Ebu Muslim Xorasani - Wikipedia
Bu məqalədə çoxsaylı problemlər mövcuddur. Zəhmət olmasa, səhifəni redaktə edərək və ya mövcud problemləri müzakirə səhifəsində diskussiya edərək həll edin.
|
Əbu Müslim əl-Xorasani (ərəb. أبو مسلم الخراساني;Ebu Mûslim Xorasanî ən tezi 718 və ən geci 719, İsfahan, Əməvilər xilafəti və ya Mərv, Xorasan, Əməvilər xilafəti – fevral 755) — Əməvilərə qarşı əvvəl Xorasanda, sonra isə İraqda və Xilafətin başqa vilayətlərində qalxmış hərəkatın başçısı idi.
Əbu Müslim Xorasani | |
---|---|
ərəb. أبو مسلم | |
Doğum tarixi | ən tezi 718 və ən geci 719 |
Doğum yeri |
|
Vəfat tarixi | fevral 755 |
Fəaliyyəti | hərbi lider[d], vali[d], dai |
Vikianbarda əlaqəli mediafayllar |
Həyatı
redaktəOnun rəhbəri olduğu qüvvələr Əməviləri yıxıb hakimiyyətə Abbasiləri gətirdilər. Sonra Abbasilər Əbu Müslimin xalq kütlələri arasında artan nüfuzundan qorxaraq, onu hakimiyyətin devrilməsində təqsirləndirib, 755-ci il fevralın 15-də xəlifə əl-Mənsurun əmri ilə edam etdilər. Əbu Müslimin qətli Xilafətin bütün ərazisində, o cümlədən Azərbaycanda da Abbasilərə qarşı üsyanlara səbəb oldu.
Əbu Müslim və Dağıstan
redaktəƏbu Müslim xarici təriqətinə mənsub olanların ən məşhurlarından idi. Dağıstan xalqlarının bəzilərinin islamlaşması onun adı ilə bağlıdır. Hətta Dağıstanda "Əbu Müslim tarixi"nin bir neçə nüsxələri var[1].
İstinadlar
redaktə- ↑ A.R.Şixsaidov. X-XV əsrlərdə Cənubi Dağıstanda islamın yayılması. SSRİ EA Dağıstan filialının Tarix, Dil və Ədəbiyyat İnstitutunun Elmi əsərləri, VI cild, Mahaçqala, 1958, səh. 137.
Mənbə
redaktə- Абу Муслим Britaniya ensiklopediyasında
- Абу Муслим Böyük Sovet Ensklopediyasında