşamı-Sanatı). İstanbul: Gölge Yayınları, 1990.
- Muhsin Ərtoğrul teatr və kinoda (rus. Мухсин Эртугрул в театре и кино). Moskva: Nauka, 1990.
- XX əsrin 100 görkəmli azərbaycanlısı (rus. 100 знаменитых Азербайджанцев ХХ века). Bakı: Sumqayıt, 2000.
- XX əsrin 100 görkəmli azərbaycanlısı. Sumqayıt: [s.n.], 2002.
- Azərbaycanlılar Rusiyanın tarixində (rus. Азербайджанцы в истории России). Moskva: Overley, 2006.
- Azərbaycan Xalq Cümhuriyyəti (rus. Азербайджанская Демократическая Республика). Moskva: Overley, 2008.
- Müharibənin əks-sədası (1941–1945) (rus. Эхо войны (1941–1945)).Tula: Qrif i K, 2010.
- Üç ölkənin ordusunun polkovniki (rus. Полковник армии трех стран) Tula: Akvarius, 2015.
- Litvalı karaimin taleyi (rus. Судьба литовского караима). Tula: [s.n.], 2017.
İstinadlar
redaktə- ↑ 1 2 3 Tanınmış azərbaycanlı yazıçı-alim vəfat etdi Arxivləşdirilib 2017-05-17 at the Wayback Machine. lent.az, 15.05.2017 (az.)
- ↑ Əbdül Hüseynov vəfat etdi Arxivləşdirilib 2017-06-19 at the Wayback Machine. qafqazinfo.az, 15.05.2017 (az.)