Ebdulmalik Ibn Abdullah Cuveyni - Wikipedia
Bu məqalə fəqih haqqındadır. tarixçi üçün Əlaəddin Ataməlik Cüveyni səhifəsinə baxın. |
Bu məqaləni vikiləşdirmək lazımdır. |
Bu məqalənin sonunda mənbə siyahısı var, lakin mətndaxili mənbələr heç və ya kifayət qədər istifadə edilmədiyi üçün bəzi məlumatların mənbəsi bilinmir. |
Əbdülmalik ibn Abdullah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafi (1028—1085, Nişapur) — İslam alimi.
Əbdülmalik ibn Abdullah Cüveyni | |
---|---|
ərəb. أبو المعالي الجويني | |
Doğum tarixi | 17 fevral 1028[1][2][…] |
Doğum yeri | |
Vəfat tarixi | 20 avqust 1085[3][4][…] (57 yaşında) |
Vəfat yeri | |
Elm sahələri | fiqh, Usuliddin, kəlam |
Tanınmış yetirmələri | Əbu Hamid əl-Qəzali[7] |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəO, Abdulməlik bin Əbi Muhəmməd Abdillah bin Yusuf bin Abdillah bin Yusuf bin Muhəmməd bin Həyəveyh əl-Cuveyni, ən-Neysəburi, əş-Şafidir. Əbu-l-Məali, İmamu-l-Hərameyn, zamanının nadiri, imamı, fəqihi və üsulçusudur. Şafi üləmasındandır. Şafi məzhəbinə dair fiqh kitablarında “İmam” zikr olunduqda o qəsd olunur. Hicri 419-cu ildə dünyaya gəlib. Atası Əbu Muhəmməd əl-Cuveyni də dövrünün fəqihlərindən və fəzilət sahiblərindən idi.
Elmi atası Əbu Muhəmməd əl-Cuveyni, İskaf əl-İsfəraini, Əbu Abdillah əl-Xabbazi, Əbu Nəim əl-İsfahani, Xorasanda şafilərin şeyxi olan Qazi Hüseyn əl-Mərvəzidən və bir çox üləmadan almışdır.
Tələbələri arasında Hüccətul İslam Əbul-Həmid əl-Ğazali, İbnul-Muzəffər ən-Neysəburi, əl-Hərrasi, İbnul-Quşeyri və başqa bir çox fəzilətli zatlar yer alır.
Əsərləri arasında şafi məzhəbinin üsulu barəsində yazılmış “əl-Burhan”, “ət-Təlxis”,”əl-Varaqat”, məzhəbin fiqhi barəsində yazılmış və məzhəbə ən çox xidmət etmiş kitablar siyahısında olan “Nihayətu-l-Mətləb” kitabı, həmçinin başqa sahələrdə də bir çox əsərləri mövcuddur.
Əbu İshaq əş-Şirazi buyurur: “Bu imamdan faydalanın, o zamanın bəzəyidir”. Əbu Osman əs-Sabuni demişdir: “Allah pislikləri bu imamdan uzaqlaşdırmışdır” İmam Zəhəbi buyurur: “Böyük imam, şafilərin şeyxidir.” Əbu-l-Həsən əl-Bəxarzi buyurur: “Fiqhi əş-Şafinin fiqhi, ədəbiyyatı əl-Əsmainin ədəbiyyatı, gözəl vəzi əl-Həsənu-l-Bəsrinin vəzidir.”
İmam hicri 478-ci ildə vəfat etmişdir.
İstinadlar
redaktə- ↑ https://archive.org/details/al-juwayni-kitab-al-irshad-compressed-compressed_202011/page/n19/mode/2up?q=A+guide+to+conclusive+proofs+for+the+principles+of+belief.
- ↑ 1 2 Christian-Muslim Relations 600 - 1500 (ing.). / D. R. Thomas
- ↑ Bibliothèque nationale de France BnF identifikatoru (fr.): açıq məlumat platforması. 2011.
- ↑ ʿAbd al-Malik ibn ʿAbd Allāh Imām al-Ḥaramayn // AlKindi.
- ↑ Encyclopædia Iranica (ing.). / N. Sims-Williams, A. Ashraf, H. Borjian, M. Ashtiany USA: Columbia University, 1982. ISSN 2330-4804
- ↑ https://www.degruyter.com/document/doi/10.1515/9783112401613-005/pdf. S. 8.
- ↑ Encyclopædia Universalis (fr.). Encyclopædia Britannica, 1968.
Ədəbiyyat
redaktə- Кирабаев Н. С. Деформация классической теории халифата: ал-Джувейни. — В книге: Кирабаев Н. С. Политическая мысль мусульманского средневековья. М., 2005. — 256 с. — ISBN 5-209-01948-9 — с.97-108.
- Hallaq, Wael B. Caliphs, Jurists and the Saljuqs in the Political Thought of Juwayni. The Muslim World 74, no. 1 (1984): 26-41.
Xarici keçidlər
redaktə- Имам аль-Харамейн Абуль-Ма’али аль-Джувейни Arxivləşdirilib 2013-05-25 at the Wayback Machine / IslamIng.Ru