Efqanistan Herbi Hava Quvveleri - Wikipedia
Əfqanıstan Hərbi Hava Qüvvələri, Əfqanıstanı havadan mümkün ola biləcək hər bir hücumdan qorumalı olan hərbi birlikdir. Əfqanıstan Silahlı Qüvvələrinin nəzarəti altında olan ikinci ən böyük qüvvə hesab olunur.
Əfqanıstan Hərbi Hava Qüvvələri | |
---|---|
Yaranma tarixi | 1924 - hal-hazırkı dövr |
Ölkə | Əfqanıstan |
Tabedir | Əfqanıstan Silahlı Qüvvələri |
Daxildir | Əfqanıstan Silahlı Qüvvələri |
Vəzifəsi | Əfqanıstanın ərazi bütövlüyünü havadan təmin etmək |
Sayı |
50.000 156 təyyarə 136 Helikopter [1] |
Qərargah | Kabil |
Müharibələr | SSRİ-Əfqanıstan müharibəsi, Əfqanıstan müharibəsi |
Döyüşlər | |
Komandanlıq | |
Komandir | General-mayor Muhammed Devran |
Vikianbarda əlaqəli mediafayllar |
Təşkilatlanma
redaktəƏfqanıstan Hərbi Hava Qüvvələri hal-hazırda ABŞ tərəfindən yenidən modernizasiya edilərək yaradılır.
Tarixi
redaktəƏfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi 22 avqust 1924-cü ildə Əfqanıstan Hərbi Hava Qüvvələri adı ilə başlayır. 1921-ci ildə Rusiyadan alınmış olan 5 ədəd təyyarə ilə Əfqanıstan Hərbi Hava Qüvvələrinin tarixi başlanmışdır. Bu kiçik qüvvə 1929-cu ildə məhv edildi. 1937-ci ilə qədər Əfqanıstan Hərbi Hava Qüvvələrini yenidən yaratmaq mümkün olmamışdır. Siyasi dəyişikliklər səbəbi ilə 1937-ci ildə yenidən yaradılmış Əfqanıstan Hərbi Hava Qüvvələri bu dəfə Əfqanıstan Kral Hərbi Hava Qüvvələri adı ilə 1947-ci ilə qədər adlandırılmışdır. 1973-cü ilə qədər bu ad altında fəaliyyət göstərmişdir.
Hərbi Hava Qüvvələri SSRİ-Əfqanıstan müharibəsinə qədər ordunun digər qüvvələrinə nisbətən kiçik bir qol olaraq tutulmuş və Sovet rejiminə dəstək vermişdir.
Əfqanıstan Hərbi Hava Qüvvələrinin gücü 1980-1992-ci illər arasında olmuşdur. Əfqanıstana qonşu olan dövlətlər Əfqanıstan Hərbi Hava Qüvvələrinin gücündən narahat olurdular. Hərbi Hava Qüvvələrinin tərkibində 7.000 nəfərlik şəxsi heyət, 5.000 nəfərə kimi isə xarici məsləhətçilər var idi. Əfqanıstan Hərbi Hava Qüvvələri 1992-ci ildən əvvəl 200 helikopter, 100 döyüş təyyarəsi və 200 nəqliyyat helikopteri olmaqla ümumi olaraq 500 texnikaya malik idi. 1980-ci illərin sonlarında isə SSRİ-dən kimyəvi və bioloji silahlarda alınmışdı. Güc sürətlə dəyişərkən SSRİ yardımları davam etmiş, ancaq bu yardımlar 1980-ci illərin sonlarından etibarən azalmağa başlamışdır.
Bu dövrdə Əfqanıstan Hərbi Hava Qüvvələrinin arsenalı təxmini olaraq aşağıdakı kimi olmuşdur:
Hal-hazırkı arsenal
redaktə- Aero L-39 Albatros: 2
- Mil Mi-24: 9
- Mil Mi-17: 18
- Aeritalia G.222: 1
- Antonov An-26: 2
- Antonov An-32: 5
- MD Helicopters MD 500: 6
ABŞ tərəfindən 58 ədəd Mi-17 helikopteri alınıb 2015-ci ildə Əfqanıstan Hərbi Hava Qüvvələrinə verilmişdir. ABŞ tərəfindən 20 ədəd Aeritalia G.222 alındı və 2009-cu ilin noyabr ayında təhvil verilmişdir. MD-500 sifarişi üzrə isə 48 ədəd verilməsi planlaşdırılır.
İstinadlar
redaktə- ↑ "Arxivlənmiş surət". 2017-07-07 tarixində arxivləşdirilib. İstifadə tarixi: 2019-07-21.