Edirneqapi Sehidliyi - Wikipedia
Edirneqapi Sehidliyi - Wikipedia - Haqqında Məlumat
Ədirnəqapı şəhidliyi (türk. Edirnekapı Şehitliği) — Türkiyənin İstanbul şəhərində qəbiristanlıq. Bu, şəhərdəki ən böyük məzarlıqlarından biridir və şəhərin Avropa hissəsində, Əyyubsultan rayonunun Ədirnəqapı məhəlləsində yerləşir. Qədim, tarixi və müasir hissədən ibarətdir. Balkan müharibələri, Birinci Dünya müharibəsi zamanı Çanaqqala döyüşündə həlak olan Osmanlı əsgərlərinin məzarları, Türkiyə Silahlı Qüvvələrinin hərbçiləri və hüquq-mühafizə orqanlarının əməkdaşları, yanğınsöndürənlər, Türk Hava Yolları personalının məzarları qəbiristanlığın bir hissəsidir.[1]
İstinadlar
redaktə- ↑ Güven, Erman. "Edirnekapı Şehitliği" (türk). Türk Şehitlikleri İmar Vakfı. 20 August 2019 tarixində arxivləşdirilib. İstifadə tarixi: 20 August 2019.