Ebubekr Mirze Derbendi - Wikipedia
Ebubekr Mirze Derbendi - Wikipedia - Haqqında Məlumat
Əbubəkr Mirzə — şahzadə, Şirvan taxtına son iddiaçı.
Əbubəkr ibn Bürhan Əli | |
---|---|
Şirvanşahlar dövlətinin 44. hökmdarı olmağa iddiaçı | |
1578 – 1583 | |
Əvvəlki | Kavus mirzə Dərbəndi |
Sonrakı | Sülalənin sonu |
Şəxsi məlumatlar | |
Doğum tarixi | təxm. 1550 |
Vəfat tarixi | |
Atası | Bürhan Əli |
Həyat yoldaşı | I Dövlət Gərayın qızı |
Dini | Sünni İslam |
Uşaqlığı
redaktəBürhan Əlinin oğlu idi. Qardaşı Xələf mirzə Dərbəndi ilə Dağıstana aparılmışdı. Atasının yerini almağa hazır olmadığından, 20 il boyunca Dağıstanda yaşamışdı. Qardaşı kiçik yaşda vəfat etmişdir. 1570-ci ildə Krıma gedərək Krım xanı I Dövlət Gərayın qızı ilə evlənmişdir. Və orada yaşamışdır.
Taxta iddiası
redaktə1578-ci ildə III Muradın ordusu ilə Şirvana daxil olmuşdu. Və bir neçə il hökmdarlıq etmişdir. Onun adı daha sonra 1583-cü ildə Osman paşa başçılığındakı osmanlılara xəyanət edib İmamqulu xanın başçılığındakı Səfəvilərin tərəfinə keçərkən çəkilir. Əbubəkrin sonrakı taleyi məlum deyil. 1602-ci ildə vəfat etmişdir.[1]
Ailəsi
redaktəBürhan Əli adlı bir oğlu olmuşdur.
İstinadlar
redaktə- ↑ Sara Aşurbəyli, Şirvanşahlar dövləti, səh. 135–136