Ebu Abdurrehman Es Sulami El Kufi - Wikipedia
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi (ən geci 632 – ən tezi 693 və ən geci 695, Kufə[1], ərəb. أبو عبد الرحمن عبد الله بن حبيب السلمي) — hədis ravisi, Quran hafizi.
Əbu Abdürrəhman əs-Sulami əl-Kufi | |
---|---|
Doğum tarixi | ən geci 632 |
Vəfat tarixi | ən tezi 693 və ən geci 695 |
Vəfat yeri | |
Elm sahələri | قرائت[d] |
Bioqrafiya
redaktəTam adı Əbu Əbdürrəhman Abdullah ibn Həbib ibn Rəbiə əs-Sulami əl-Kufidir. Məhəmməd (s.a.v) peyğəmbərin sağlığında doğulub. Atası Həbib ibn Rəbiə əl-Sulami Məhəmməd peyğəmbərin səhabəsi olmuşdur. Əbu Əbdürrəhman əl-Sulaminin ya hicri 73 (692/693), ya da hicri 74 (693/694) ildə Kufədə vəfat etdiyi güman edilir[2].
Əbu Əbdürrəhman əs-Sulami Quran hafizi olaraq Osman ibn Əffan, Əli ibn Əbu Talib, Zeyd ibn Sabit, Abdullah ibn Məsud və Ubeyy ibn Kəbdən Quran oxumağı öyrənmişdir.
Onun tələbələri arasında: Asimə ibn Əbu ən-Nəcudə, Yəhya ibn Vətəba, Ata ibn əl-Saibə, Abdullah ibn İsa ibn Əbdürrəhman ibn Əbu Leyla, Məhəmməd ibn Əbu Əyyub, Əmir əş-Şəbi və İsmayıl ibn Əbu Xalid var idi. Osman ibn Əffanın səltənətindən ölümünə qədər Kufə Böyük Məscidində Quran tilavəti dərsləri keçdiyi bilinir[3]. Əbu Əbdürrəhman əs-Sulami heç vaxt Quran oxumaq üçün ödənc almamışdır[4].
Əbu Əbdürrəhman əs-Süləmi hədislərin nəqlçisi idi. O, Ömər ibn Xəttab, Osman ibn Affan[5], Abdullah ibn Məsud[6], Huzeyfə ibn əl-Yəman, Xalid ibn Valid, Səd ibn Əbu Vəqqas, Əbu Musa əl-Əşəri, Əli ibn Əbu Talib, Əbu əd-Dərda və Əbu Hüreyrədən hədis rəvayət etmişdir. Ondan rəvayət etmişlər: Asim ibn Əbu ən-Nücud, Əbu İshaq əl-Subayi, Əlqamə ibn Mərtəd, Ata ibn əs-Sahib İbrahim ibn Yezid ən-Nahi, İsmayıl ibn Əbdürrəhman əs-Sədi, Səd ibn Ubeydə, Səid ibn Cübeyr , Osman ibn əl-Muğirə əs-Səqəfi, Qeys ibn Vəhb, Müslim əl-Batin, Əbu Hüseyn əl-Əsədi və b[7].
İstinadlar
redaktə- ↑ 1 2 Ərəbcə Vikipediya. 2003.
- ↑ تهذيب الكمال للمزي " عَبْد اللَّهِ بن حبيب بن ربيعة نسخة محفوظة 13 مارس 2020 على موقع واي باك مشين
- ↑ Mattson, Ingrid. The Story of the Qur'an: Its History and Place in Muslim Life (ingilis). John Wiley & Sons. 2012-12-07. 103–105. ISBN 978-1-118-25709-8. "Источник". 2022-04-10 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-10.
- ↑ al-Dhahabi, Abu Abdullah Shams al-Din. Siyar 'Alam al-Nubala' (ərəb). IslamWeb. səh. 268. 15 June 2016 tarixində arxivləşdirilib. İstifadə tarixi: 28 May 2021. "Источник". 2016-06-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2022-04-10.
- ↑ سير أعلام النبلاء » بقية الطبقة الأولى من كبراء التابعين » أبو عبد الرحمن السلمي Arxiv surəti 15 iyun 2016 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2016-06-15 at the Wayback Machine
- ↑ الطبقات الكبرى لابن سعد - أبو عبد الرحمن السلمي (1) Arxiv surəti 20 iyul 2017 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2017-12-10 at the Wayback Machine
- ↑ تهذيب الكمال للمزي » عَبْد اللَّهِ بن حبيب بن ربيعة Arxiv surəti 13 mart 2020 tarixindən Wayback Machine saytında Arxivləşdirilib 2020-03-13 at the Wayback Machine