Edhem Sultanov - Wikipedia
Bu məqalədəki məlumatların yoxlanıla bilməsi üçün əlavə mənbələrə ehtiyac var. |
Ədhəm Fərəc bəy oğlu Sultanov (1903, Tiflis – 1946, Tbilisi) — teatr rəssamı, əməkdar incəsənət xadimi.[1]
Ədhəm Sultanov | |
---|---|
Doğum tarixi | 1903 |
Doğum yeri | |
Vəfat tarixi | 1946 |
Vəfat yeri | |
Atası | Fərəc bəy Sultanov |
Mükafatları |
Həyatı
redaktəƏdhəm Sultanov 1903-cu ildə Tiflis şəhərində məmur Fərəc bəyin ailəsində dünyaya göz açmışdır. Əslən Füzuli rayonunun Saracıq kəndindəndir. O, 1931-ci ildə Gürcüstan Rəssamlıq Akademiyasını bitirmiş, bir muddət Azərbaycan, Gürcüstan və Ermənistanın muxtəlif redaksiya və nəşriyyatlarında əməkdaşlıq etmişdi. Əsasən kitab qrafikasında gücünü sınayan gənc rəssam Tiflisidəki Azərbaycan teatrının bəzi tamaşalarına da tərtibat vermişdi.
Sənətşunas K.Zdaneviç tbilisili soydaşımızın faciəli ölümünü belə təsvir edir: "Sultanov faciəli bir günə çevrilən adi günlərdən birində səhər qəflətən kuçədən qışqırıq və atəş səsi eşidib eyvana çıxır. Küçədə oğrunun dalınca qaça-qaça havaya atəş açan milis nəfəri görünür. Bu vaxtı bir atəş də açılır və Sultanov eyvanın döşəməsinə sərilir… Tukənməz istedadlı rəssam və gözəl insan Ə. Sultanovun həyat işıqı belə sönmüşdur". Ədhəm Sultanov 1946-cı ildə vəfat edib.
Fərəc bəy Sultanovun oğludur.
Fəaliyyəti
redaktəƏdhəm Sultanovun təkrarolunmaz dəst-xətti teatr ictimaiyyətinin diqqətini cəlb edir. 1936-cı ildə Moskvada keçiriləcək Azərbaycan incəsənəti ongünlüyünə hazırlıqla əlaqədar M.F.Axundov adına Opera və Balet Teatrının rəhbərliyi "Arşın mal alan" musiqili komediyasına tərtibat vermək üçün rəssamı Bakıya dəvət edir. Ongünlüyün yekun konsertinin bədii tərtibatı da ona tapşırılır. "Arşın mal alan"ı yeni quruluşda hazırlayan İsmayıl Hidayətzadə rəssamla birlikdə milli koloritli bir tamaşa yaratmaq istəyirdi. Bu haqda rejissor yazır: "Biz əhvalatı, muəllifin fikrində tutduqu kimi, Şuşaya köçurdürük".
Ədhəm Şuşaya səfər edir. Burada bir sıra səciyyəli binaların, həyətlərin şəkillərini çəkir və eskizlər əsasında Üzeyir bəy musiqisi ilə həmahəng, parlaq dekorlar yaradır. İşin hazırlıq dövründə Üzeyir bəy tez-tez rəssamın işlədiyi emalatxanaya gəlib eskizləri diqqətlə nəzərdən keçirərdi. Bəstəkar "Kommunist" qəzetində (1938-ci il) dərc olunmuş "Arşın mal alan" haqqında qeydlərin" məqaləsində yazır: "Yeni quruluşun bədii tərtibatında gənc rəssam Ədhəm Sultanov yoldaş az əmək sərf etməmişdir. Rəssamın quruluşundakı butun işlər gözəl və yaddaqalan təsir bahışlayır. Xususilə, perspektivdə (gələcəkdə) verdiyi Şuşa şəhərinin mənzərəsi həm bədii, həm gözəl və həm də düzgündür".
Ə.Sultanov 1939-cu ildə respublika hökumətinin qərarı ilə Moskvada Umumittifaq Kənd Təsərrufatı Nailiuətləri Sərgisində "Azərbaycan SSR" pavilyonunun baş rəssamı təyin edilir. Pavilyonun giriş zalını bəzəyən iki böyük panno rəssamın ciddi yaradıcılıq muvəffəqiyyəti idi… 1943–1946-cı illərdə Ədhəm Sultanov Tiflisdəki Azərbaycan teatrında bir sıra tamaşaların eskizlərini hazırlayır. M.Hüseynin "Nizami" pyesinin tərtibatı xususilə uhurlu idi. "Sarya Vostoka" qəzetinin 1944-cü il nömrələrinin birində yazılmışdır: "Kiçik səhnədə Ə.Sultanov Nizami dövründəki qədim Azərbaycan şəhərlərinin üslubunu canlandıran sadə, lakin effektli və məzmunlu tərtibat qura bilmişdir".
Həmin teatrda onun son işi olan "Otello"ya verdiyi quruluş tamaşaçılar və teatr tənqidçiləri tərəfindən musbət qarşılanmışdır.
Gurcu rəssamı Pirosmaninin "kəşf" edilməsində Ədhəm Sultanovun rolu çox böyük olmuşdur. O dövrdə unudulmuş rəssamın şəkillərini əldə etmək uçun o, böyük çətinliklərlə uzləşirdi. Sultanov Pirosmaninin əsərlərini axtarıb tapmış və hifz etmişdi.
Ə.Sultanovun faciəli ölumundən 15 il sonra arvadı Lili xanım evlərindən Pirosmaninin yaxşı muhafizə olunmuş 14 lövhəsini tapır.
Ailəsi
redaktə- Atası Fərəc bəy Mirzə Zeynal bəy oğlu Sultanov— Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasının və Tiflis Aleksandr Müəllimlər İnstitututunun məzunu, müəllim, məmur. Fərəc bəy Sultanov 1860-cı ildə Şuşa qəzasının Vərəndə sahəsinin Saracıq kəndində anadan olmuşdur. İbtidai təsilini molla yanında almış, sonra Şuşa qəza məktəbində oxumuşdur. Zaqafqaziya (Qori) Müəllimlər Seminariyasında orta, Tiflis Aleksandr Müəllimlər İnstitutunda ali təhsil almışdır. 1881–1882-ci illərdə və 1887–1888-ci illərdə Naxçıvan da müəllim, müəllim köməkçisi kimi çalışmışdır. 1890-cı ildən ömrünün sonunadək Tiflisdə Zaqafqaziya Dəmiryolu İdarəsində işləmişdir. 1914-cü ildə Tiflisdə vəfat etmişdir.[2][3]
Mükafatları
redaktə- "Şərəf nişanı" ordeni — 17 aprel 1938
Mənbə
redaktə- Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.
Həmçinin bax
redaktəİstinadlar
redaktə- ↑ "Султанов Адхам Фарадж оглу". Azərbaycan Respublikasının Mədəniyyət Nazirliyi (rus). 2024-01-15 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-09-27.
- ↑ Ənvər Çingizoğlu. Qarabağda maarif. Bakı: Zərdabi LTD, 2013, 288 səh.
- ↑ Ənvər Çingizoğlu, Sultanovlar: Saracıq bəyləri, "Soy" elmi-kütləvi dərgi, 2011, №8, səh.25–35.