Efetli - Wikipedia
Əfətli — Azərbaycan Respublikasının Ağdam rayonunun Əfətli kənd inzibati ərazi dairəsində kənd.[1]
Əfətli | |
---|---|
40°01′29″ şm. e. 47°06′43″ ş. u.HGYO | |
Ölkə | Azərbaycan |
Tarixi və coğrafiyası | |
Mərkəzin hündürlüyü | 207 m |
Saat qurşağı | |
Rəqəmsal identifikatorlar | |
Poçt indeksi | AZ0217 |
Ağdam şəhərindən 15 km uzaqdır. Məmmədbağırlı kəndinin yaxınlığında yerləşir.
Toponomik izahı
redaktəQədim türkmənşəli Avest tayfasının adındandır.[2]
Yerli tələffüz forması Əfətli. Qazaxlarda Abatvə, qırğızlarda Avat tayfası. Ağdam rayonunda Abadkənd (Afatkənd) adı ilə mənşəçə Gürcüstanda Abat -xevi (Axalsix rayonunda) XIX əsrdə Şimali Qafqazda üc Avat adlı dağ və xarabalıq vardı.[3]
Tarixi
redaktəRusiya İmperiyasının siyahıyaalma sənədi olan "Qafqaz təqvimi"nin 1913-cü ilə aid qeydlərində "Afatlu" kəndi Yelizavetpol quberniyasının Şuşa qəzasının Afatlu kənd icmasında göstərilib[4]. XIX əsrin əvvəllərinə aid məlumatda Əfətli 9 ailədən ibarət kiçik bir el idi. Həmin əsrin sonlarına aid məlumatda Mirzə Cəfərli Əfətli kimidir.
1926-cı ilə aid Azərbaycan SSR inzibati ərazi bölgüsündə Əfətli kəndi Azərbaycan SSR Ağdam qəzasının Qarqar dairəsinə aid edilib[5]. XX əsrin əvvəllərində bu maldar el məskunlaşdıqda yaranmış Əfətli adlı üç kənd ilə Əfətli-Böyükbəy, Əfətli-Müqəddəmbəy və Əfətli-Əgri-Yataq yaranmışdır. Gürcüstanda Abatxevi (Axalsix r-nunda kənd adı), XIX əsrdə Cənubi Qafqazda Avat (kənd adı) və Avat (Xarabalıq) adları ilə mənşəcə eynidir.
1929-cu il inzibari ərazi islahatı nəticəsində kənd Azərbaycan SSR Ağdam rayonunun Məşədilər Kənd Deputatları Şurasının (Sovetliyinin) ərazisinə aid edilib[6].
Azərbaycan SSR Ali Sovetinin Rəyasət Heyətinin 30.06.1954-cü il tarixli Qərarı ilə Ağdam rayonunun Məşədilər kəndinin adı dəyişdirilərək tarixi "Əfətli kəndi" adı qaytarılmışdır[7].
1961 - 1977-ci il siyahıyaalmsı zamanı Əfətli kəndi Ağdam rayonunun Əfətli kənd deputatları Sovetliyinin ərazisi kimi göstərilib[8][9].
1999-cu ildə kənd ərazisində Əfətli Bələdiyyəsi təşkil edilmiş, onun ilk nizanaməsi 2000-ci ildə qəbul edilmişdir.
Əfətli Bələdiyyəsi 2000-ci ildə “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında” Əsasnaməyə[10] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvülüyünə qəbul edilib.
Azərbaycan Respublikasının 29.06.2004-cü il tarixli 715-IIQ nömrəli Qanunu[11] ilə Əfətli bələdiyyəsinin əhatə etdiyi Hacıturalı, Həsənxanlı və Qəhrəmanbəyli kəndlərində Hacıturalı bələdiyyəsi təşkil edilmişdir.
03.05.2005-ci il tarixli 903-IIQ nömrəli Qanunla təsdiq edilmiş "Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[12] uyğun olaraq, Əfətli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvü olmuşdur.
Birinci Qarabağ Müharibəsindən sonra Əfətli kəndi cəbhə bölgəsinə yaxın olduğu üçün Azərbaycan Silahlı Qüvvələrinin nəzarəti altında müdafiə olunmuşdur.
2020-ci ilə qədər Ermənistan Silahlı Qüvvələri tez-tez fasilələrlə işğal olunmuş ərazilərdən atəşkəs rejimini pozur, bütün hallarda düşmən cavab atəşilə susdurulurdu.
18.11.2024-cü il tarixli 50-VIIQ nömrəli Qanuna[13][14] əsasən Hacıturalı Bələdiyyəsinin aşağıdakı kəndləri Əfətli Bələdiyyəsinə birləşdirilərilələk, Hacıturalı Bələdiyyəsi ləğv edildi: Hacıturalı, Həsənxanlı, Qəhrəmanbəyli.
Əfətli bələdiyyəsi
redaktə"Bələdiyyə əraziləri tə torpaqları haqqında" Qanuna[15] əsasən Əfətli kəndi Əfətli bələdiyyəsinin mərkəzidir. Həmin bələdiyyənin ərazi hüquqlarında aşağıdkı yaşayış məntəqələri mövcuddur[16]:
Əfətli kənd iəd | Hacıməmmədli kəndi |
Əfətli kənd iəd | İsalar kəndi |
Əfətli kənd iəd | Küdürlü kəndi |
Əfətli kənd iəd | Məmmədbağırlı kəndi |
Əfətli kənd iəd | Hacıturallı kəndi |
Əfətli kənd iəd | Həsənxanlı kəndi |
Əfətli kənd iəd | Qəhrəmanbəyli kəndi |
Əfətli Bələdiyyəsi “Azərbaycan Respublikasında yerli özünüidarəetmə üzrə Əlaqələndirmə Şuraları haqqında Əsasnaməyə”[17] uyğun olaraq yaradılmış Ağdam rayonu Bələdiyyələrinin Əlaqələndirmə Şurasının üzvüdür.
"Bələdiyyələrin regional assosiasiyalarının Nümunəvi Əsasnaməsi"nə[18] uyğun olaraq, Əfətli Bələdiyyəsi Azərbaycan Kənd Bələdiyyələrinin Milli Assosiasiyasının üzvüdür.
Əfərtli bələdiyyəsinin sədri barədə məlumatlar Bələdiyyələrlə İş Potalında dərc edilir[19].
İstinadlar
redaktə- ↑ Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi. "İnzibati ərazi bölgüsü təsnifatı, 2024" (PDF) (az.). stat.gov.az. 2024-02-28. 2024-03-14 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2024-04-05.
- ↑ B.Budaqov, Q.Qeybullayev. "Yuxarı Qarabağın Toponimləri", 2005.
- ↑ Mirzə Adılgözəl bəy Qarabağnamə. "Qarabaxnamələr". Bakı, 1989.
- ↑ Волостныя, станичныя, сельскія, гминныя правленія и управленія, а также полицейскіе станы всей Россіи съ обозначеніем мѣста ихъ нахожденія. Кіевъ: Изд-во Т-ва Л. М. Фишъ. 1913.
- ↑ Население Агдамского уезда на 1926 года Arxiv surəti 21 fevral 2018 tarixindən Wayback Machine saytında.
- ↑ Şablon:Публикация
- ↑ Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961.
- ↑ Административное деление Азербайджанской ССР на 1 января 1961 года. Баку: Азернешр. 1961.
- ↑ Административное деление Азербайджанской ССР на 1 января 1977 года (PDF). Баку: Азернешр. 1979. "Архивированная копия" (PDF). 2018-11-27 tarixində arxivləşdirilib (PDF). İstifadə tarixi: 2017-03-06.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-07-18 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ "Azərbaycan Respublikasında bələdiyyələrin birləşməsi yolu ilə yeni bələdiyyələrin yaradılması haqqında Azərbaycan Respublikasının Qanunu » Azərbaycan Prezidentinin Rəsmi internet səhifəsi". president.az (az.). İstifadə tarixi: 2024-11-26.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-26.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2012-01-11 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-01.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-26.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). İstifadə tarixi: 2024-11-04.
- ↑ Crocusoft. "E-QANUN". e-qanun.az (ingilis). 2024-05-21 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2024-11-04.
- ↑ Bələdiyyələrlə iş portalı, Ağdam bələdiyyələri. https://belediyye.gov.az/70 (#bare_url_missing_title).
Xarici keçidlər
redaktə- Vikixəritə, Əfətli
- AĞDAM RAYONU, ƏFƏTLİ BƏLƏDİYYƏSİ Arxivləşdirilib 2008-03-28 at the Wayback Machine