Ebdul Settar Edhi - Wikipedia
Əbdül Səttar Ədhi (1928[1] – 8 iyul 2016[2][3], Kəraçi[2]) — Dünyanın ən varlı və ən məşhur xeyriyyəçi dilənçisi.
Əbdül Səttar Ədhi | |
---|---|
| |
Doğum tarixi | 1928[1] |
Vəfat tarixi | 8 iyul 2016[2][3] |
Vəfat yeri | |
Vəfat səbəbi | böyrək çatışmazlığı[d][2][2] |
Uşağı | 4 |
Fəaliyyəti | xeyriyyəçi, avtobioqraf[d], siyasi fəal[d], humanist, sosial işçi |
www.edhi.org | |
Vikianbarda əlaqəli mediafayllar |
Karyerası
redaktəPulu olmadığı üçün anasını həkimə apara bilməməsi və məhz pulsuzluq və yoxsulluqdan anasının ölməsi onun həyatına ciddi təsir göstərmişdir. Sonradan dilənçilikdən qazandığı pullarla yoxsulların müalicə ala biləcəyi 250-dən artıq xəstəxana tikdirmişdir. Nəticədə o, Kəraçi küçələrində sədəqə istəyən dilənçidən millət qəhrəmanına çevrilmişdir. Bu barədə o belə demişdir:
"Ölkəmdə xəstəliyi asanlıqla müalicə edilə biləcək minlərlə insanın yoxsulluqdan ölməsi məni az qala üsyan səviyyəsinə çatdırdı".
Ədhi dilənərək qazandığı pulları yığıb 1951-ci ildə ilk kiçik klinikasını tikdirmişdir.
Əlsiz-ayaqsızlar üçün klinikada pulsuz müayinə təmin edən, topdansatış anbarlardakı dərmanları alaraq yoxsullara çox ucuz qiymətə satan Ədhi insanların rəğbətini qazandıqdan sonra iş adamları, siyasətçilər, adi insanlar ona külli miqdarda xeyriyyə ianələri verməyə başladılar. Dilənçilikdən qazandığı pulları bağışlanan ianələrlə cəmləyən Ədhi Pakistanın ilk təcili yardım maşınını alaraq yoxsulların xidmətinə verir.
O, artıq 50 ildən çoxdur ki, dilənçiliyini davam etdirir. Əməlləri barədə deyir:
"Yoxsulam, doğrudur, amma pula məndən çox ehtiyacı olanlar var. 20 ildir, eyni şalvarı və ayaqqabıları geyinirəm. Məncə, mömin müsəlman belə davranmalıdır. Çünki din, dil, irq ayrı-seçkiliyi etmədən insanlara xidmət etmək ən böyük cihaddır".
Xidmətləri
redaktə- 250 xəstəxana
- Qocalar evi
- Dispanser
- Dünyanın ən böyük pulsuz təcili yardım xidməti
- Ədhinin yaratdığı qurum 2011-ci ildə iki təyyarə də alaraq onları uçan xəstəxanalara döndərib.
Mükafatları
redaktə- 1988 — Beynəlxalq Lenin Sülh mükafatı
Mənbə
redaktəXarici keçidlər
redaktə- Səxsi saytı: www.edhi.org (ing.)