Ebu Bekr Mescidi Sumqayit - Wikipedia
Əbu Bəkr məscidi və yaxud Sumqayıt Əbu Bəkr məscidi — Sumqayıt şəhərində yerləşən, yerli sakinlər arasında "Ərəblər" adı ilə tanınan məscid.
Əbu Bəkr məscidi | |
---|---|
Yerləşməsi | |
Ölkə | Azərbaycan |
Şəhər | Sumqayıt |
Yeri | 15-ci məhəllə |
Memarlıq | |
Vəziyyəti | fəaliyyəti dayandırılıb |
Tarixi
redaktəTikintisinə 1993-ci ildə başlanan məscid Azərbaycan müstəqilliyini elan edəndən sonra ölkə ərazisində tikilən ilk məscid hesab edilir. Məscid Səudiyyə Ərəbistanın "İslami Nicat" təşkilatının yardımıyla Sumqayıtda - 15-ci məhəllədə inşa edilib.
"İslami Nicat" təşkilatının yardımıyla 1998-ci ildə Bakıda da eyni adlı daha böyük "Əbu Bəkr məscidi" inşa edilib.
Adı
redaktəİslam peyğəmbəri Məhəmməd peyğəmbərdən sonra 632-634-cü illər arası xəlifəlik edən ilk xəlifə Əbu Bəkrin adını daşıyan məscid Sumqayıt sakinləri arasında "Ərəblər" adı ilə tanınır. Məscidin "Ərəblər" adı ilə tanınmasına səbəb məscidin ərəblərin yardımıyla tikilməsiylə yanaşı, məscidin imamının milliyətcə ərəb olmasıdır.
Bağlanması
redaktəMəscidin bağlanmasının əsas səbəbi İkinci Rus-Çeçen Müharibəsinin başlamasıyla çeçenlər tərəfdən vuruşmaq üçün məsciddən xeyli sayda insanın müharibədə iştirak üçün Çeçenistana getməsi və məscidin Çeçenistan "yolu"nda önəmli yeri tutması idi. Bu və bu kimi səbəblərdən məscid 2001-ci ildə bağlandı.
Məscid imamı milliyətcə ərəb, əslən Fələstindən olan Əmir Fəhmi ölkəni tez bir zamanda tərk etsə də, Çeçenistanda aktiv döyüş yolu keçmiş 40-a yaxın məscid əhli olan şəxs daha sonralar həbs olundu.
Məscidin bağlanması ərəfələri ərəb təşkilatlarının ölkədən qovulması və üzvlərinin həbsləri ilə də yadda qaldı. Həmin təşkilatlardan biri də məscidin tikintisində rolu olan "İslami Nicat" təşkilatı idi.